Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Regionun autsayderinəçevrilən “dövlət”

Regionun autsayderinəçevrilən “dövlət”

24.02.2022 [10:38]

Qarabağdakı separatçılar yenə xəyallar qururlar...

Taleh AĞAVERDİEV

Məlum olduğu kimi, Rusiya bu yaxınlarda qondarma “LPR” və “DXR”in “müstəqilliyini” tanıdı. Bu qərarla bərabər, Azərbaycanın Qarabağ bölgəsindəki separatçılar yenidən ağlasığmaz xəyallar qurmağa başlayıblar.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın dinc əhalisinə qarşı terror aktları törətməkdə ittiham olunan separatçıların başçısı Arayik Arutyunyan dərhal separatçı respublikaların tanınmasını alqışlamağa tələsdi. O, Qarabağdakı separatçıların da “suveren dövlətinin beynəlxalq səviyyədə tanınmasına layiq olduğunu” bəyan edib. Onun ardınca bu cəfəngiyyat qondarma “xarici işlər nazirliyinin”nin rəhbəri David Babayan da təkrarladı. Onun sözlərinə görə, Azərbaycan ərazilərində qanunsuz yaradılmış separatçıların “dövləti”nin “müstəqil dövlətçiliyinin tanınması üçün tarixi, hüquqi, mənəvi və etik əsasları var”.

Rusiyanın bu qərarının səbəb və nəticələri barədə çox danışmaq olar. Bununla belə, bunun Qarabağ separatçılarının taleyi ilə heç bir əlaqəsi olmadığı tam aydındır. Və bunun bir sıra səbəbləri var.

Birincisi, separatçıların bəyan etdikləri xalqların öz müqəddəratını təyinetmə prinsipinin özü son dərəcə ziddiyyətlidir və digər beynəlxalq hüquqi prinsiplə - dövlətlərin ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil edir. Bir çox ekspertlər hesab edir ki, xalqların öz müqəddəratını təyinetmə hüququnu şərh edən BMT konsepsiyası ziddiyyətli və təhlükəlidir, ilkin olaraq “ikili standartlar” siyasətindən istifadəni nəzərdə tutur və bu, təbii ki, münaqişənin həllinə konstruktiv və dinc yanaşma tapmağa imkan vermir. Və Azərbaycan dəfələrlə 30 il ərzində Ermənistanla münaqişəni sülh yolu ilə həll etməyə çalışarkən belə “ikili standartlarla” üzləşib.

Qeyd edək ki, müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə 1960-cı ildə BMT Baş Assambleyası tərəfindən tamamilə fərqli, konkret məqsədlə qəbul edilmişdir - müstəmləkə asılılığı məsələsini həll etmək və ərazilərin öz müqəddəratını təyinetmə məsələsi asılı dövlətlərin statusunun müəyyənləşdirilməsi çərçivəsində müzakirə edilirdi. O, artıq mövcud dövlətlərdə olan xalqların öz müqəddəratını təyinetmə məsələlərinə toxunmurdu. İndi isə dünyada müstəmləkəsizliyin praktiki olaraq başa çatdığı və dünyada klassik koloniyaların qalmadığı bir vaxtda Bəyannamənin prinsipləri onların müasir şərhi ilə bağlı qızğın müzakirələrə səbəb olur. Əslində, ərazi bütövlüyünün pozulması və ya etnik icmanın dövlət-siyasi formasının dəyişdirilməsi tələbləri daxili rifahı pozmağa və rəqib icmalar arasında münaqişəyə səbəb ola biləcək “saatlı bomba”dır və Qarabağda da məhz bu baş verdi.

Ermənilərin artıq öz müstəqil (ən azı kağız üzərində) dövləti var və ona görə də hər hansı öz müqəddəratını təyin etmək hüququndan, ikinci erməni dövlətinin yaradılmasından söhbət gedə bilməz. Aydındır ki, 30 il ərzində təxribat törədilib, Azərbaycan ərazisində pafosla “referendum” adlandırılan qanunsuz tədbir keçirilib. Amma rəsmi Bakı onun nəticələrini tanımayıb, heç tanımayacaq da.

Bundan əlavə, Ermənistan BMT, MDB, KTMT, Aİİ, Gİ-yə Sovet sərhədləri daxilində qoşuldu. Yəni Azərbaycanın işğal olunmuş əraziləri olmadan. Beləliklə, o, BMT-yə, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara Sovet sərhədləri çərçivəsində daxil olan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Yəni, ölkəmizin bütün (əvvəllər işğal olunmuş - red.) əraziləri ilə birlikdə. Bu faktı Ermənistanın baş nazirinin özü də dəfələrlə təsdiqləyib. Bu, nə İrəvanın, nə də Xankəndinin inkar edə bilməyəcəyi reallıqdır. Bu baxımdan təəccüblü deyil ki, Azərbaycan ərazilərinin işğal altında olduğu bütün illər ərzində dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan belə qondarma “DQR”in “müstəqilliyini” tanımayıb. Eyni zamanda, bütün dünya dövlətləri Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu, müxtəlif beynəlxalq sənədlərdə öz əksini tapıb.

İkincisi, Azərbaycan 44 günlük müharibədə işğal olunmuş ərazilərini azad edərək parlaq qələbə qazandı və əslində tanımağa bir şey qalmayıb. Ermənistan ordusunun darmadağın edilməsindən sonra üçtərəfli bəyanatlar imzalanıb və orada hər şey aydın şəkildə ifadə olunub. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəal proses gedir, müxtəlif ölkələrdən investorlar bu layihələrdə iştirak etməyə hazırdırlar. Prezident İlham Əliyev 2021-ci il iyulun 7-də Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanı imzalayıb. Bu fərmanla separatçıların hələ də oturub xəyal qurduğu Xankəndi də daxil olmaqla, Qarabağ iqtisadi rayonu yaradıldı.

Yeri gəlmişkən, 22 fevralda imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında tarixi Bəyannamədə Rusiya bir daha Azərbaycanın ərazi bütövlüyünü və dövlət sərhədlərinin toxunulmazlığını tanıdı. Bundan əlavə, Bəyannamənin bəndlərindən birinə görə, Rusiya və Azərbaycan regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

Ermənistandakı nəhəng iqtisadi, sosial, demoqrafik, xarici siyasət, daxili siyasi problemlər fonunda Qarabağ separatçılarının özləri barədə xatırlatmaq cəhdləri xüsusilə səfeh görünür. Əsassız ərazi iddiaları və başladığı münaqişə ucbatından Ermənistan özünü təcrid vəziyyətinə salıb və regionun autsayderinə çevrilib. Ermənilər bunu unutmamalıdırlar. Separatçılar sakitləşmək və yeni reallıqları qəbul etmək istəməsələr, müzəffər Azərbaycan ordusu “dəmir yumruq” terapiyasını təkrarlaya bilər ki, onların başlarına bu cür səfeh fikirlər gəlməsin.

Paylaş:
Baxılıb: 879 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31