Heydər Əliyev! Erməniləri təşvişə salan ad...
07.12.2021 [11:07]
Onlar bu addan indi də qorxurlar
Bir ada yüz illik erməni hücumu necə baş verib?
Cavi Dan
Deyirlər, cəngəllikdə yaşayan vəhşi heyvanların ən yırtıcısı belə parçaladığı şikarının bətnindən çıxmış balasını diri görəndə onu öz balası kimi yalayıb təmizləyir, öldürmək ağlından keçmir. Bu barədə çəkilmiş sənədli filmlər də var. Bircə kaftar sürüsü bu qaydadan kənara çıxır, onlar fürsət tapan kimi cəngəlliyin aslanlarının, pələnglərinin belə balalarına hücum edirlər. Sanki Xocalıya hücum etmiş erməni terrorçularıdır. Erməni demişkən... bu adla tanınanlar yalnız Ermənistan adlı ərazidə yaşamırlar ki. Ermənilik bir millət mənsubiyyəti olmaqdan çoxdan çıxıb, bu artıq bir xaraktersiz insan tipidir, xüsusi bir iblisanə cəhətləri olmaqdır, qısası, kaftarlıqdır, təklikdə də, sürüylə də gücü çatmayacaqlarının balasına pusqu qurub hücum etmək dərəcədə ruhunu murdarlamaqdır.
Əksəriyyətin əsasən əhəmiyyət vermədiyi, “it hürər, karvan keçər” deyə qarışıb cavablandırmağı da artıq və lüzumsuz bildiyi bir məsələ var. Demək olar ki, hər gün hamımız sosial şəbəkələrin hansındasa heç olmasa bir dəfə rast gəlirik həmin məsələyə. Nədir bu? Prezidentin oğlu, Heydər Əliyevə qarşı deyilən, yazılan və çəkilən hədyanlar. Adətən bunları ölkədən xaricdə olanlar edir. Özlərini iqtidara müxalif olan zümrə kimi tanıtmağa, “müxalifət” adını daşımağa illərdir ki, çalışsalar da, alınmır. İşləri-gücləri sosial şəbəkələrdə “ermənilik” etməkdir. Nədir ermənilik? Ermənilərin Azərbaycana qarşı etdiyi nə varsa onları etmək - dövlətçiliyimizi sarsılmış görmək istəmək, ölkədəki ən kiçik anlaşılmazlıqdan belə böyük ajiotaj düzəltməyə cəhdlə məsələlərin məğzindən xəbəri olmayan sadə insanların şüuraltına “sarı simə toxunmaq” effekti ilə davranmaq, çaxnaşmalara çağırışlar etmək, Prezident ailəsi haqqında, xüsusən də övladları barəsində ən iyrənc şəkildə danışmaq, yazmaq... və arxayın olmaq ki, kimsə mənə heç nə edə bilməyəcək. Çünki əsl himayədarlarımı dəqiq tanıyan yoxdur, özümü də adam yerinə qoyan.
Nədir bu gənc Heydər Əliyevə qarşı olan nifrət hissi? Necə doğulub o hiss, nədən yaranıb, niyə bitmək-tükənmək bilmir, sədd-sərhəd tanımır?
Axı bu 24 yaşlı oğlan dünyanın da, ölkənin də ən sakit gənclərindən biridir, sadə davranışı, qalmaqalsız həyat tərzi, ağıllı baxışları, təmtəraqsız görünüşü ilə niyə bu qədər iyrənc hücumların hədəfi olsun ki?
Bəlkə səbəb onun daşıdığı addır?
Heydər Əliyev!
Bir düşünün, fərz edək ki, Prezident İlham Əliyevin oğlunun adı Heydər deyil, hər hansı bir digər Azərbaycan adıdır. Eyni münasibəti təsəvvür etmək olurmu? Olmur. Demək, bütün hücumlar da məhz bu adadır, əslində. Keçən əsrin ortalarından sonra tanınmağa, parlamağa başlayan bu ad və soyad hər zaman ermənilərin və ermənikimilərin hədəfində olmayıbmı? İstər SSRİ rəhbərlərindən biri olduğu dövrlərdə, istər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev daim erməni hücumuna məruz qalmayıbmı? Taleyin qəribə mistikasına bax ki, hələ ötən əsrin ilk illərində, ermənilərin Zəngəzur mahalına hücumu zamanı doğma yer-yurdlarından didərgin düşməyə məcbur qalan azərbaycanlılar arasında Heydər Əlirza oğlu Əliyevin anası İzzət xanım da vardı və İzzət xanımın əziz-xələf, 23 yaşlı Heydər adlı qardaşının həyatını erməni gülləsi yarıda kəsmişdi. Sonra dünyaya gələcək övladına həmin cavan Heydərin adını verəcəkdi İzzət xanım. O övlad da böyüyəcəkdi, o qədər böyüyəcəkdi ki, adı dünya boyda olacaqdı, özü də bütün Azərbaycanın övladına çevriləcəkdi. Oğul olacaqdı Vətənə. Oğul bəxş edəcəkdi sonra Azərbaycana - İlham adlı. Ali Baş Komandan statuslu. Qarabağ xilaskarı missiyalı...
Ermənilərsə əl çəkməyəcəkdi bu ada hücum etməkdən... yüzillik nifrətlərini gənc Heydərə yönəldəcəkdilər. Lakin bir şeyi unudacaqdılar. İndiki Azərbaycan nə ötən əsrin əvvəllərindəki gücsüz-çarəsiz durumda olan ölkədir, nə də ötən əsrin sonlarındakı, 20 faiz torpağı işğal altında, bir milyondan çox insanı qaçqın vəziyyətdə olan dövlət. Bu günün Azərbaycanı da, bu günün Azərbaycan xalqı da əvvəlki deyil. Biz indi kimin kim olduğunu çox gözəl bilirik. Erməniləri isə tanımaqda mislimiz-bərabərimiz yoxdur...
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25

