/ / Hikmət Babaoğlu: Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn tələblərini də yerinə yetirir
Hikmət Babaoğlu: Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn tələblərini də yerinə yetirir
22.10.2020 [09:16]
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi ilkin mərhələdə - 1993-cü ildə BMT Təhlükəsizlik Şurası erməni işğalçı qruplaşmalarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdi və onların heç biri həyata keçirilmədi. Halbuki, onların reallaşdırılması imkanları var idi”.
Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, bu gün biz digər regionlardakı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunması ilə bağlı konkret mexanizmlərin qurulduğunu və bu qətnamələrin yerinə yetirildiyinin şahidiyik: “Azərbaycana münasibətdə isə əksi baş verdi. Ona görə də bu gün Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir. Öz haqlı davasında böyük zəfərlər qazanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını həyata keçirir. Ona görə də mən düşünürəm ki, bu da bir növ BMT-nin nüfuzunun bərpasına xidmət edir. Çünki Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunmamış qalmışdı”.
“Bu gün Azərbaycan Ordusu təkcə öz torpaqlarını erməni işğalçılarından azad etmir, eyni zamanda, beynəlxalq hüququn tələblərini yerinə yetirir. Buna paralel olaraq həm də BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnu təmin edir ki, bu da bütün dünyada istər hüquq kontekstində, istər dövlətlərararası münasibətlərdə, istərsə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kontekstində haqlı addımlardır, təqdir olunmalıdır və olunur”, - deyə baş redaktor əlavə edib.
Hikmət Babaoğlu bildirib ki, ötən müddət ərzində Azərbaycan öz suveren ərazilərini bərpa etmək üçün hüquqi bazanı bir qədər genişləndirib və onu hansısa hüquqa əsaslanaraq, ittiham edə biləcək mümkün perspektiv arqumentlərin hamısını istər beynəlxalq təşkilatlardan, istər erməniləri, işağlçılığı himayə edən dövlətlərdən alıb: “Azərbaycan ötən illər ərzində hüquqi müstəvidə və qlobal ictimai rəydə haqlı olduğunu o qədər dəqiq və əsaslı şəkildə bütün subyektlərin diqqətinə çatdırıb ki, indi heç kəs Azərbaycanın bu addımlarını qınaya bilmir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var və faktiki olaraq onlardan 3-ü problemi həll etmək üçün mandat almış ATƏT-in Minsk qrupunun həmsədridir. Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa ötən illər ərzində problemin həll ilə bağlı qətiyyətli mövqe ortaya qoya bilmədilər. Yəni Minsk qrupunun fəaliyyəti uğrusuz oldu. 28 ildə, 1992-ci ildən bu günə qədər heç bir uğur əldə edə bilməyən bir qurumun fəaliyyəti əslində fiasko hadisəsəidir. Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsi isə sırf milli kontekstdə bizim üçün böyük qürur, milli özünə inam, ordumuza güvən hadisəsidir. Ona görə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması əslində bizi hazırki addımları atmağa məcbur etdi. Yəni Azərbaycan bu gün artıq beynəlxalq hüquqa, vasitəçilərə güvənmir, özünə, ordusuna, Ali Baş Komandanına güvənir və müzəffər ordumuz torpaqlarımızı işğaldan azad edir”.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43

