Ukraynaya 7-ci yardım, Rusiyaya 6-cı sanksiyalar paketi
21.04.2022 [09:56]
Mübariz ƏHMƏDOĞLU
Bir sıra geosiyasi amillər səbəbindən alovlanan Rusiya-Ukrayna müharibəsi yalnız döyüş meydanlarında getmir. Onu həm də sanksiyalar müharibəsi kimi səciyyələndirmək mümkündür.
Ukrayna ətrafında sıx koalisiya
İndiyədək müharibə tərəflərindən biri - Ukrayna ətrafında bu ölkəni dəstəkləyən ABŞ və Avropa İttifaqı (Aİ) dövlətlərindən ibarət sıx koalisiya yaranıb. Sözügedən dövlətlərin Rusiyanın hücumuna məruz qalan və böyük dağıntılarla üzləşən Ukraynaya dəstəyi müxtəlif istiqamətlərdə həyata keçirilir. Başlanğıcda Qərbin Ukraynaya köməyi ölkəyə müdafiə təyinatlı silahların göndərilməsi ilə məhdudlaşırdı və bir növ gizli şəkildə həyata keçirilirdi. Lakin belə görünür ki, daha heç nəyi gizlətməyə lüzum qalmayıb. Avropa ölkələri Ukraynaya bütün növ yardımlarını daha Rusiya sputniklərindən gizlətməyə heç cəhd də göstərmirlər və açıq şəkildə bildirirlər ki, perspektivdə yardımların miqyası daha da artacaq. Bu barədə ayrı-ayrı ölkələrin liderləri kəskin bəyanatlar səsləndiriblər. Gündəlikdə duran əsas məsələlərdən biri isə bundan sonra Ukraynaya ağır hücum silahlarının göndərilməsidir. İfadə olunan ümumi qənaət belədir ki, Ukraynada ilkin məqsədə nail olunub işğal planının qarşısı alınıb. Növbəti mərhələdə qarşıya qoyulan hədəf işğalçını bütünlüklə Ukraynadan çıxarmaqdan ibarətdir.
Qərbin Ukraynaya dəstəyin genişləndirilməsi ilə bağlı planları barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Bild am Sonntag nəşrinə müsahibəsində danışıb. O, aydın şəkildə ifadə edib ki, Avropa ölkələri Ukraynaya ağır texnika, o cümlədən də tankların və təyyarələrin göndərilməsindən imtina etməyəcəklər. “Mən yüngül və ağır silahlar arasında fərq qoymaq istəmirəm. Ancaq bir məsələ dəqiqdir ki, Ukrayna öz müdafiəsi üçün zəruri olan bütün silahları almalıdır”, - deyə Avropa Komissiyasının rəsmisi vurğulayıb.
Avropadan silah gözləntilərini Ukrayna prezidenti Volodimir Zelenski də təsdiqləyib. “Hazırda sual ondan ibarətdir ki, silahlar Ukraynaya mümkün qədər tez çatdırılsın”, - deyə V.Zelenski növbəti mətbuat konfransında vurğulayıb.
800 milyon dollarlıq hərbi yardım
Verilən xəbərlərdən bəlli olur ki, Ukraynaya hərbi-texniki yardımı yalnız Avropa ölkələri artırmayacaq. ABŞ bundan sonra da bu ölkənin dəstəklənməsində öndə gedəcək. Prezident Co Bayden bu günlərdə Ukraynaya növbəti, sayca yeddinci hərbi yardım paketini elan edib. Miqyasına görə əvvəlkilərdən xeyli böyük olan bu yardım paketinin dəyəri 800 milyon dollardır. Bütövlükdə ABŞ indiyədək Ukraynaya 3,2 milyard dollar dəyərində hərbi yardım göstərib.
Yeni sanksiyalar qaçılmazdır
Ukraynaya yardımların artması ilə paralel şəkildə müharibənin digər tərəfinə - Rusiyaya qarşı tətbiq olunan sanksiyaların əhatə dairəsi daha da genişləndirilir. İndiyədək ABŞ başda olmaqla Avropa ölkələri Rusiyaya qarşı beş mərhələdə sanksiyalar tətbiq edib. Qadağaların tətbiqində məqsəd bu ölkənin imkanlarını məhdudlaşdırmaqdan və onu defolt vəziyyətinə salmaqdan ibarətdir. Qarşıda isə Rusiyanı yeni qadağalar gözləyir. Avropa Komissiyasının sədri bəhs olunan müsahibəsində şimal qonşumuza qarşı Aİ-dən tətbiqi gözlənilən altıncı sanksiyalar paketindən söhbət açıb. O bəyan edib ki, Rusiyanın bank sektoruna, xüsusilə də “Sberbank”a münasibətdə yeni tədbirlərin görülməsi imkanları araşdırılır. Bundan başqa, Ursula fon der Leyen Rusiyadan karbohidrogen məhsullarının ixracına qarşı planlaşdırılan qadağalardan da danışıb. “Hazırda biz növbəti sanksiyalar paketi çərçivəsində Rusiya neftinin ixracını da qadağalar altında qoyacaq ağıllı bir mexanizm üzərində işləyirik. Rusiyadan neftin ixracına qadağalar qoyulması böyük ölçüdə inqilabi səciyyə daşıyır. Bu barədə Avropa İttifaqının rəsmiləri dəfələrlə müzakirələr açıblar. Belə görünür ki, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi qaçılmaz olacaq”, - deyə Avropa Komissiyasının rəsmisi bildirib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

