/ / Məlahət İbrahimqızı: Müdrik rəhbər, dövlət xadimi İlham Əliyevin adı böyük sərkərdə kimi dünya tarixinə yazılacaq
Məlahət İbrahimqızı: Müdrik rəhbər, dövlət xadimi İlham Əliyevin adı böyük sərkərdə kimi dünya tarixinə yazılacaq
23.10.2020 [08:58]
“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz hər gün yeni-yeni ərazilərimizi işğaldan azad edir. Cənab Prezident Azərbaycan xalqına son müraciətində Zəngilan şəhərinin və digər bir sıra yaşayış məntəqələrinin azad edilməsi müjdəsini verdi. Bundan başqa, dövlətimizin başçısı mütəmadi olaraq tvitlərdə qələbə müjdələrini çatdırır. Bu qələbə müjdələri xalqımızın hədsiz sevincinə səbəb olur. Çünki 30 illik torpaq həsrətimizə son qoyulur”.
Bu fikirləri YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Məlahət İbrahimqızı bildirib ki, Azərbaycan həmişə sülh tərəfdarı olub, dövlətimizin başçısı bunu dəfələrlə bəyan edib. Çünki müharibə itkilər, dağıntılar deməkdir. Cənab Prezident hər zaman qeyd edib və bu gün də erməni cəmiyyətinə mesaj verir ki, ölkəmiz sülh tərəfdarıdır. Ermənistan işğal etdiyi torpaqlarımızdan ordusunu çıxararsa, regionda davamlı sülh təmin olunacaq və bölgə daha da inkişaf edəcək.
Millət vəkilinin sözlərinə görə, bu çağırışlara baxmayaraq, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin həllinə maraqlı deyil, destruktiv mövqe nümayiş etdirir. O deyib ki, Ermənistan hakimiyyəti öz xalqını fəlakətə aparır, hakim elita indiyə qədər erməni diasporunun və lobbisinin hesabına azğınlaşıb: “Ona görə də, dövlətimizin başçısı erməni xalqına müraciət edərək həmin rejimi məsuliyyətə cəlb etməyə çağırıb. Erməni xalqı bu terrorçu rejimdən xilas olmalıdır. Amma Paşinyanın erməni xalqına son müraciəti göstərdi ki, o, sülhə hazır deyil, əksinə insanları müharibəyə səsləyir. Biz isə Vətənimizin bütövlüyünü bərpa edirik. Əgər erməni qoşunları xoşluqla torpaqlarımızdan çıxsa, hərbi əməliyyatlar dayanacaq. Bundan sonra sülh təmin edilərək bölgədə quruculuq işləri başlayacaq, 1 milyon azərbaycanlı öz doğma torpaqlarına qayıdacaq. Cənab Prezident qeyd edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Bu torpaqlar işğalçılardan təmizləndikdən sonra erməni vətəndaşlarımızı da firavan həyat gözləyir, onlar ölkəmizin digər vətəndaşları kimi bütün hüquqlarla təmin olunacaqlar”.
M.İbrahimqızının fikrincə, hazırda apardığımız mübarizə bizim qurtuluş savaşımızdır: “İnanıram ki, tezliklə zəfər bayrağımızı Xankəndidə, Şuşada asacağıq. Bu, tarixdə çox mühüm hadisədir. Azərbaycan xalqının bu mübarizəsi işğaldan əziyyət çəkən digər xalqlar üçün də motivasiya olacaq. Eyni zamanda, bu mübarizəmiz Ermənistanın havadarlarına da bir dərsdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı bu mübarizə erməni ideoloqlarının yüzillərlə mövcud olan layihələrini məhv etdi. Hesab edirəm ki, onlar bundan sonra bu haqda heç vaxt düşünməyəcəklər. Müdrik rəhbər, dövlət xadimi İlham Əliyevin adı isə böyük sərkərdə kimi də dünya tarixinə yazılacaq”.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50

