Avropada yeni “virus” tüğyan edir - islamofobiya
29.04.2022 [10:33]
Məlik MƏMMƏDOV
Dünya hələ indi-indi koronavirus pandemiyasından sonra özünə gəlməyə başlayır. Lakin müşahidələr göstərir ki, son illər Avropada daha bir virus yayılır. Bu da koronavirusdan daha təhlükəli olan islamofobiyadır.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və insan haqlarını qoruyan digər beynəlxalq sənədlərə əsasən, dini etiqad azadlığı mövcuddur və heç kim dini zəmində nifrət salmamalı, ayrı-seçkilik etməməlidir. Lakin bu günlərdə insan hüquq və azadlıqlarını əsas dəyər elan edən Qərb ölkələrində islamofobiya meyillərinin artdığını görürük.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu faktı aprelin 27-də çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, bu gün bəşəriyyət nifrət və dözümsüzlük təzahürlərinin yeni dalğasını yaşayır. “Təəssüf ki, dünya ictimaiyyəti tarixin verdiyi dərslərdən nəticə çıxarmayıb, bu da ksenofobiya və islamofobiya zəminində cinayətlərin artmasına səbəb olub”, - deyə Prezident bildirib. O, radikal qüvvələrin Qərbdə artan populyarlığının narahatlıq doğurduğunu bildirib.
Doğrudan da, təcrübə göstərir ki, Avropada müsəlmanlara qarşı nifrət və ayrı-seçkilik meyilləri güclənib. Bu yaxınlarda Fransa prezidentliyinə namizəd Marin Le Pen prezident seçkilərinin ikinci turu ərəfəsində Makronla teledebat zamanı ictimai yerlərdə hicab taxmağın qadağan edilməsinin tərəfdarı olduğunu bildirmişdi. Onun sözlərinə görə, hicab “islamçılar tərəfindən məcbur edilən forma”dır. Xoşbəxtlikdən Le Penin çağırışlarına cavab olaraq, onun dini simvollar, terrorizm və islamçılıq kimi anlayışları qarışdırdığını və bu cür qərarların vətəndaş müharibəsinə səbəb ola biləcəyini deyən Makron sonda seçkidə qalib gəldi.
Aprelin 14-də xəbər verilmişdi ki, İsveçin Linçöpinq şəhərində Danimarkanın ultrasağçı “Sırt kurs” (Stram Kurs) hərəkatının lideri Rasmus Paludan polisin müşayiəti ilə əsasən müsəlman ölkələrindən gələn mühacirlərin yaşadığı məhəllənin meydanlarından birinə gələrək Qurani-Kərimi yerə atıb və yandırıb. Qəzəblənən vətəndaşlar polisi irqçi liderin təxribatının qarşısını almağa çağırsalar da, hüquq-mühafizə orqanlarının əməkdaşları bu tələbə məhəl qoymayıblar. Üstəlik, heç bir cəza almayan irqçi və islamofob 5 gün sonra Danimarkanın Tornbü şəhərində yenə də müsəlman məhəlləsində bu iyrənc hərəkətini təkrarladı. Paludan Quranı yandırarkən onu 30-a yaxın polisin qoruduğu bildirilir.
Bu cür hərəkətlər din etiqad azadlığına ziddir, eyni zamanda, xalqların dinc yanaşı yaşaması prinsiplərini pozur. Rasmus Paludan və tərəfdarları müsəlmanları qəsdən təhrik edir, onların müqəddəs simvollarını ləkələyir, lakin Qərb ölkələri islam?fobiya və dözümsüzlüyü dövlət səviyyəsində dəstəklədiklərini nümayiş etdirirlər.
Sabah bu ölkələrdə yaşayan və “demokratik” polislərin reaksiyasını görməyən müsəlmanlar etirazlarını bildirəndə Avropa mediası onların “əsassız aqressivliyi”ndən, “Avropa cəmiyyətinə inteqrasiya oluna bilməməsi”ndən yazmağa can atacaq. Paradoksal deyilmi?!
Paludanın İsveçdəki hərəkətindən bir neçə gün sonra Torontoda naməlum şəxs məsciddən qayıdan müsəlmanlara atəş açıb, nəticədə 5 nəfər yaralanıb. Bu cür cinayətlərin yaranmasına səbəb başqalarına “demokratiya dərsi” keçən Qərb mediasının və siyasətçilərinin məsuliyyətsizliyidir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27

