/ / İslam Konfransı Təşkilatı Gənclər Forumunun idarə heyəti "İl Foglio"nun böhtan xarakterli yazısı ilə bağlı bəyanatla çıxış edib
İslam Konfransı Təşkilatı Gənclər Forumunun idarə heyəti "İl Foglio"nun böhtan xarakterli yazısı ilə bağlı bəyanatla çıxış edib
18.12.2010 [09:42]
Bəyanatda bildirilir ki, Forumun üzvü olan ölkələrin gəncləri təxribat məzmunlu və çirkin xarakterli bu aksiyadan hiddətləniblər. Bəyanatda deyilir: “Azərbaycanın birinci xanımı, İKT GF-nin Gəncliyin İnkişafı uğrunda səfiri Mehriban Əliyeva xeyriyyəçilik və humanitar fəaliyyəti ilə bütün dünyada, o cümlədən İKT ölkələrində geniş tanınır. Bu fəaliyyət, xüsusilə, müsəlman gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, savadsızlığın aradan qaldırılmasına yönəldilmiş təşəbbüslərin dəstəklənməsinə, gənclər arasında işsizliyin azaldılmasına, mədəniyyətlərarası dialoqun nizama salınmasına istiqamətlənmişdir. Mehriban xanım Əliyevanın “Gənclər Sivilizasiyaların Alyansı Uğrunda” beynəlxalq hərəkatın yaradılması barədə təşəbbüsü 5 qitənin gənc liderləri tərəfindən dəstəklənmiş, bu ilin mayında isə BMT Azərbaycanın birinci xanımının ideyasını tam bəyənərək, həmin hərəkatı öz himayəsi altına almışdır”.
Bəyanatda vurğulanır: “Mehriban xanım Əliyevanın fəaliyyəti sivilizasiyalararası gərginliyin və dini zəmində ekstremizmin azalmasına, müxtəlif mədəniyyətlərin nümayəndələri arasında daha yaxşı qarşılıqlı anlaşmaya kömək edir. İslam dünyası ilə Avropanın qovuşuğunda yerləşən İtaliya da Azərbaycanın birinci xanımının təşəbbüsü və hamiliyi ilə həyata keçirilən beynəlxalq layihələrin potensial benefisiarıdır. Odur ki, “İl Foglio”nun böhtan xarakterli yazısı nəinki ümumbəşəri əxlaq normalarına, katolik İtaliyanın dəyərlərinə ziddir, həm də öz nəticələrinə görə İtaliya cəmiyyətinin milli maraqlarına və təhlükəsizliyinə qarşı yönəlmişdir”.
İKT GF Bəyanatında qurumun həm üzv ölkələrdəki, həm də Avropadakı on minlərlə fəalı adından nəşrin menecmentini Mehriban xanım Əliyevadan rəsmi üzr istəməyə və bu hədyanın işıq üzü görməsinin günahkarlarını cəzalandırmağa çağırır. Bəyanatda deyilir: “Böhtançılar yalana görə cavab verməlidirlər”. Sənəddə daha sonra deyilir ki, belə reaksiya “həmçinin, Mehriban xanım Əliyevanın humanitar fəaliyyətinin dünyadakı çoxsaylı tərəfdarlarının hisslərinin təhqir olunmasına görə üzrxahlıq kimi dəyərləndiriləcəkdir”.
Əks halda Forum İtaliya hakimiyyətini bilərəkdən yalan informasiyanın yayılması barədə məsuliyyətin hüquqi prosedurlarının qəzet tərəfindən pozulması perspektivləri məsələsinə baxmağa çağırır. Təşkilat, həmçinin, həmin məqsədlərə nail olanadək İtaliyada və bütün dünyada digər etiraz aksiyaları keçirmək hüququnu özündə saxlayır.
Xəbər lenti
Hamısına baxİdman
22 İyul 08:50
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35

