Onun xoşbəxtliyi şəxsi səadəti ilə elmi uğurlarının vəhdətində idi
30.12.2010 [09:49]
Səidə xanım Azərbaycanın qədim guşələrindən olan səfalı Şəkinin məşhur bir nəslinin nümayəndəsidir. Görkəmli ziyalıları, xeyirxah insanları ilə tanınmış ocaqda dünyaya göz açmış Səidə xanım nəslinin ən gözəl ənənələrini özündə cəmləşdirmişdi. ötən əsrin əvvəllərində-tarixin qarışıq bir dövründə balaca Səidənin məktəbə gedib təhsil alması Azərbaycanın bu əyalət şəhərində böyük bir dirçəlişin əlaməti idi.
Açıq dünyagörüşlü valideynlərinin qızlarına təhsil vermək istəyi Səidənin də ürəyindən olmuşdu. O, yazıb-oxumağı böyük həvəslə öyrənir, ata-anasının ümidlərini doğruldurdu. çoxu elmə, təhsilə münasibətindən onun gələcəkdə böyük alim olacağını dəqiq bilməsə də, əsl insan, nəcib, humanist vətəndaş olacağı davranışından bəlli idi. Onun vətənpərvərliyi, mübarizliyi, qətiyyəti artıq uşaq yaşlarından özünü büruzə verirdi.
Ailələrinin Bakıya köçməsi ilə gənc Səidə üçün yeni bir həyat başlandı. O dövrdə Bakı və Bakıətrafı rayonlarda qadın azadlığı uğrunda mübarizə məqsədi ilə savad kursları, qadın klubları fəaliyyət göstərir, qadınları elm, maarif işığına səsləyirdi. Səidə xanım da böyük həvəslə ictimai hərəkata qoşularaq yeni həyat uğrunda mübarizəyə başladı. Bir neçə ildən sonra o, Bakının Əmircan qəsəbəsində fəaliyyət göstərən “Qadın nümayəndələri iclası” təşkilatının fəal üzvlərindən biri idi. O, böyük həvəslə qadınlar arasında maarifləndirmə işi aparır, onlara hüquqlarını öyrədirdi. Qadınlarla hər görüşündən sonra onlardakı müsbət irəliləyişi görən Səidə xanım çox sevinir, daha yaxşı işləməyə ruhlanırdı. Heç bir təqib, hədə-qorxu onu bu yoldan çəkindirə bilmirdi. Xalqının, millətinin övladlarına savad verməyi özünə şərəf bilir, bundan qürur duyurdu. Qadın azadlığı uğrunda mübarizə onun həyatının mənasına çevrilmişdi. Səidə xanım ömrünü ictimai işə həsr etsə də, mükəmməl təhsil alırdı. O, Türk Sənaye məktəbini, fəhlə fakültəsini, sonra isə Azərbaycan Pedaqoji İnstitutunun tarix və ictimaiyyət fakültəsini bitirmişdi. Müəllim kimi fəaliyyətə başladığı ilk gündən hiss etdi ki, arzularını yalnız bu peşədə reallaşdıra bilər. Lakin o, müəllimlik etdiyi illərdə də həmişə qadın hərəkatının önündə idi.
Azərbaycan tarixini uzun illər tədris edən böyük ziyalı, Azərbaycanda qadın azadlıq hərəkatının ilk tədqiqatçısı Səidə xanım İmanzadənin şəxsiyyətinə ehtiram oyadan başlıca amil onun daxili dünyasının zənginliyi olmuşdur. Hələ gəncliyindən ölkədə qadın azadlıq hərəkatını izləyən, öz elmi araşdırmaları, pedaqoji və ictimai fəaliyyəti ilə bu hərəkatda bilavasitə iştirak edən Səidə xanım həmin mövzularda olduqca dəyərli əsərlər yaratmışdır. Onun “Azərbaycanda qadın azadlığı”, “Qadınlar sülh uğrunda mübarizədə”, “İslam dini və qadın”, “Qadınlar cəmiyyətdə və ailədə” kitabları bu cəhətdən diqqəti cəlb edir. Tədqiqatçı-alimin qadın hərəkatı haqqında əsərləri gender tarixinin dəyərli nümunələrindəndir. O, yazdığı əsərlərdə İslamın qadına verdiyi hüquqlar, qadın azadlığı məsələsinin müqəddəs dinimizdəki yeri haqqında ətraflı məlumat verir.
Səidə İmanzadə vətənpərvər ziyalı kimi qələmə aldığı hər bir əsərində özünün vətəndaş mövqeyindən çıxış edir, Vətəninə, xalqına sevgisini sübut edirdi. Onun hər bir əsəri insanları daxili azadlığa, mənəvi saflığa səsləyir.
Səidə xanım bütün elmi yaradıcılığı və yarım əsrlik pedaqoji fəaliyyəti dövründə öz tələbələrinə xalqımızın zəngin, qədim tarixindən bilik verməklə yanaşı, onlara vətənpərvərlik, xeyirxahlıq kimi gözəl keyfiyyətlər aşılamışdı. Dərs dediyi tələbələr Səidə xanımı qayğıkeş, mehriban təbiətli ana kimi, eyni zamanda, tələbkar və ciddi bir müəllim kimi xatırlayırlar. Universitetdə təhsil aldığım illərdən yadımdadır ki, tələbələri Səidə xanımı necə sevir, ona dərin ehtiram bəsləyirdilər. Oxuduğu mühazirələri necə maraqla dinlədiklərindən heyranlıqla danışırdılar. Bu, adi müəllim-tələbə münasibəti deyil, ana-övlad sevgisi idi.
Maraqlıdır ki, illərlə həyatını həsr etdiyi qadın hərəkatı onun elmi işinin mövzusu oldu. 1954-cü ildə həmin mövzunu müvəffəqiyyətlə müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi aldı. Onun bu mövzuda 75-dən artıq elmi əsəri, kitabça və məqalələri var. Səidə xanımın elmi-pedaqoji və ictimai fəaliyyəti həmişə yüksək qiymətləndirilmişdir. O, Əməkdar müəllim adına layiq görülmüşdür.
Səidə xanım o qədər işgüzar idi ki, yaşlı vaxtında da elmi-pedaqoji işi ilə bərabər, ictimai fəaliyyətini də gənclik illərində olduğu kimi, davam etdirirdi.Yorulmadan çalışır, böyük bir ilhamla yazıb-yaradırdı.
Səidə xanım İmanzadə uzun müddət Azərbaycan Qadınlar Şurası Rəyasət Heyətinin üzvü, Bakı şəhər Qadınlar Şurasının sədri olmuşdur. O, çox mənalı bir ömür yaşamış, özündən sonra zəngin elmi irs, gözəl tələbələr qoyub getmişdir. Xüsusilə fərəhli bir haldır ki, Ulu öndərimiz Heydər Əliyev Səidə xanımın sevimli tələbələrindən olmuş, müəllimi Onunla həmişə böyük qürur duymuşdur.
Səidə xanım alim olmaqla yanaşı, həm də gözəl qadın və ailəsinə bağlı əsl Azərbaycan xanımı idi. O, zamanın tanınmış pedaqoqlarından biri Şakir İmanzadə ilə qurduğu ailədə savadlı və xeyirxah övladlar tərbiyə edərək, ölkəmizə layiqincə xidmət edən vətənpərvər insan kimi kimi böyütmüşdür. Səidə xanım xoşbəxtliyini şəxsi səadəti ilə elmi uğurlarının vəhdətində tapmışdı. Ağ saçları, nurlu çöhrəsi böyük, şərəfli bir ömür yolundan xəbər verirdi. O bu gün bizimlə olmasa da, qoyub getdiyi zəngin elmi-ədəbi irsi ilə həmişə qəlbimizdədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Səidə xanımın xatirəsini və elmi irsini yaşatmaq məqsədi ilə gənc tədqiqatçılar arasında elmi əsərlərin müsabiqəsi keçiriləcək. Mən xüsusən gənc nəslin nümayəndələrini Səidə xanım İmanzadənin irsindən daim yararlanmağa, fəal olmağa və onun zəngin elmi ənənələrini yaşatmağa çağırıram.
Hicran Hüseynova,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

