Arzuman Abdulkərimov: Biz hər zaman Ali Baş Komandanın yanındayıq
01.10.2020 [09:17]
“Bu gün bütün xalqımız qələbəyə köklənib. Qısa müddət ərzində rəşadətli ordumuz işğal altında olan bir sıra yaşayış məntəqələrimizi və strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad edib. Biz ordumuzla qürur duyuruq və ərazi bütövlüyümüzün təmin olunması məsələsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanındayıq”. Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdulkərimov deyib.
A.Abdulkərimov bildirib ki, Azərbaycan həmişə sülhün tərəfdarı olub və konstruktiv mövqe nümayiş etdirib. Amma Ermənistanın məqsədli şəkildə münaqişənin sülh yolu ilə həllini uzatması yolverilməzdir. Onun sözlərinə görə, Azərbaycan çox qısa müddətdə öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu dəfələrlə bəyan etmişdi. Ermənistan isə bu xəbərdarlığa əməl edib sülhə gəlmədi. “Dövlət başçımızın da bu günlərdə qeyd etdiyi kimi, biz bu məsələlərdə səbrli davrandıq və maksimum sülh danışıqlarının tərəfində olduğumuzu bütün dünya ictimiyyətinə sübut etdik. Amma bizim də səbr kasamızın bir həddi var idi. Biz Azərbaycan xalqı olaraq sülhpərvər xalqıq, sülhpərvər dövlətik, amma 30 ilə söykənən işğal faktına son qoyulmalıdır. Biz 30 il ərzində beynəlxalq təşkilatların bəyanatlarının heç bir effektinin olmadığının şahidi olduq. Bu bəyanatlara biz səbrlə, təmkinlə yanaşdıq, amma Ermənistan dövləti BMT-nin Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnaməni görməzdən gəldi. Amma indi Paşinyan dünya ictimaiyyətinə diz çöküb yalvarır”, - deyə AVP sədrinin müavini söyləyib.
A.Abdulkərimov qeyd edib ki, ordumuz sona qədər işğalda olan torpaqlarımızın azad olunması ilə bağlı əməliyyatları davam etdirməlidir: “Bu, bizim həm xalq olaraq, həm dövlət olaraq haqqımızdır. Biz ölkədə fəaliyyət göstərən siyasi partiya olaraq Ali Baş Komandanımızın yanındayıq. Hər birimiz canımızdan keçməyə hazırıq. Yetər ki, bu işğala son qoyulsun. İnsanlar artıq qələbəyə köklənib. Ali Baş Komandanımız əmr verib və hər birimiz də bu əmrə tabeyik”.
Ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın ordumuza və Ali Baş Komandana dəstək məqsədilə birgə bəyanat imzaladığını xatırladan A.Abdulkərimovun sözlərinə görə, radikal müxalifət yenə də öz xislətini nümayiş etdirdi: “Belə ki, AXCP və Müsavat Partiyası öz siyasi maraqlarından çıxış edirlər. Onlar hələ bir müddət öncə siyasi dialoqdan imtina etdilər. İndi isə ümummilli mahiyyət daşıyan məsələ ilə bağlı bəyanata qoşulmadılar. Görünür, ordumuzun qələbə qazanmasını istəmirlər. Onlar heç vaxt ümummilli məsələlərdə həmrəylik göstərməyiblər. Əslində, bu yanaşma ilə özlərini ifşa edib xalq qarşısında növbəti dəfə rəzil duruma düşdülər”.
NARDAR
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21

