/ / ADA Universitetində “Azərbaycanın Avratlantik məkanın sülh və təhlükəsizliyə töhfəsi” mövzusunda konfrans keçirilir
ADA Universitetində “Azərbaycanın Avratlantik məkanın sülh və təhlükəsizliyə töhfəsi” mövzusunda konfrans keçirilir
17.06.2021 [09:31]
ADA Universitetində “Azərbaycanın Avratlantik məkanın sülh və təhlükəsizliyə töhfəsi” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfrans Latviyanın Azərbaycanda səfirliyi, NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi və ADA Universiteti tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Latviyanın Azərbaycandakı səfiri Dainis Qarants, NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiyada xüsusi nümayəndəsi Ceyms Apaturay, ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer, Latviyanın sabiq müdafiə naziri və Latviyanın NATO parlament assambleyasında nümayəndə heyətinin üzvü Raymonds Bergmanis, İtaliyanın tanınmış tədqiqat mərkəzi olan Beynəlxalq Münasibətlər İnstitutunda Cənubi Qafqaz üzrə tədqiqatçı Svante Kornell və digərləri çıxış ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib. Azərbaycanla NATO arasında siyasi dialoq ən səmərəli mexanizmlərdəndir. Ölkəmiz təşkilatla əməkdaşlıq və dialoqun daha da genişlənməsini istəyir.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan NATO-nun regional sabitliyi, təhlükəsizliyi diqqətlə izləməsini və birbaşa müdaxilə etməməsini yüksək qiymətləndirir. Azərbaycan postmünaqişə dövründə regional əməkdaşlıqda maraqlıdır və Zəngəzur dəhlizi regionda əməkdaşlığın uğurlu nümunəsinə çevrilə bilər.
Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunmasında NATO-nun rolunu alqışladığını vurğulayan Hikmət Hacıyev bildirib ki, ölkəmiz təşkilatla mövcud sazişlərin tərəfdaşlıq prinsiplərinə sadiqdir.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan beynəlxalq münasibətlərin inkişafına böyük əhəmiyyət verir. “Azərbaycan Qoşulmama Hərəkatından beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün istifadə edir. Biz xüsusilə COVID-19-dan sonra yaranmış reallıqlar nəzərə alınmaqla, beynəlxalq münasibətlərdə sabitliyin təmin olunması üçün dəyərlərə, əməkdaşlığa diqqət veririk”, - deyə Hikmət Hacıyev əlavə edib.
Amerika Birləşmiş Ştatlarının Azərbaycanda səfiri Örl Litzenberqer çıxışında ölkənin Əfqanıstandakı fəaliyyəti üçün hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Litzenberqer qeyd edib ki, bu məsələdə ABŞ Azərbaycana logistik dəstək göstərmək, həmçinin təcrübə mübadiləsi aparmağa hazırdır.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Qarabağ münaqişəsinə toxunaraq vurğulayıb ki, tərəflər sülh danışıqlarına tezliklə başlamalıdır. O, əfqan və azərbaycanlı qaçqınların oxşar talelərinin olmasını, hər iki ölkənin vətəndaşlarının müharibə zonasındakı dağıntılardan əziyyət çəkdiyini bildirib.
Konfransda çıxış edənlər Əfqanıstanda sülhməramlı fəaliyyətinə görə Azərbaycana təşəkkür ediblər.
Tədbir çərçivəsində Azərbaycanda yaşayan əfqan qaçqınların əl işlərindən ibarət sərgi də təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

