Fiziki və mənəvi sağlamlıq naminə...
01.02.2022 [09:54]
Azərbaycan Prezidentinin idman siyasəti sağlam gəncliyin inkişafına və parlaq gələcəyin inşasına yönəlib
Nurlan QƏLƏNDƏRLİ
İdman təkcə fərdi sağlamlığın rəhni deyil, eyni zamanda, cəmiyyətin firavan gələcəyinin, gənc nəslin fiziki və mənəvi inkişafının təməl daşlarından biridir. O, həm də effektiv və mükəmməl tərbiyə vasitəsidir. Ona görə də sağlam cəmiyyət qurmaq və xoşbəxt gələcəyi təmin etmək üçün dövlət idman siyasətinin həyata keçirilməsi müstəsna sosial və mənəvi əhəmiyyətə malikdir.
Cənab İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən mühüm xidmətlərindən biri idmanın inkişafı ilə bağlı konseptual yanaşma ortaya qoyması və bu sahədə ardıcıl, məqsədyönlü fəaliyyətin təmin edilməsidir. O, həm ölkə başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişafına xüsusi diqqət yetirir. İnsana, cəmiyyətə xidmət edən idmanın inkişafı dövlət siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib.
Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun, yəni fiziki və mənəvi cəhətdən sağlam gəncliyin formalaşmasını təmin edib. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilir, idmançıların sosial-məişət məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da getdikcə daha uğurlu olur.
Heç şübhəsiz, Azərbaycanda Olimpiya Hərəkatının inkişafı həm də beynəlxalq səviyyədə sülhə və əməkdaşlığa, həmrəylik və inteqrasiyaya təşviqdir. Xüsusilə də, ölkəmizin mötəbər idman yarışlarına müvəffəqiyyətlə ev sahibliyi etməsi idman vasitəsilə mədəniyyətlərarası dialoqun təmin edilməsidir. Azərbaycan bu vasitə ilə idmanın təkcə fiziki məşğuliyyət deyil, insanın inkişafına xidmət edən və müxtəlif sivilizasiyalar arasında dostluq körpüləri yaradan dəyər olduğunu göstərdi.
Müvafiq sahədə görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bu, təkcə idmanın inkişafı deyil, eyni zamanda, Azərbaycan xalqının milli potensialının, sağlam münasibətlərə əsaslanan həmrəyliyin gücləndirilməsi, o cümlədən ölkəmizin beynəlxalq təqdimatıdır.
İdmanın inkişafına xidmət edən məqsədyönlü və sistemli fəaliyyət, eyni zamanda, gələcəyə milli sərmayə yatırmaqdır. Bu gün idmanın inkişafı timsalında həyata keçirilən fiziki və mənəvi tərbiyə siyasəti gələcək nəsillərin sağlam cəmiyyətdə yaşamasına xidmət edən strateji amildir. Ona görə də Prezident İlham Əliyev təkcə bu sahədə maddi-texniki bazanın gücləndirilməsinə, infrastrukturun yenilənməsinə xüsusi diqqət yetirmir, eyni zamanda, idmanın kütləviliyinin təmin olunması ilə əlaqədar təbliğat işinə böyük önəm verir. Milli sağlamlığın təmin olunmasının çox mühüm vasitələrindən biri olan idmanla məşğul olmağın həyat tərzinə, fərdi və kollektiv xarakterli sosial vərdişə çevrilməsi üçün media orqanlarının bu barədə sistemli təbliğat aparması vacib amil kimi səciyyələndirilir.
Prezident İlham Əliyev həm də azsaylı dövlət rəhbərlərindəndir ki, öz nümunəsində idmanın önəmi və dəyəri ilə bağlı örnək nümayiş etdirir. Azərbaycan Prezidentinin qatıldığı bir sıra tədbirlərdə, müvafiq açılışlarda idman hərəkətləri ilə şəxsi nümunə ortaya qoyması gənc nəsilə sağlam və düzgün həyat tərzi keçirmək üçün əlavə stimul -impulsdur.
Bir sözlə, İlham Əliyevin milli və peşəkar baxışı, strateji yanaşması əsasında Azərbaycanın idman ölkəsinə çevrilməsi milli tərəqqinin mühüm amilidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

