ABŞ Ermənistana maliyyə yardımını niyə artırır?
18.12.2021 [11:34]
Nardar BAYRAMLI
ABŞ Konqresi 2022-ci ilin dövlət büdcəsində Ermənistana maliyyə yardımını artırmağı nəzərdə tutur. Layihə hələ təsdiqlənməsə də, onun reallaşacağı istisna deyil. Bəs ABŞ Ermənistana maliyyə yardımını hansı səbəbdən artırır?
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, ABŞ-ın 2022-ci il üçün müdafiə xərclərində Ermənistana maliyyə yardımının artırılması məsələsini öncədən bu ölkədəki erməni diasporu ilə lobbisi aktuallaşdırdı və gözlənilirdi ki, yeni ilin büdcə layihəsinə bununla bağlı məsələ daxil ediləcək. Onun sözlərinə görə, Amerika Erməniləri Milli Komitəsi əvvəldən bu istiqamətdə çalışıb, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra ABŞ-ın Ermənistana daha çox maliyyə yardımı ayırmasına nail olmağa cəhd göstərirlər: “ABŞ-dakı erməni lobbisi, xüsusilə erməni diaspor təşkilatları ilə sıx işləyən konqresmenlər bu işdə fəallıq göstərirlər. Yeni büdcə layihəsində Ermənistana maliyyə yardımının artırılmasına çalışanlardan biri də Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Menendezdir. Nyu-Cersidən seçilən Menendezin erməni icması ilə sıx əlaqələri var. ABŞ-da yaşayan ermənilərin kompakt yerləşdiyi bölgələrdən birinin Nyu-Cersi olduğunu nəzərə alsaq, Menendezin fəallığının səbəbini daha yaxşı anlamaq olar. Təbii ki, son söz prezident Baydenin olacaq. Məlumatlara görə, 1990-cı illərdən indiyə qədər ABŞ-dan müxtəlif layihələr adı altında Ermənistana 2 milyard dollar, hətta bir qədər də çox maliyyə yardımı edilib. Bunun başlıca səbəbi ABŞ-dakı erməni diasporu və lobbisinin bu ölkənin xarici siyasətində müəyyən qədər təsir imkanlarının olmasıdır.
Həmsöhbətimiz qeyd edib ki, hər prezident seçkilərindən öncə də namizədlər erməni icmasına müəyyən vədlər verir və prezident seçildikləri təqdirdə əsas yerinə yetirdikləri vəd Ermənistana maliyyə yardımının edilməsi olur: “Bu baxımdan, yeni ildə Ermənistana maliyyə yardımının artırılması məsələsinin gündəmə gəlməsi təsadüfi deyil və böyük ehtimalla reallaşacaq. Əvvəlki təcrübə də göstərir ki, Ermənistana maliyyə yardımı məsələsi nadir hallarda qəbul edilmir. Bununla yanaşı, son siyasi proseslər də bu məsələdə səbəblər sırasındadır. ABŞ Ermənistanda Paşinyan hakimiyyətini Rusiyaya qarşı dəstəkləyir və 2018-ci il hakimiyyət dəyişikliyinin əsas hədəflərindən biri də Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq olub. Təsadüfi deyil ki, ABŞ dünyada ən böyük diplomatik korpuslarından birini Ermənistanda saxlayır. Paşinyan bu planı, daha doğrusu, ona verilən missiyanı tam yerinə yetirə bilmir, əksinə, 44 günlük müharibədə məğlubiyyətdən sonra Rusiya ilə daha çox yaxınlaşmaq xəttini tutub. Hesab etmək olar ki, Vaşinqton maliyyə dəstəyini artırmaqla Ermənistanda təsir imkanlarını saxlamaq istəyir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

