ATƏT-in mövqeyi, yoxsa mövqesizliyi?
13.01.2022 [10:21]
Təşkilat nə üçün öz bəyanatında Kəlbəcər rayonu istiqamətində təxribat törədən Ermənistanı qınamır?
Nardar BAYRAMLI
Ermənistan Azərbaycanla dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə hərbi təxribat törədib. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayaraq Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini pisləyib. “İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır”, - deyə bəyanatda vurğulanır.
Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) da cəbhədə baş verən insidentlə bağlı mövqeyini bildirib. Amma ekspertlər bunu həm də mövqesizlik kimi səciyyələndirirlər. Belə ki, ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat katibi Zbiqnev Rau və Polşanın ATƏT-dəki daimi nümayəndəliyinin ikinci katibi Bartoş Kempinski Azərbaycanı və Ermənistanı sərhəddə güc tətbiq etməkdən çəkinməyə və problemlərin həlli üçün dialoqa getməyə çağırıblar: “Biz Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirik. Polşa ATƏT-in fəaliyyətdə olan sədri kimi regional sülhün, davamlı inkişafın və regional inkişafın təşviqi istiqamətində səyləri yeniləmək və gücləndirmək üçün tərəfdaşlarla işləmək niyyətindədir. Bu baxımdan, biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyəcəyik”.
Təbii ki, ATƏT-in beynəlxalq təşkilat olaraq hadisələrə münasibət bildirməsi normaldır. Amma bu bəyanatda beynəlxalq təşkilatın nümayəndələri hərbi təxribatı törədən tərəfin - Ermənistanın adını çəkməlidirlər. Çünki Azərbaycanın dəfələrlə regionda sülhün və sabitliyin təmin olunması çağırışlarına Ermənistan adekvat cavab vermir. Əksinə, vaxtaşırı olaraq dövlət sərhədində hərbi təxribatlar törədərək sülh təşəbbüslərinə qarşı çıxır.
Digər tərəfdən, ATƏT rəsmilərinin bəyanatında “Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyəcəyik” fikri diqqəti cəlb edir. Söhbət hansı səylərdən gedir? İkinci Qarabağ müharibəsi başa çatandan sonra həmsədrlər heç bir təşəbbüslə çıxış etməyib, sadəcə olaraq müxtəlif vaxtlarda bir neçə bəyanat verməklə kifayətləniblər. Məsələ ilə bağlı politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında bildirib ki, müəyyən dairələr ATƏT-in Minsk qrupunu yenidən dövriyyəyə qaytarmaq istəyir. Onun sözlərinə görə, Azərbaycan dövləti və xalqı Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən heç vaxt razı qalmayıb: “ATƏT-in Minsk qrupu 1992-ci ildən fəaliyyət göstərir. 3 həmsədr ölkə dünyanın ən böyük dövlətləri sırasında yer alır. Lakin 30 ilə yaxın müddətdə həmsədr dövlətlər Ermənistanın Azərbaycan torpaqlarını işğalına son qoyulması üçün heç bir addım atmadılar. Əksinə, Azərbaycan cəmiyyəti çox zaman həmsədrlərin bəyanatlarının erməni tərəfinin maraqlarına uyğun olmasından narahatlığını ifadə edib. Buna görə də Azərbaycan özü 44 günlük müharibə ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi”.
Politoloqun sözlərinə görə, dövlətimizin başçısı İlham Əliyev Minsk qrupunun həmsədrlərinə yeni təkliflərlə çıxış etməyi tövsiyə edib: “Yeni təkliflər isə tərəflər arasında etimadın yaradılması, kommunikasiyaların açılması, sülh prosesinə dəstək vermək, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmasına çalışmaqdan ibarət olmalıdır. Amma onlar hələ də heç bir təşəbbüslə çıxış etməyiblər. Azərbaycan dövləti heç vaxt razı olmayacaq ki, həmsədrlər əvvəlki formada öz fəaliyyətlərini qursunlar. Yəni münaqişə həll olunduğu üçün həmsədrlər bununla bağlı spekulyasiya edə bilməzlər. Bu baxımdan, ATƏT rəsmilərinin bəyanatında “həmsədrlərin səyləri”nin vurğulanması ciddi yanaşma deyil. Görünür, onlar standart yanaşmalardan uzaqlaşa bilmirlər”.
Xəbər lenti
Hamısına baxElm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28

