Yeni mina xəritələri dəqiqdirmi?
07.12.2021 [11:01]
ANAMA məlumatı “məxfi”ləşdirir, ekspertlər isə fərqli düşünürlər
Günel Abbas
Uzunmüddətli danışıqların nəticəsi olaraq dekabrın 4-də Ermənistan tərəfi işğaldan azad olunan digər ərazilərin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim etdi. Azərbaycan da öz növbəsində humanizm prinsiplərini əsas tutaraq 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verdi. Ancaq Ağdam rayonu üzrə verilən mina xəritəsinin doğruluq payının cəmi 25% olması yeni xəritələrin düzgünlüyü barədə müəyyən şübhələr doğurur. Görəsən, Ermənistanın yeni mina xəritələrinə nə qədər inana bilərik?
Bu və digər suallarımıza cavab tapmaq üçün hərbi ekspert Ədalət Verdiyevlə əlaqə saxladıq. Ekspert “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, bundan sonra verilən xəritələrin əvvəlkilərdən fərqlənməyəcəyini deyə bilərik: “Ermənistan tərəfi xəritələrin doğru olduğunu desə də, buna zəmanət verməsi haqqında heç bir məlumat yoxdur. Halbuki biz onların verdiyi zəmanətə də inana bilmərik, istənilən halda əldə olunan xəritələr ərazidə yoxlanılmalıdır. Bundan sonra onların reallığa uyğun gəlib, gəlməməsi barədə fikir söyləmək mümkündür.
Ekspert bildirib ki, Ermənistanın atdığı addımların hər birinin altında Rusiya ilə Azərbaycan arasında olan münasibətləri pozmağa cəhd olduğunu müşahidə edirik: “Odur ki, Ermənistanın yenə də bu fəaliyyətləri həyata keçirəcəyinə şübhəmiz yoxdur. Belə faktlar mütləq nəzərə alınmalıdır. Yaxşı olardı ki, Azərbaycan dəqiq xəritələrin əldə edilməsinə əmin olduqdan sonra əsirləri təhvil verərdi. Ancaq inanmıram ki, bunu həyata keçirən şəxslər məsələnin bu tərəfini nəzərə almasın”.
Milli Məclisin deputatı Arzu Nağıyevin sözlərinə görə, söhbət humanizmdən gedirsə, Azərbaycan verilən əsirlərin qarşılığında mina xəritələrini istəmir: “Məlumdur ki, böyük qayıdışın baş tutması üçün infrastruktur bərpa olunmalıdır. İnfrastrukturların bərpası da mütləq şəkildə minalardan təmizlənmə prosesidir. Həm ANAMA, həm digər qurumlar, həm də xarici mütəxəssislər böyük qayıdışın tezliklə baş tutması üçün minalardan təmizlənmə prosesində əllərindən gələni edirlər. Ümumiyyətlə, mina basdırılma əməliyyatı ya qaranlıqda, ya da dumanlı havada baş tutur. Sonradan bu proseslər xəritələrə köçürülür və hərbi hissələrdə saxlanılır. Ola biməz ki, onlarda mina xəritələri olmasın. Verdikləri xəritənin yüz faiz üst-üstə düşməsi də mümkün deyil”. Deputat qeyd edib ki, xəritələrin verilməsi məsələsi Soçi danışıqlarından sonra baş tutdu və biz humanistlik edərək 10 terrorçunu qaytardıq: “Əsas məsələ ondan ibarətdir ki, bu proseslər Cənubi Qafqaz hərbi dairəsinin nümayəndəsi və keçmiş sülhməramlıların rəhbəri olan general Rüstəm Muradovun başçılığı ilə aparılır. Zənnimcə, onlar da verilən xəritələrin dəqiqliyinin yoxlanmasında daha çox maraqlı olmalıdır. Xaotik şəkildə atılmış müəyyən partlayıcı qurğular var ki, ola bilsin, onların xəritəsi yoxdur. Xüsusi xidmət orqanları tərəfindən birmənalı şəkildə verilən xəritələrin düzgünlüyü yoxlanılmalıdır. Son vaxtlar regiona can atan ATƏT-in Minsk qrupunun üzvləri də bu məsələdə maraqlı olmalıdırlar. Çünki söhbət insan hüquqlarından, günahsız insanların mina qurbanı olmasından gedir. Əgər Qərb insan haqqını ön plana çəkirsə, mütləq şəkildə Ermənistana dəqiq xəritələrin verilməsi üçün təsir göstərməlidir”.
Mina xəritələrinin Mina Təmizləmə Agentliyinə təhvil verilməsi ilə bağlı agentliyin özünə də sorğu ünvanladıq. Ancaq xəritələrlə bağlı məlumatlar məxfi olduğuna görə bu informasiyanı açıqlamadılar.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25

