Ağdamın bərpası istiqamətində nəzərdə tutulan bütün işlər Baş Plan əsasında icra ediləcək
02.06.2021 [09:23]
Prezident İlham Əliyev: Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır
Hazırda müstəqil Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Təsadüfi deyildir ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, bəhs olunan ərazilərdə bərpa işlərinə və zəruri infrastrukturun qurulmasına başlanılıb. 28 May - Respublika Günündə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub. Qeyd edək ki, Baş Plan üzərində mütəxəssislərin iştirakı ilə bir müddət iş aparılıb. Sənəd hazırlanarkən şəhərin tarixi siması və müasir çağırışlar nəzərə alınıb. Eyni zamanda, Şuşanın və işğaldan azad olunan digər yaşayış məntəqələrimizin bərpası planlarının hazırlanması istiqamətində intensiv iş aparılır.
Əlbəttə, Ağdam şəhərinin Baş Planının dövlət başçısına təqdim olunması üçün başqa bir vaxt da seçilə bilərdi. Ancaq belə bir əlamətdar tədbirin milli bayramımız olan Respublika günündə keçirilməsi böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüşdəki çıxışında bunu xüsusi olaraq nəzərə çatdırıb. “Hesab edirəm ki, bu gün tarixi gündür. Çünki bu gün azad edilmiş torpaqlarda birinci Baş Plan artıq təsdiqlənir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Vətən müharibəsində qazanılan şanlı qələbə müstəqil Azərbaycanın gücünü bütün dünyaya göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev bəhs olunan çıxışında ölkəmizin müharibədən əvvəlki mərhələdə artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində prinsipial siyasət apardığını xatırladıb. Sülhsevər dövlət olan Azərbaycan ötən üç onillik ərzində münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda həmişə kostruktiv mövqe sərgiləyib. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları işğal nəticəsində yaranan status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Təəssüf doğuran haldır ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində işğalçıya təzyiq göstərmədilər, ona sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır. Bunun nəticəsində də aqressor daha da azğınlaşırdı. Mənfur düşmən zor gücünə öz nəzarəti atına keçirdiyi torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi və hətta yeni ərazilər ələ keçirməklə bağlı iddialar səsləndirirdi. İşğalçı Ermənistanın rəhbərliyi açıq-aydın bildirirdi ki, zəbt olunmuş torpaqların ölkəmizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Prezident İlham Əliyev 2003-cü ildən son hadisələrə qədər hər zaman Azərbaycan xalqına həqiqətləri çatdırırdı. O, həmişə qətiyyətlə bidirirdi ki, biz heç vaxt torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Dövlətimizin başçısı münaqişənin tam şəkildə həll olunmasına çalışırdı. Məhz buna görə də bizim mövqeyimiz bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Hətta bəzi ermənipərəst qüvvələr münaqişəyə görə Azərbaycanı günahlandırmağa çalışırdılar. Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışları zamanı beynəlxalq ictimaiyyəti təcavüzkarı cilovlamağa çağırır və hər dəfə bildirirdi ki, əgər məsələ danışıqlar yolu ilə həllini tapmasa, müharibə qaçılmaz olacaq. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin ölkəmizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etdi.
Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində xalqımız yumruq kimi birləşdi. Müharibənin hər günü Azərbaycan üçün bir qəhrəmanlıq dastanına çevrildi. Müharibənin son mərhələsində işğalçı dövlətin hərbi birləşmələri, sözün əsl mənasında, isterikaya düşmüşdülər. Azərbaycanın müzəffər Silahlı Qüvvələri təxminən 300 yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşa, ertəsi gün isə daha 70-dən çox yaşayış məntəqəsi işğaldan azad edildikdən sonra düşmən ağ bayraq qaldırmaq və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları məlum Bəyanata əsasən, üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz ölkəmizə təhvil verdi. Beləliklə, Azərbaycan tarixi ədalətin, özünün ərazi bütövlüyünü bərpa edilməsinə hərbi-siyasi yolla nail oldu. Vətən müharibəsində ölkəmizin şanlı qələbəsini şərtləndirən bir sıra mühüm amilləri sadalamaq mümkündür. Bu amillərin sırasında isə son 17 ildə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycanın güclü dövlətə çevrilməsi faktorunu xüsus qeyd etmək lazımdır. Bəhs olunan dövrdə özünün iqtisadi və maliyyə imkanlarını artıran respublikamız müasir ordu quruculuğuna nail oldu. Təsadüfi deyildir ki, Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində tətbiq etdiyi yeniliklər hazırda bütün dünyada öyrənilir. Güclü ordu quran Azərbaycan XXI əsrin müharibəsini apardı və qalib gəldi. Prezident İlham Əliyevin bildirdiyi kimi, 44 günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. “Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Silahlı Qüvvələrimiz müharibədən sonrakı mərhələdə də düşmənin təxribat cəhdlərinin qarşısını qətiyyətlə alır. Son günlər ərzində iki ölkə arasındakı sərhəd ərazilərdə Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Silahlı Qüvvələrimizin şəxsi heyətinin sayıqlığı sayəsində düşmənin dövlət sərhədlərimizi pozan, ərazilərimizə minalar basdırmaq istəyən diversiya qrupları zərəsizləşdirildi. Bəhs olunan hadisələrə münasibətini bildirən Prezident İlham Əliyev “Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz”, - deyə vurğulayıb.
Ağdam şəhərinin bərpası müasir tələblər əsasında həyata keçiriləcək
Mənfur düşmən üç onillik ərzində öz nəzarətində saxladığı ərazilərimizdə kədərli izlər qoyub. Belə ki, bir vaxtlar çiçəklənən, inkişaf edən yaşayış məntəqələrimiz vəhşicəsinə dağıdılıb. Təbiətimizə vurulan ziyan, yaşayış evlərinin, tarixi dini-mədəni abidələrimizin dağıdılması erməni vandalizmi barədə konkret təsəvvür yaradır.
Ağdamda da vəziyyət eynidir. Şəhər yoxdur, burada bir bina da salamat qalmayıb. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkündür. Düşmən məscidin qalıqlarını artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlayıb. Üç onillik ərzində işğal altında qalan ərazilərimizdəki bu dağıntıları bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özlərinə dövlət quran, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər.
Artıq işğaldan azad edilən digər ərazilərimizdə olduğu kimi, Ağdamın da həyatında yeni dönəm - bərpa və quruculuq dövrü başlayıb. Dövlətimizin başçısına təqdim olunan Baş Plana istinadən deyə bilərik ki, yaxın perspektivdə ermənilərin miras qoyub getdikləri indiki dağıntıların, xarabalıqların yerində müasir infrastruktura, istirahət guşələrinə, turistyerləşdirmə obyektlərinə, rahat yaşayış evlərinə malik olan bir şəhər salınacaq. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ağdam şəhərində həyata keçiriləcək bərpa işlərinin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyevin rayona uğurla baş tutan son səfəri çərçivəsində çoxsaylı təməqoyma mərasimlərinin keçirilməsi bir daha təsdiqləyir ki, nəzərdə tutulan bütün layihələrin icrası qısa müddətdə və yüksək keyfiyyətlə təmin ediləcək. Xatırladaq ki, dövlət başçımız Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasiminə qatılıb. Onun iştirakı ilə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 1 saylı məktəbin, Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməli qoyulub. Eyni zamanda, dövlət başçısının göstərişinə əsasən, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. Bundan başqa, İmarət kompleksinin bərpası ilə əlaqədar müvafiq işlər görüləcək. Şəhərdə icrası nəzərdə tutulan digər layihələr barədə söhbət açan Prezident İlham Əliyev deyib: “Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası Mənə təqdim edildi. Yer seçildi və həm Zəfər, həm İşğal muzeyləri çox möhtəşəm olacaq. Digər obyektlər, digər tədbirlər, böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər”.
Bütövlükdə, Ağdam şəhərinin bərpası müasir tələblər əsasında həyata keçiriləcək. Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən bütün Qarabağ “yaşıl enerji” zonası elan edilib. Yaşayış məntəqələri “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları əsasında bərpa olunacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35

