/ / MENA-nın rəhbəri: AZƏRTAC postsovet məkanında etibarlı informasiyanın ən doğru ünvanlarından biridir
MENA-nın rəhbəri: AZƏRTAC postsovet məkanında etibarlı informasiyanın ən doğru ünvanlarından biridir
26.06.2020 [09:10]
Yaxın Şərq Xəbər Agentliyi (MENA) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) öz regionlarında ən etibarlı xəbər mənbəyidirlər. Biz AZƏRTAC-la əməkdaşlığın daha da inkişafında maraqlıyıq və onunla sıx əlaqədə işləməyə davam edəcəyik.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində MENA-nın İdarə Heyətinin sədri, baş redaktor Əli Həsən deyib. O qeyd edib ki, bu il 100 yaşını qeyd edən Azərbaycanın qocaman informasiya agentliyi son illərdə böyük uğurlara imza atıb. “Mən Yaxın Şərqin və Şimali Afrikanın ən böyük agentliyi olan MENA-nın kollektivi adından AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovu yubiley münasibətilə təbrik etmişəm. Düşünürəm ki, sizin agentlik təkcə Qafqaz regionunda yox, həm də postsovet məkanında dəqiq və etibarlı informasiyanın ən doğru ünvanlarından biridir”, - deyə o vurğulayıb.
Baş redaktor qeyd edib ki, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri zamanı onun MENA agentliyinin rəhbərinə müsahibəsi Yaxın Şərq və Şimali Afrika ölkələrində ictimaiyyətin böyük marağına səbəb olub: “Həmin vaxtdan mən istər Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurları, istərsə də rəsmi dövlət agentliyi AZƏRTAC-ın fəaliyyətini diqqətlə izləmişəm. Deməliyəm ki, ölkələrimizin liderlərinin dostluq münasibətləri bizim əməkdaşlığımızın da uğurunun rəhnidir. Bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü və sədrliyi ilə keçirilmiş Qoşulmama Hərəkatının Zirvə görüşü barədə informasiyaların əksəriyyətini məhz AZƏRTAC vasitəsilə əldə etmişik. Həmin mühüm tədbirdə Misir Prezidenti Əbdülfəttah əl-Sisinin çıxışını isə sizin agentliyin Qahirədəki müxbir məntəqəsinə təqdim etdik. Gələcəkdə həyata keçiriləcək tədbirlərin işıqlandırılmasında da AZƏRTAC-la sıx əməkdaşlıq şəraitində işləməyə davam edəcəyik”.
Agentliyin tarixindən bəhs edən baş redaktor bildirib ki, MENA 1955-ci ildən fəaliyyət göstərir və hazırda dünyanın 30 agentliyi ilə əməkdaşlıq edir. Xəbərləri, foto və video materialları ərəb, ingilis və fransız dillərində yayır: “AZƏRTAC-ın ərəb dilində yayılan xəbərlərini də izləyirik. Sevindirici haldır ki, Azərbaycan dövləti İslam aləmi və ərəb ölkələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Ölkənizin rəsmi informasiya agentliyi də bu siyasəti, ərəb ölkələri ilə əməkdaşlıq sahəsində atılan addımları geniş işıqlandırır”.
Rəsmi informasiya agentliklərinin əhəmiyyətindən danışan MENA-nın rəhbəri qeyd edib ki, mayda AZƏRTAC və MENA-nın da iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Birliyinin (UNA) virtual konfransında bu məsələ diqqət mərkəzində olub. “Hazırda sosial şəbəkələrdə və bəzi qeyri-ciddi mətbuat orqanlarında feyk xəbərlərin sayı artır. Dövlət mənbələrinə söykənən rəsmi informasiya agentlikləri bu zərərli tendensiyanın qarşısını almaqda mühüm rol oynayırlar. Digər tərəfdən, bəzi ölkələrin media orqanları qərəzli xəbərlər də yayırlar. Bu cür yanlış xəbərlər həm Misir, həm də Azərbaycanla bağlı yayılır. Ümumiyyətlə, bütün ölkələr, cəmiyyətlər bu problemdən əziyyət çəkirlər. Belə olan halda rəsmi informasiya agentliklərinin əməkdaşlığı hər zaman olduğundan daha aktual məsələyə çevrilir. Biz ölkələrimizlə əlaqədar xəbərləri rəsmi mənbələrə istinadla yaymalı, operativlik və dəqiqlik nümayiş etdirərək sosial şəbəkələrdə yer alan şayiələr və feyk xəbərlərin qarşısını almalıyıq”, -deyə Misirin rəsmi xəbər agentliyinin rəhbəri vurğulayıb.
Müsahibənin sonunda AZƏRTAC-ın Qahirədəki müxbir məntəqəsinin yenidən fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən MENA-nın rəhbəri Azərbaycanın və Şərqin qocaman agentliyini yubiley münasibətilə bir daha təbrik edib.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50

