Bakıda "Mətbuatda təcrübə mübadiləsi" mövzusunda seminar keçirilib
03.12.2010 [10:12]
Dünən Türkiyənin Azərbaycandakı səfirliyində “Mətbuatda təcrübə mübadiləsi” mövzusunda seminar keçirilib.
Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin, bu ölkənin Bakıdakı səfirliyinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkil etdikləri seminarın keçirilməsində məqsəd qardaş ölkələrimizin mətbuatı arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasının təmin edilməsidir.
AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türkiyə səfirliyinin mətbuat müşaviri Həbib Kaya dost və qardaş ölkələrimizin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın dərinləşdirilməsində seminarın əhəmiyyətini vurğulayıb, bildirib ki, hazırda Azərbaycan universitetlərinin jurnalistika fakültələrinin sonuncu kurs tələbələrinin Türkiyədə təcrübə keçmələri ilə bağlı layihənin müzakirələri aparılır.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan və Türkiyə mətbuatını birləşdirən dəyərləri diqqətə çatdırıb.
Azərbaycan mətbuatının hər zaman böyük qonşu dövlətlərin mətbuatı ilə rəqabət aparmaq gücünə malik media olduğunu deyən Ə.Həsənov bildirib ki, ölkədə ilk qəzet olan “Əkinçi”, eləcə də XX əsrin əvvəllərində nəşr edilmiş digər mətbu orqanlar təkcə Azərbaycanda deyil, bütün Şərqdə ictimai şüurun formalaşmasına böyük təsir göstərib. Ancaq bu gün Türkiyə mətbuatı kəmiyyət, keyfiyyət və dünya siyasətinə təsir baxımından Azərbaycan mediasından üstündür.
Son zamanlar müasir dünyada ayrı-ayrı cəmiyyətlərə təsir etmək, onları idarə etmək istəyən qlobal mərkəzlərin yaradıldığını qeyd edən Ə.Həsənov bildirib ki, qardaş ölkələrimiz arasındakı yüksək münasibətləri gözü götürməyən bəzi qüvvələr müxtəlif xəbərləri dərc etməklə Azərbaycan və Türkiyə arasında etimadsızlıq toxumu səpmək istəyirlər: “Biz öz cəmiyyətlərimizi, milli dəyərlərimizi, milli maraqlarımızı beynəlxalq aləmin, qlobal medianın təsirlərindən qorumağa çalışmalıyıq. Bu baxımdan bu gün keçirilən belə ortaq tədbirlərin əhəmiyyəti əvəzsizdir. Ortaq dəyərlərimizi, mədəniyyətimizi, dinimizi, böyük şəxsiyyətlərimizi, hər iki xalqın Ulu öndərləri Mustafa Kamal Atatürkü və Heydər Əliyevi qorumaq Türkiyə və Azərbaycan mətbuatının borcudur”.
Ə.Həsənov mətbuatımızın dövlətlərimizə və xalqlarımıza xidmət etməsi, milli maraqlarımızın yad təsirlərdən qorunması, jurnalistlər arasında təcrübə mübadiləsi, dünyada mediamızın gücünün artırılması baxımından seminarın əhəmiyyətini yüksək qiymətləndirib.
Türkiyə Nazirlər Kabineti yanında Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murad Karakaya çıxış edərək seminarın əhəmiyyətindən danışıb, bildirib ki, bu tədbir Türkiyədən kənarda həyata keçirdiyimiz birinci proqramdır: “Biz münasibətlərimizi bu təməl üzərində inkişaf etdirməliyik. Son illər Azərbaycan mediası sürətli inkişaf yolu keçib. Təəssüf ki, müasir dünyada həm Türkiyəyə, həm də Azərbaycana qarşı haqsız basqıların şahidi oluruq. Belə hallara qarşı mətbuatımız birgə mübarizə aparmalıdır. Bunun üçün əlaqələrimiz daha da sıx olmalıdır. Mətbuatımızın bir-birindən öyrənməli olduğu dəyərlər çoxdur. Bu məsələləri daim diqqətdə saxlamalıyıq. Həm Azərbaycan, həm də Türkiyə mətbuatı dövlətlərimizin milli maraqları baxımından çıxış etməli, dostluq və qardaşlıq əlaqələrimizə töhfə verməlidir”.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrində mətbuatın rolundan danışıb, seminarın əhəmiyyətini qeyd ediblər.
Sonra seminar öz işini bölmə iclaslarında davam etdirib.
İclaslarda “Media və dövlət münasibətləri”, “Televiziya xəbərçiliyi və televiziyada reportajların hazırlanması üsulları”, “Səhifə dizaynı”, “Reklam və mətbuat” mövzularında çıxışlar səslənib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

