Konstantinopol Konvensiyası pozularsa...
05.03.2022 [10:37]
Rusiya ətrafında dəniz epopeyası davam edir
Taleh AĞAVERDİYEV
Bu günlərdə sosial şəbəkələrdə ABŞ-ın Misirdən beynəlxalq sanksiyalar çərçivəsində Rusiya gəmiləri üçün dəniz keçidini bağlamağı xahiş etdiyi barədə xəbərlər yayılıb. Bildirilib ki, bu, Ukraynadakı hərbi əməliyyatla bağlı Moskvaya növbəti bir təzyiq forması olmalı idi.
Lakin Süveyş kanalı administrasiyasının rəhbəri Usamə Rabia bu məlumatı təkzib edib. O, 1888-ci il Konstantinopol Konvensiyasını xatırladıb. Həmin sənədə əsasən, ölkələr arasında siyasi gərginlik səbəbindən Süveyş kanalından hər hansı gəminin keçməsini qadağan etmək mümkün deyil. “Süveyş kanalı - neytral beynəlxalq dəhlizdir, siyasətə və müharibələrə tabe deyil. Biz heç bir gəminin kanaldan keçməsini qadağan edə bilmərik”, - deyə Rabia vurğulayıb.
Gəlin, Süveyş kanalının qlobal əhəmiyyəti kontekstində bu cür mesajların yayılmasının mümkün səbəbini və belə bir qərarın nəzəri nəticələrini nəzərdən keçirək.
Süveyş kanalı Misirdə Aralıq dənizi və Qırmızı dənizləri birləşdirən gəmiçilik kanalıdır. Bu, Hind okeanı ilə Aralıq dənizi arasındakı ən qısa su yoludur (alternativ yol 8 min km daha uzundur). Süveyş kanalı 1869-cu il noyabrın 17-də açılıb. Kanal dünya ticarətinə dərhal təsir göstərdi və Britaniya imperiyasının Uzaq Şərqlə ticarətə təsirini zəiflətdi.
1882-ci ildə Böyük Britaniya Misiri işğal etdi və Süveyş kanalına fiziki nəzarəti ələ keçirdi. 1888-ci il oktyabrın 29-da İstanbulda bütün böyük Avropa dövlətləri Süveyş kanalından sərbəst istifadənin təmin edilməsi haqqında Konvensiya imzaladılar. Konvensiyanın 1-ci maddəsinə əsasən, “Süveyş dəniz kanalı istər müharibə dövründə, istərsə də sülh dövründə həmişə azad və bayraq fərqi qoyulmadan bütün ticarət və hərbi gəmilər üçün açıq olacaqdır”. Kanala heç vaxt blokada hüququnun tətbiq edilməyəcəyi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, Birinci və İkinci Dünya müharibələri zamanı kanaldan keçid faktiki olaraq Böyük Britaniya tərəfindən tənzimlənirdi.
1956-cı ildə Misir hökuməti Süveyş kanalını milliləşdirdi. Buna cavab olaraq İngiltərə və Fransa hökumətləri Misirə qarşı hərbi əməliyyat keçirməyə qərar verdilər. Kanal qismən məhv edildi, gəmilərin bir hissəsi batdı, nəticədə 24 aprel 1957-ci ilə qədər bağlandı. 1967-ci ildəki Altıgünlük müharibədən sonra kanal yenidən bağlandı və yalnız 5 iyun 1975-ci ildə istifadəyə verildi. Hazırda çoxmillətli monitorinq qüvvələri (ABŞ, İsrail və Misir də daxil olmaqla) Süveyş Kanalı İdarəsinə məxsus olan kanala nəzarət edir.
İki yüz kilometrlik Süveyş kanalı vasitəsilə dünya üzrə bütün konteyner daşımalarının 30%-i həyata keçirilir. Ümumilikdə, bütün dünya ticarətinin 12%-i Süveyşə bağlıdır. Kanaldan hər il 19 min gəmidə bir milyard tona yaxın yük keçir. Hər gün təxminən 50 gəmi. Bu kanalın əhəmiyyətini daha dolğun başa düşmək üçün 2021-ci ilin martında Ever Given konteyner gəmisinin bir həftə ərzində dünyanın əsas nəqliyyat arteriyalarından birini bağladığı epizodu xatırlamaq kifayətdir. Kanaldan çoxlu neft tankerləri keçdiyi üçün neft qiymətləri dərhal qalxdı. Təxmini hesablamalara görə, Süveyş kanalında baş verən qəzadan dünya iqtisadiyyatının itkiləri 80 milyard dollar təşkil edib. Əgər blokada daha uzun sürsəydi, o zaman itkilər yüz milyardlarla dollar təşkil edəcəkdi.
Bəs Rusiya gəmiləri üçün Süveyş kanalının nəzəri olaraq bağlanması Rusiya Federasiyasına necə təsir göstərəcəkdi? Daha əvvəl yazmışdıq ki, Türkiyə Rusiyanın Ukraynadakı hərbi əməliyyatını müharibə kimi tanıyıb və Montrö konvensiyasına uyğun olaraq hərbi gəmiləri Qara dənizdən Aralıq dənizinə Bosfor və Dardanel boğazlarından buraxmamaq qərarına gəlib. Məlum olduğu kimi, 2013-cü ilin sentyabrında Rusiya Aralıq dənizində hərbi mövcudluğunu bərpa etdi. Aralıq dənizi regionunda tapşırıqları yerinə yetirmək üçün 15 döyüş gəmisi və yardımçı gəmidən ibarət Rusiya Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizindəki Daimi Əməliyyat Qrupu yaradılıb. Aralıq dənizi eskadronunun bazası Suriyanın Tartus limanında yerləşir. Bundan əlavə, Rusiya Qırmızı dənizdə Port Sudanda hərbi-dəniz bazasının tikintisinə fəal şəkildə hazırlaşır. Süveyş kanalının bağlanması Rusiyanın Sudandakı hərbi bazasının açılışını əhəmiyyətli dərəcədə ləngidərdi və Qara dəniz donanmasının dəstəyini ala bilməyəcək Aralıq dənizindəki Əməliyyat Qrupu blokadaya düşəcəkdi. Beləliklə, Rusiya Aralıq dənizində hərbi mövcudluğunu artırmaq imkanından məhrum olacaqdı ki, bu da Qərb ölkələri ilə mümkün toqquşma perspektivində kifayət qədər əhəmiyyət kəsb edir.
Lakin strateji baxımdan belə bir addım Rusiya üçün böyük əhəmiyyət kəsb etməyəcəkdi, bu, daha çox Avropa ölkələri üçün dənizdən hücumlara qarşı əlavə sığorta olacaqdı. Amma iqtisadi baxımdan kanalın bağlanması Rusiyaya ciddi zərbə vurmuş olardı.
Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq müxtəlif sektorlarda ona mənfi təsir göstərir. Ukrayna ilə bağlı vəziyyətə görə Rusiyanın konteyner bazarı da dəniz blokadasına düşüb. Konteyner daşımalarında üç dünya lideri - İsveçrənin Mediterranean Shipping Company (MSC), Danimarkanın Maersk və Fransanın CMA CGM şirkəti martın 1-dən Rusiyaya/Rusiyadan konteynerlərin daşınması üçün yeni sifarişlərin qəbulunu dayandıracaqlarını açıqlayıblar. Bundan əvvəl Almaniyanın Hapag-Lloyd daşıyıcısı, Sinqapur alyansı olan Ocean Network Express (ONE) və Tayvanın Yang Ming operatoru sifarişlərin dayandırıldığını elan etmişdilər. Bununla belə, məhz Maersk, MSC və CMA CGM-nin qərarını dönüş nöqtəsi adlandırmaq olar. Bazar iştirakçılarının fikrincə, Rusiya bazarında bu üç daşıyıcının payı 50%-i ötür.
Konteyner daşımalarının blokadası dərhal olmasa da, amma nəticədə elektronika və məişət texnikasından tutmuş idman mallarına və ev heyvanları üçün yeməklərə qədər mağaza rəflərindəki hər şeyə təsir edəcək. Konteynerlərdə, həmçinin müxtəlif avadanlıqlar, o cümlədən iri sənaye layihələri üçün avadanlıqlar daşınır.
Bundan başqa, Qara dəniz hövzəsində konteynerlərin daşınması prosesində problemlər başlayıb. Ukrayna limanlarından (əsasən Odessadan keçməklə) Rusiyaya tranzit keçən gəmilər ləngiyir. Həmçinin Türkiyə şirkətləri Ukraynanın ərazi sularından tranzitlə Rusiyaya mal göndərməkdən çəkinir. Bir çox gəmi kapitanları Rusiyanın Azov və Qara dənizlərdəki limanlarına girməyə risk etmirlər.
Bu cür şəraitdə Rusiya Süveyşdən keçidi də itirsəydi, bu onun iqtisadiyyatını daha da çökdürərdi. Qeyd edək ki, kanaldan keçən neft tankerlərinin təxminən dörddəbiri Rusiyaya aiddir. Bəli, Moskva çoxdan Şimal Dəniz Marşrutunu Süveyş kanalına alternativ kimi irəli sürür, lakin hələlik bu nəqliyyat marşrutundan yalnız ilin müəyyən aylarında istifadə etmək olar. Bu dəniz yolunun çatışmazlıqları arasında gözlənilməz buz şəraiti, zəif infrastruktur, axtarış-xilasetmə resurslarının çatışmazlığı var. Bundan əlavə, artıq qurulmuş konteynerdaşıma marşrutları mövcuddur və Şimal Dəniz Yolu hələ Süveyş marşrutu ilə rəqabət apara bilməz.
Bununla belə, indiki şəraitdə Konstantinopol Konvensiyasının pozulacağı ehtimalı azdır. Bu cür mesajların yayılmasında məqsəd çox güman ki, Rusiya biznesmenlərinə və hökumətinə əlavə psixoloji təzyiq göstərmək və yaxud neftin qiymətinin daha da artmasına təkan verməkdir. Ancaq Böyük Britaniya nümunəsini nəzərə alsaq, heç vaxt dəqiq bilmək olmaz...
Xəbər lenti
Hamısına baxSiyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03

