Jurnalistlər üçün seminar keçirilib
29.12.2010 [09:30]
Tədbirin açılış mərasimindən sonra Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyev iştirakçılara sözügedən Fərman haqqında ümumi məlumat verib. Sonra Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin bölmə rəisi Vüsal Şıxəliyev Fərmanın icrası ilə bağlı Vergilər Nazirliyinin üzərinə düşən vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Onun sözlərinə görə, bu vəzifələr çərçivəsində Vergilər Nazirliyi hər rüb başa çatdıqdan sonra səhmlərinin (paylarının) 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin vergi hesablamalarını və ödəmələrini müvafiq dövlət qurumları ilə birlikdə təhlil etməli, vergilərin dövlət büdcəsinə ödənilməsini təmin edən tədbirlər görməli və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Fərmanda regionların sosial-iqtisadi inkişafının stimullaşdırılmasına istiqamətlənmiş tədbirlər də nəzərdə tutulub. Maliyyə Nazirliyi ilə birlikdə şəhər və rayonların ərazilərində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin dövlət büdcəsinə ödədikləri vergi və digər ödənişlərin tam, yaxud da qismən yerli gəlirlərə aid edilməsinə dair təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır. Fərmana əsasən Vergilər Nazirliyi Mərkəzi Bankla birlikdə dövlətə vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə təkliflər hazırlamalı və Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bundan başqa, ölkənin regionları üzrə müəyyən olunmuş vergi daxilolmaları proqnozunun tam icra edilməsi, habelə hesablanmış vergilərin və vergi borclarının dövlət büdcəsinə ödənilməsi üçün zəruri tədbirlər görülməli, görülmüş işlər barədə hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə məlumat təqdim edilməlidir.
Növbəti ildə vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası ilə əlaqədar müasir dövrün tələblərinə uyğun olaraq funksional sahələr üzrə məqsədyönlü siyasətin həyata keçirilməsi, vergi qanunvericiliyi və inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi nəzarətinin səmərəliliyinin artırılması, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi və bütövlükdə vergi sisteminin daim inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd olunan və Fərmanla müəyyənləşdirilmiş digər vəzifələrin icrası məqsədilə 2011-ci il üzrə Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi sahəsində görüləcək işlər barədə vergilər nazirinin əmri imzalanıb, həmin vəzifələrin icrasını təmin edən Tədbirlər Planı təsdiq olunub, həmçinin, işçi qrupları yaradılıb.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

