Endryu Şoferin Bakıya səfəri nəyi dəyişəcək?
26.04.2022 [10:15]
Ağ Ev Brüssel sülh gündəliyini dəstəkləyir
Sadiq İSMAYILZADƏ
ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer Bakıda səfərdədir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilir ki, ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer aprelin 29-dək Bakıda səfərdə olacaq. Məlumatda o da vurğulanır ki, ABŞ Cənubi Qafqazın dinc, demokratik və firavan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir.
Qeyd edək ki, ötən həftə Ermənistana səfər edən Şofer burada dövlət rəsmiləri ilə görüş keçirmişdi. Artıq tarixə qovuşmuş ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olmuş Şofer regiona tanış diplomatdır. Bu qarşılıqlı səfərlər və intensiv danışıqlar sülh danışıqlarına hansı yenilikləri gətirə bilər? Ümumiyyətlə, yeni xüsusi nümayəndələr prosesin daha da aktivləşməsinə təsir göstərə bilərlərmi?
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Vətən müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar ATƏT-in Minsk qrupunun siyasi gündəlikdən çıxmasını da şərtləndirdi. Onsuz da Azərbaycan qurumun vasitəçiliyi ilə keçirilən danışıqlardan məmnun deyildi: “Artıq bu qurum demək olar ki, yoxdur. Ukrayna müharibəsi fonunda ABŞ və Fransa Qafqazda sülhün və təhlükəsizliyin qorunması üçün Rusiya ilə birgə fəaliyyətdən imtina edir. Rusiya isə bunun qarşılığında Minsk qrupundakı həmsədr İqor Xovayevi xüsusi nümayəndə təyin etdi. Nəzərə alsaq ki, qlobal müstəvidə ABŞ ilə Rusiya arasında mübarizə gedir, Ağ Ev prosesə susqun qala bilməzdi. ABŞ ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Endryu Şoferi xüsusi nümayəndə qismində regiona təyin edib. Şofer bundan sonra həm də Gürcüstan məsələsi ilə bağlı fəaliyyəti tənzimləyəcək. Bu diplomat regionu yaxşı tanıyır. Ötən həftə Ermənistan, bu həftə isə Azərbaycan səfər etdi. Bu onu göstərir ki, ABŞ regionda sülhün və təzhlükəsizliyin bərpası və qorunması ilə yanaşı, vasitəçilik imkanlarını da genişləndirmək niyyətindədir. Eyni zamanda, ABŞ da Brüssel danışıqlarının davam etdirilməsi niyyətindədir. Görüş öncəsi ABŞ dövlət katibi Blinken hər iki ölkənin rəhbərləri ilə telefonla danışmışdı. Beləliklə də, Brüssel sülh gündəliyini rəsmi Vaşinqton da dəstəkləyir”.
İ.Hüseynovun fikrincə, hətta ABŞ bu prosesə müəyyən təkan da verməyə çalışır. Endryu Şofer isə birbaşa ABŞ maraqları kontekstində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunub saxlanmasına çalışacaq: “Cənubi Qafqazın ABŞ ilə Rusiya arasında mübarizə məkanına çevrilməsi arzuolunan deyil. Bunun üçün regionda sülh yaranmalıdır. Fikrimcə, əsas niyyət sülh müqaviləsinin imzalanması və qalıcı sülhün dəstəklənməsidir. Üzücü və böyük problemlərə səbəb olan müharibələrə son qoyulmalı, münaqişə aradan qaldırılmalı və region yeni mərhələyə qədəm qoymalıdır. Bunun üçün diplomatlar böyük səylə fəaliyyət göstərməlidir. Arzuolunandır ki, Endryu Şofer də bu istiqamətdə fəaliyyət göstərəcək”, - deyə politoloq əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

