“Human Rights Watch” təşkilatının hesabatı qərəzli və qeyri obyektivdir
30.03.2021 [09:01]
Məlum olduğu kimi, “Human Rights Watch” (“HRW”) təşkilatı bu yaxınlarda guya Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olması ilə bağlı hesabat yayıb. Bununla da sözügedən təşkilat ənənəsinə sadiq qalaraq növbəti dəfə ölkəmizə qarşı qərəzli və qeyri-obyektiv mövqedən çıxış edib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Azərbaycan beynəlxalq humanitar hüquqa və insan haqlarına hər zaman sadiqdir. Onun sözlərinə görə, “Human Rights Watch” tərəfindən erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat birtərəfli xarakter daşıyır, obyektiv vəziyyəti əks etdirmir. Deputat qeyd edib ki, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib. Onlar işgəncə, alçaldıcı və pis rəftara məruz qalmayıblar, olanlara lazımi tibbi yardım göstərilib və hər biri saxlanıldıqları müddətdə tibbi müayinədən keçirilib.
“Ölkəmizdə hərbi əsirlərin olması iddialarına gəldikdə isə, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb. Bu, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı ilə razılaşdırılıb. Xatırladım ki, hərbi əməliyyatların dayandırıldığını ehtiva edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər. Sözügedən üçtərəfli Bəyanatın imzalanmasından sonrakı dövrdə Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədilə Azərbaycan ərazisinə göndərilənlər beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsir deyillər və hesab edilə bilməzlər. Saxlanılanlar Azərbaycan Respublikasının cinayət məcəlləsinə görə məsuliyyət daşıyırlar. Saxlanılanlarla beynəlxalq insan hüquqları və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır”, - deyə millət vəkili vurğulayıb.
“Human Rights Watch” təşkilatı qərəzsiz mövqe tutmalı və obyektiv araşdırma aparmalıdır. Təşkilat qərəzli hesabat və ya bəyanat yaymaqdan çəkinməlidir”. Bu fikirləri isə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkilinin sözlərinə görə, “Human Rights Watch” təşkilatı diqqətini Ermənistan tərəfindən azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, habelə itkin düşən minlərlə azərbaycanlıya qarşı pis rəftar faktlarına yönəltsəydi, daha yaxşı olardı.
“Məlum olduğu kimi, I Qarabağ müharibəsi nəticəsində 3890 azərbaycanlı itkin düşüb və onların taleyi hələ də məlum deyil. İtkin düşənlərin 3171-i hərbçi, 719-u mülki şəxsdir. Onların 71-i uşaq, 267-si qadın, 326 nəfəri isə yaşlı insanlar olub. Əsirlikdən azad olunmuş azərbaycanlıların ifadələrinə görə, 1949-cu il Cenevrə Konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması nəticəsində Azərbaycan əsirləri işgəncə görüb, onlara qarşı pis rəftar edilib və onlar alçaldıcı şəraitdə saxlanılıb. Vətən müharibəsi zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əsirlərinə qarşı pis rəftarı göstərən və sosial mediada geniş yayılmış videomateriallar da daxil olmaqla çoxsaylı dəlillər var. Yaxşı olar ki, “Human Rights Watch” ermənilərin bu vandal hərəkətləri ilə bağlı hesabat yaysın. Bütövlükdə isə təşkilat Azərbaycana qarşı qərəzli hesabatlarına son qoymalıdır. Çünki belə yanaşmalar təşkilatın özünə zərər verəcək”, - deyə deputat qeyd edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

