/ / Xalqın dəstəyini qazana bilməyən Əli Kərimli yenidən dövlətin və millətin maraqlarını satmağa qərar verdi
Xalqın dəstəyini qazana bilməyən Əli Kərimli yenidən dövlətin və millətin maraqlarını satmağa qərar verdi
14.10.2010 [09:29]
Məlum olduğu kimi, noyabrın 7-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq imzatoplama kampaniyası başa çatıb və cəmi bir gün sonra prosesin təşviqat-təbliğat mərhələsinə start veriləcək. Birinci mərhələni uğurla başa vuran Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində irəli sürdüyü namizədlərin hamısı DSK-lar tərəfindən qeydə alınıb. Müxalifətin irəli sürdüyü namizədlərin isə əksəriyyəti DSK-lar tərəfindən qeydə alınmayıb. Buna səbəb imzatoplama kampaniyası zamanı müxalifət namizədlərinin yol verdiyi qanun pozuntuları olub.
Bununla belə, müxalifət öz zəifliyindən, gücsüzlüyündən nəticə çıxarmaqdansa, yenidən şantaj kampaniyasına start verib. Nəzarətlərində olan qəzetlərdə açıq şəkildə qara piar kampaniyası aparan düşərgə rəhbərləri ənənəvi amplualarında çıxış etməyə başlayıblar. Məsələn, mətbuata açıqlamasında AXCP sədri Əli Kərimli yenidən üzünü “Sem dayı”larına çevirib.
İmzatoplama kampaniyasının nəticələri ilə bağlı keçiridiyi mətbuat konfransında Ə.Kərimli beynəlxalq təşkilatlara açıq mesajlar verərək onları ölkə hakimiyyətinə əsassız təzyiqlərə başlamağa çağırıb. Heç bir vaxt dövlət və millət maraqlarını nəzərə almayan, sadəcə, ölkəmizə əsassız təzyiqlər etmək istəyən, öz maraqlarını təmin etməyə çalışan bir sıra xarici güclərin əlaltısı qismində çıxış etməyə öyrəşmiş Ə.Kərimli, əslində, bu addımı ilə yenidən satılmağa hazır olduqlarına işarə edib. Yəni, Ə.Kərimli həmin maraqlı güclərin təzyiq kampaniyasında vasitə rolunu oynamağa hazırdır.
Bəlli olduğu kimi, seçki prosesinin imzatoplama mərhələsində müxalifət düşərgəsinin hansı “gücə” malik olması tam çılpaqlığı ilə aşkarlandı. Bu real vəziyyət isə AXCP sədrini çıxılmaz dalana salıb. Əslində, normal siyasətçi bu utancdan sonra üzüsulu siyasətdən getməyə qərar verərdi. Ə.Kərimlinin düşdüyü hazırkı situasiya isə buna da yol vermir. çünki seçkiöncəsi beynəlxalq güclər qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilməyən və xalqdan heç 1 faiz də dəstək görməyən Kərimli və yaxın ətrafı pul mənbələri olan “Sem dayı”nın maddi dəstəyindən məhrum olacaqlarından qorxurlar.
Bəli, qeyd etdiyimiz kimi, imzatoplama kampaniyasında xalq növbəti dəfə müxalifətə açıq şəkildə “yox” dedi. Ə.Kərimli də daxil olmaqla düşərgə təmsilçiləri isə bu “yox”dan nəticə çıxarmaq əvəzinə qeyd etdiyimiz kimi, beynəlxalaq gücləri seçkinin nəticələrinə təsir etməyə çağırdı. Amma Ə.Kərimli və xalqın maraqlarını nəzərə almayan digər müxalifət təmsilçiləri unudurlar ki, seçkinin nəticəsini nə beynəlxalq güclər, nə də ki, hədə-qorxu müəyyənləşdirir. Seçkinin nəticəsini müəyyənləşdirən bir ünvan var - o da Əli Kərimlinin və dostlarının artıq 17 ildir itirdiyi xalq dəstəyidir...
Seçkidə uğur əldə etmək üçün birinci növbədə xalqın səsini qazanmaq lazımdır. Xalqın səsini qazanmaq üçünsə millətini sevmək, onun yanında yer almaq gərəkir. Azərbaycan müxalifəti ən çətin anlarında heç zaman bu millətin yanında olmayıb, daim dövlətin maraqlarını zərbə altına salmağa çalışıb. Düşərgə illərdir ölkəmizin müsbət imicinə qarşı siyasət aparır, xaricdə Azərbaycan haqqında yalan rəylərin formalaşması istiqamətində yorulmadan “fəaliyyət” göstərir. Belə olan halda, Ə.Kərimli və onun yaxın ətrafı niyə özünə sual vermir ki, xalq bizə niyə imza verməli, özünün vəkili statusunda görməlidir? Axı müxalifət düşərgəsi heç bir seçkidə xalqın, seçicinin rəyini özünə istinad nöqtəsi olaraq seçməyib. Onların istinad nöqtələri hər zaman pul mənbələri olan “Sem dayı”ları və onların maraqlarıdır...
İkinci bir tərəfdən, xalq Əli Kərimli və ətrafının hansı düşüncədə, hansı yolda, hansı əxlaqda olduğunu görür və qiymətləndirir. İstər ermənilərlə konyak süfrəsi arxasında Azərbaycanın maraqlarını pula satan QHT-çisi, istər bu gün dəmir barmaqlıqlar arxasında cinayət məsuliyyəti daşıyan, oğurluqda günahlandırılan müşaviri, istərsə də bir neçə gün öncə əxlaqsız hərəkətləri faş olunan mətbu “sağ əli”nin etdikləri Əli Kərimlinin kimliyini ortaya qoymurmu? Budurmu Ə.Kərimlinin və ətrafının müxalifət anlayışı, müxalifət davranışı, müxalifət əxlaqı... Azərbaycan xalqı isə bir daha göstərdi ki, belə düşüncəni, belə davranışı, belə əxlaqı özünə yaxın belə buraxmır...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30

