BERNAMA agentliyi AZƏRTAC-ın 101-ci ildönümü ilə bağlı xüsusi məqalə yayıb
02.03.2021 [09:08]
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) yaranmasının 101-ci ildönümü ilə əlaqədar xüsusi məqalə yayıb.
AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri xəbər verir ki, “Azərbaycanın ilk informasiya agentliyi AZƏRTAC 101 yaşını qeyd edir” adlı məqalədə martın 1-nin AZƏRTAC-ın yarandığı gün kimi qeyd edildiyi əksini tapıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan agentlik tezliklə yeni inşa edilmiş, müasir binaya köçməyə hazırlaşır.
Qeyd edilir ki, ötən 101 il ərzində AZƏRTAC çətin, lakin şərəfli yol keçib. Agentlik ötən dövrdə bir çox uğurlara imza atıb.
Xatırladılır ki, AZƏRTAC 1920-ci il martın 1-də Azərbaycanın ilk xəbər agentliyi olaraq fəaliyyətə başlayıb. Onun ilk xəbərləri martın 2-də “Azərbaycan” qəzetində dərc olunub.
Vurğulanır ki, 24 saat fasiləsiz olaraq çalışan AZƏRTAC 8 dildə - Azərbaycan, ingilis, fransız, rus, alman, ispan, ərəb və Çin dillərində xəbərlər hazırlayır. Agentlik tərəfindən hər gün video və foto materiallar da daxil olmaqla 500-dən çox informasiya yayımlanır.
Qeyd edilir ki, beynəlxalq informasiya məkanının nüfuzlu fiqurlarından birinə çevrilən agentlik OANA, EANA, Dünya Xəbər Agentlikləri Konqresi, ANİA, BSANNA, TKA və İİNA kimi beynəlxalq və regional informasiya təşkilatlarının üzvüdür.
Məqalədə bildirilir ki, 2016-cı ildən 2019-cu ilədək AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edib. Bundan əlavə, məqalədə agentliyin 2011-2013-cü illərdə Qara dəniz Milli Xəbər Agentlikləri Birliyinə rəhbərlik etdiyi də əksini tapıb. AZƏRTAC-ın hazırda Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik etdiyi qeyd olunub.
Yazıda AZƏRTAC-ın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu xəbər agentlikləri ilə sıx əlaqələr qurduğu, 50-dək agentliklə ikitərəfli əməkdaşlıq barədə müqaviləyə malik olduğu da bildirilir. Hazırda agentliyin xüsusi müxbirlərinin 22 ölkədə fəaliyyət göstərdiyi, ölkənin daxilində isə bütün bölgələrdə müxbir məntəqəsinə malik olduğu qeyd edilir.
Ötən ilin payızında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın bir dövrdə işğal altında saxlanan torpaqların azad edilməsi barədə ilk xəbərlərin də bütün dünyaya məhz AZƏRTAC tərəfindən çatdırıldığı xüsusi vurğulanır.
Bildirilir ki, agentliyin kollektivi müasir dövrün çağırışlarına operativ reaksiya vermək və qabaqcıl texnologiyalara yiyələnmək üçün əzmlə çalışır. Vurğulanır ki, sosial media bumunun yaşandığı bir dövrdə ənənəvi medianın qabaqcıl mövqeyinin saxlaması üçün AZƏRTAC kifayət qədər güclü yaradıcı və texniki potensiala malikdir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

