Azərbaycan və Türkiyə strateji tərəfdaş, müttəfiq ölkələrdir
14.08.2010 [09:06]
“Azərbaycan və Türkiyə strateji tərəfdaş, müttəfiq ölkələrdir. Hər iki ölkənin maraqları o qədər bir-birinə yaxındır ki, bir dövlət digərinin maraqlarını həmişə diqqətdə saxlayır. Son vaxtlar baş verən hadisələrdə bir daha şahid olduq ki, Türkiyə və Azərbaycan bu bölgədə sülhə, sabitliyə nail olmaq üçün birgə səylər göstərirlər”. Bu fikirləri www.yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana gözlənilən səfərinin əhəmiyyətini şərh edərkən deyib.
M.Qurbanlı bildirib ki, Türkiyə dövlətinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ problemində nə qədər həssas bir mövqedən çıxış etməsi ölkəmiz üsün böyük önəm kəsb edir. Türkiyənin bu məsələdəki mövqeyində hansısa bir dəyişikliyin baş vermədiyini müşahidə edirik.
“1993-cu ildə Ermənistan Kəlbəcəri işğal etdiyi vaxdan Türkiyə bu işğalçı dövlətlə diplomatik əlaqələrini dayandırıb. Bir daha vurğulamaq istərdim ki, bu məsələdə Türkiyə daim Azərbaycanı müdafiə edib. Və sərhədlərin açılması ilə bağlı Qərb tərəfdən nə qədər təzyiqlər olsa da, Ermənistanın işğalçılıq siyasətinə son qoymayınca sərhədləri açmayacağını bəyan edib”-deyə o, qeyd edib.
Azərbaycanın Türkiyə ilə münasibətləri daim diqqətdə saxladığını deyən YAP İcra katibinin müavini vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi bu gün də hər iki ölkədə əlaqələrin tənzimlənməsi və inkişafı üçün fundamental bir ideya kimi istifadə olunur. Onun sözlərinə görə, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətdə Türkiyə ilə münasibətlər çox diqqətdə saxlanılan istiqamətdir və hər iki ölkənin münasibətlərinin inkişafı üçün Prezident İlham Əliyev xarici siyasət kursunda önəmli addımlar atır.
“Türkiyə və Azərbaycan dövlət rəhbərləri, rəsmi şəxsləri davamlı olaraq qarşılıqlı səfərlər edirlər. Təbii ki, bütün bunlarla yanaşı bizim münasibətlərimizin daha da inkişaf etdirilməsi, bölgədə yaranmış vəziyyət, beynəlxalq aləmdəkı vəziyyət və digər məsələlərin müzakirə edilməsi üçün Türkiyə və Azərbaycan rəhbərlərinin mütəmadi görüşlər keçirməsinə ehtiyac var. Prezident Abdullah Gülün Azərbaycana növbəti səfəri də iki qardaş dövlətin prezidentlər səviyyəsində cari məsələlərin müzakirə edilməsinin ehtiyacından irəli gəlir. Bu səfər gedişində Türkiyə - Azərbaycan münasibətləri, iqtisadi, siyasi və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə ediləcək. Türkiyə mətbuatı Prezident Abdullah Gülün Azərbaycana səfərinə xüsusi diqqət ayırır, siyasi təhlillər verilir”, - deyən M.Qurbanlının fikrincə, bütövlükdə bu səfər mühüm hadisədir, münasibətlərimizin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

