Ermənistanın növbəti hərbi cinayəti
30.03.2021 [09:04]
Ekspertlərin qeyd etdikləri kimi, hərbi təyinatı olmayan ərazilərin belə minalanması və minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır
Vətən müharibəsində qazanılan qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Eyni zamanda, dünya ictimaiyyəti erməni vandalizmi ilə daha yaxından tanış oldu. 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər müharibədə məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər. Belə ki, təcavüzkar ölkənin ötən dövr ərzində işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirməsi məlumdur. Lakin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələri hələ də Azərbaycana verilməyib. Bu isə beynəlxalq konvensiyalara ziddir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Cavid Osmanov deyib ki, Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların xəritələrini təqdim etməkdən boyun qaçırmaqla növbəti hərbi cinayət törədir: “10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm də mülki insanlarımız mina partlayışları nəticəsində həlak olub, ağır yaralanıblar. Ermənilər öz çirkin xislətlərinə sadiq qalaraq hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Onlar bunu məqsədli şəkildə ediblər. Məqsəd də, təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr Bəyanatına əsasən, bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir. Yəni Ermənistan öz təxribatlarını, cinayət əməllərini davam etdirir. Beynəlxalq qanunlara əsasən, Ermənistan bu xəritələri qarşı tərəfə təqdim etməlidir. Xəritələri verməkdən boyun qaçırmaq beynəlxalq hərbi cinayətdir”.
C.Osmanov qeyd edib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırmaqla həm də işğaldan azad olunan ərazilərdə bərpa işlərini, insanların öz yurdlarına qayıtmasını ləngitməyə çalışır. Onun sözlərinə görə, aydın görünür ki, Ermənistan öz cinayətkar əməllərindən əl çəkmək niyyətində deyil.
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov da qeyd edib ki, Ermənistanın bu addımları beynəlxalq qanunlara əsasən, yolverilməzdir. Millət vəkili vurğulayıb ki, 1999-cu ildə qəbul olunmuş beynəlxalq Konvensiyaya görə, piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsi qadağan edilib: “2020-ci ilin noyabrın 10-da üçtərəfli Bəyanatı imzalayan, Azərbaycanın işğal altındakı 3 rayonunu döyüşsüz təslim edən Ermənistan əldə olunmuş razılığı pozur. Ermənistanın bu davranışları beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edən müharibə cinayətidir. Bütün bunlar bir daha Ermənistanın faşist ideologiyasına xidmət etdiyini təsdiqləyir. Fikrimcə, beynəlxalq ictimaiyyət minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə qarşı etiraz səsini ucaltmalıdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51

