Azərbaycan Cənubi Qafqazın ən iri enerji nəqletmə kompleksinə sahib ola bilər
17.07.2010 [11:13]
Regionda strateji enerji-nəqliyyat marşrutları şəbəkəsinin mərkəzinə çevrilən Azərbaycan mühüm tranzit infrastrukturlarının və yanacaq komplekslərinin səhmdarı kimi mövqeyini gücləndirməkdədir. Respublikamızın ən iri enerji qurumu olan Dövlət Neft Şirkəti (ARDNŞ) bölgədə bir çox dövlətlərin yanacaq-enerji komplekslərinə və nəql marşrutlarına böyük həcmdə investisiya yatıraraq potensial səhmdar kimi özünü təsdiq edib. Bu istiqamətdə sərmayə planlarını davam etdirən ARDNŞ Cənubi Qafqazda daha böyük enerji nəqletmə kompleksinə sahib olmağa iddialıdır. Söhbət Rusiyadan Ermənistana mavi yanacaq nəql edən “Şimal-Cənub” magistral qaz kəmərinin Gürcüstandan keçən hissəsindən gedir. Məlumat üçün qeyd edək ki, artıq həmin kəmərin Gürcüstana aid hissəsinin satışa çıxarılması ilə bağlı müvafiq tədbirlərə start verilməsinə hazırlıq görülür. Gürcüstanın baş naziri Nikoloz Qilauri bildirib ki, bu prosesə yaxın müddətdə başlanılacaq.
Mövcud tendensiya isə işğalçı qonşumuz Ermənistanda böyük təşvişə səbəb olub. Ermənistan hakimiyyəti ARDNŞ-in bu enerji infrastrukturunu ələ keçirəcəyindən dərin narahatçılıq keçirir. Xatırladaq ki, Ermənistanın qazla təminatının böyük bir hissəsi məhz “Şimal-Cənub” magistral kəməri vasitəsilə həyata keçirilir. Bədnam qonşumuz həmin kommunikasiya infrastrukturunun ARDNŞ-ə satılmasını və Azərbaycanın qələbəsini özü üçün arzuolunmaz sayır. Qeyd edək ki, “Şimal-Cənub” magistral kəmərinin özəlləşdirilməsində Dövlət Neft Şirkəti ilə yanaşı, Rusiyanın “Qazprom” və Qazaxıstanın “KazMunayQaz” şirkətləri də iddialı tərəf kimi çıxış edir. Həmin şirkətlərin hərracda ARDNŞ ilə nisbətdə imkanlarının aşağı olması güman edilir. Məlumdur ki, Rusiyanın “Qazprom” şirkəti böyük maliyyə aktivlərinə malik olsa da, onun inhisarçı imici və bölgədə daimi olaraq enerji ehtiyatlarının nəqlində tərəfdaşlarına problemlər yaratması (Ukrayna, Belarus, Şərqi Avropa ölkələrinin timsalında bu dəfələrlə özünü göstərib) kommunikasiya şəbəkəsini ələ keçirməsinə maneə yaradır. Bundan başqa, “Qazprom”un səhmləri Rusiyanın indiki hakimiyyətinə məxsusdur və mövcud iqtidarla Gürcüstan hakimiyyəti arasında münasibətlər çox pis vəziyyətdədir. Bölgədəki geosiyasi-hərbi gərginlikdə Rusiyanın yaratdığı vəziyyəti yaddan çıxarmayan Gürcüstan özünün böyük bir enerji sistemini həmin ölkənin ələ keçirməsini çox güman ki, istəməz. Gürcüstan hökuməti enerji sisteminin satılmasına həm də milli təhlükəsizlik nöqteyi- nəzərindən yanaşır və buna görə də, rusların kəmərin alınmasında şansı azalmış olur.
Qazaxıstana gəlincə, bu ölkənin Gürcüstanla heç bir problemi yoxdur. Hər iki ölkə arasında səmimi münasibətlər və iqtisadi-siyasi əlaqələr mövcuddur. Son illərdə dövlətlər arasında iqtisadi və enerji sahəsində yaxşı əməkdaşlıq münasibətləri qurulub. Buna görə də, “KazMunayQaz” şirkətinə qarşı bu ölkədə hansısa qısqanclıq doğurası bir səbəb yoxdur. Yəni, Qazaxıstan şirkətinin də “Şimal-Cənub” magistral kəmərinin özəlləşdirilməsində üstünlüyü az ola bilməz. Amma Azərbaycanın Dövlət Neft Şirkətinin “KazMunayQaz”la müqayisədə Gürcüstanın yanacaq bazarında aktiv iştirakı və böyük neft-qaz emalı kompleksinə malik olması nisbətlər balansında Qazaxıstan şirkətinin geri qalmasını şərtləndirmiş olur. Digər tərəfdən, son illərdə ARDNŞ bölgə ölkələrində həddindən artıq geniş kommunikasiya infrastrukturlarına sahib olub, özünü dünyamiqyaslı enerji şirkəti kimi təsdiq edib. Neft Şirkətinin magistral qaz kəmərlərinin istismarında böyük təcrübəsi var. ARDNŞ bu gün qonşu ölkənin qazla təmin olunmasında xüsusi paya malikdir. Gürcüstan hökuməti də ölkənin etibarlı və davamlı yanacaqla təchizatında ARDNŞ-dən başqa partnyor tapa bilməyəcəyini yaxşı anlayır.
Türkiyə, Gürcüstan və Rumıniyada nümayəndəliklərə malik olan ARDNŞ artıq Londonda birbaşa satışlar üzrə nümayəndəliyini açmağa hazırlaşır. Eyni zamanda, şirkətin Yunanıstanda nümayəndəliyinin açılması üzrə iş aparılır. Bütün bu amillər Azərbaycanın nüfuzlu enerji şirkətinin beynəxalq bazarlarda səhmdar kimi mövqeyini artırır. Bir neçə ildir ki, ARDNŞ Türkiyə, Gürcüstan, Moldova və Rumıniyada neft emalı müəssisələrinə böyük həcmdə sərmayə qoyaraq bu dövlətlərin enerji-kommunikasiya sistemlərinə nəzarət etmək səlahiyyətləri əldə edib. Qonşu Gürcüstanın kommunikasiya sistemləri və enerji bazarının böyük bir hissəsinə də məhz ARDNŞ nəzarət edir. Göründüyü kimi, Dövlət Neft Şirkətinin qonşu ölkənin bir çox müəssisələrinə sahib olmasında heç bir problem olmayıb və bu tendensiya “Şimal-Cənub” magistral kəmərinin özəlləşdirilməsində ARDNŞ-in qələbəsini şərtləndirən əsas faktorlardan biridir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars layihələri isə ölkələr arasında təmaslara əsaslı zəmin yaradır. Bundan başqa, Gürcüstanın iqtisadiyyatında Azərbaycan investisiyaları əhəmiyyətli rol oynayır. Bir sözlə, Azərbaycanın Gürcüstandakı dəmiryolu, boru nəqliyyatı sistemlərinə nəzarət etməsi strateji tərəfdaşlığın mühüm komponentinə çevrilib.
Bütün bu amillər ARDNŞ-in “Şimal-Cənub” magistral kəmərinin Gürcüstan hissəsinə sahib ola biləcəyinə inamı möhkəmləndirir və Ermənistanın da narahatçılığı bununla bağlıdır. Ermənistanın təşvişini artıran başlıca arqument Gürcüstanla Azərbaycanın strateji tərəfdaşlığa malik olması və iki ölkə arasında sıx münasibətlərin, dostluğun möhkəmlənməsidir.
Yeri gəlmişkən, artıq bəzi Gürcüstan mənbələri xəbər yayıblar ki, ARDNŞ kəmərin alınmasına dair Gürcüstan hökuməti ilə danışıqlar aparır və ilkin razılaşma əldə olunub. Göründüyü kimi, respublikamız Gürcüstanın və regionun əsas kommunikasiya dəhlizinə sahib olmaqla Ermənistana qarşı mühüm iqtisadi rıçaq əldə etmək şansı qazana bilər.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

