Türkiyənin “Davos”u bəşəriyyətə daha bir şans verə bilər
11.03.2022 [23:50]
Antalya Diplomatiya Forumu regional və qlobal problemlərin həllinə yönəlmiş müzakirə platforması kimi
Taleh Ağaverdiyev
Martın 11-də Türkiyənin Antalya şəhərində II Antalya Diplomatiya Forumu işə başlayıb. “Diplomatiyanın yenidən qurulması” devizi altında keçirilən forumun meydanında beynəlxalq gündəmdə olan aktual məsələlərin müzakirəsi nəzərdə tutulub. Forumun təşkilatçıları Türkiyə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyidir.
Forumda ümumilikdə 2500-dən çox insan, o cümlədən 20 dövlət və hökumət başçısı, 70-dən çox nazir və beynəlxalq təşkilatların 50-yə yaxın nümayəndəsi iştirak edir. Forumda təkcə siyasi liderlər deyil, işgüzar dairələrin nümayəndələri də iştirak edir. Martın 13-dək davam edəcək forumun işini 200-ü xarici olmaqla 585 jurnalist işıqlandıracaq.
??? Dünya Müharibəsi təhlükəsinin yarandığı indiki şəraitdə mövzunu və iştirakçıların tərkibini nəzərə alaraq bu forum xüsusi əhəmiyyət kəsb edir. Bu forum, xüsusilə gündəmdə olan Rusiya-Ukrayna münaqişəsi fonunda, Türkiyənin dünyada artan rolunu göstərir. Qeyd edək ki, forum çərçivəsində artıq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Rusiya və Ukraynanın xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleba arasında görüş keçirilib.
Forumda, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, BMT baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos də iştirak edir. Beləliklə, bu forum regional və qlobal problemlərin sülh və danışıqlar nöqteyi-nəzərindən baxılması və həllinə yönəlmiş müzakirə platforması kimi çıxış edəcək.
Bu forum həm də Azərbaycan üçün önəm daşıyır. Belə ki, tədbirdə Ermənistanın xarici işlər naziri də iştirak edir və forum zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparılacaq ki, bu da regionumuz üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, martın 10-da Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilib. Görüş zamanı tərəflər regiondakı mövcud vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrasını, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanları, kommunikasiya və nəqliyyat xətlərinin açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesini müzakirə ediblər. XİN rəhbərləri eləcə də Ukraynadakı mövcud vəziyyət, Rusiya və Ukrayna arasında danışıqlar və münaqişənin həlli yolları barədə fikir mübadiləsi aparıblar.
Forum çərçivəsində Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə məhsuldar danışıqlar aparıb və bu danışıqlarda enerji sahəsində əməkdaşlıq müzakirə olunub. Bundan başqa, Azərbaycanın xarici işlər naziri Latviyanın baş nazirinin müavini - müdafiə naziri Artis Pabriks ilə görüşüb. Görüş zamanı Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri və işğaldan azad edilmiş ərazilərdə dəyən ziyanın və infrastrukturun dağıdılmasının miqyası, eləcə də münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət barədə Pabriksə məlumat verib. Bununla bağlı Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının beynəlxalq hüquqa ədalətlə yanaşmasının vacibliyini vurğulayıb.
Koronavirus epidemiyası ilə kəskinləşən qlobal münasibətlərdə yeni dalğalanmalar diplomatiya sahəsində də transformasiya ehtiyacını artırıb. Dünyanın müxtəlif yerlərində rəqabət, münaqişələr bütün bəşəriyyətin həyatına təsir edir. Və indiki şəraitdə diplomatiyanın yenidən qurulmasına, onun metodlarının təkmilləşdirilməsinə ehtiyac var. Bu proses özündə innovativ rəqəmsal imkanlardan istifadə etməklə və günün tələblərinə uyğunlaşmaqla, milli maraqları çatdırmağın effektiv yollarının tapılmasını ehtiva edir.
Bəşəriyyət mövcud gərginliyi həll etmək, dəyişiklikləri idarə etmək, harmoniyanı təşviq etmək və əməkdaşlığı inkişaf etdirmək üçün güclü diplomatiyaya ehtiyac duyur. Bu yolda diplomatiyanın innovativliyi, səmərəliliyi və effektivliyi saxlanılmalıdır. Antalyadakı danışıqlar platforması isə regionun və dünyanın gələcəyi ilə bağlı yeni ideya və tendensiyaların formalaşması üçün yaxşı əsasdır. Fikir ayrılıqları, qarşıdurmalar və müharibələr mövcud olduğu şəraitdə Antalya forumu istənilən halda diplomatiyaya şans verilməsinin vacibliyini nümayiş etdirəcək.
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

