ATƏT-in Minsk qrupu aktualdırmı?
26.08.2022 [09:55]
Azərbaycan üçün yox...
ATƏT-in Minsk qrupu ilə bağlı bütün məsələlər arxivə göndərilib
Erməni lobbisi, revanşist qüvvələr, mənasız siyasi danışıqlar tərəfdarları lüzumsuz və gündəliyə uyğun olmayan, bu günün çağırışları ilə heç bir əlaqəsi olmayan, ölü bir formatı diriltməyə çalışırlar
Nicat PAŞA
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə həm də regionda yeni geosiyasi reallıqların yaranması ilə nəticələndi. Ölkəmiz beynəlxalq aləmdə böyük nüfuza sahib olmaqla bərabər etibarlı tərəfdaş olaraq tanınmaqdadır. Bütün bunların nəticəsi olaraq Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur, dəstəklənir. Bu reallıqlar fonunda Azərbaycan həm də işğal altında saxlanılan torpaqlarını azad etdi və beləliklə də Qarabağ münaqişəsinə son qoydu.
Bununla belə, bəzi məqamlarda müəyyən ölkələrin atdığı addımlar başadüşülən deyil. Belə ki, artıq tarixə qovuşmuş Qarabağ “münaqişə”sinin həlli üçün formalaşmış ATƏT-in Minsk qrupu öz funksionallığını itirib. Bununla belə, başda Ermənistan olmaqla bir sıra ölkələr hələ də ATƏT-in Minsk qrupunu “diriltməyə” və gündəmin əsas mövzusu olan sülh prosesinə daxil etməyə çalışır. Bu isə yolverilməzdir.
ABŞ Dövlət Departamenti Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Twitter”də bildirib.
“Mən səfir Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin etdim. Səfir Rikerin təyinatı Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə sadiqliyimizi bir daha təsdiqləyir”, - deyə Blinken qeyd edib.
“Vətən müharibəsi regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Və Azərbaycan tərəfinin mövqeyinə görə münaqişə artıq bitib, müharibə başa çatıb. Hazırda siyasi-diplomatik sahədə fəaliyyəti gücləndirmək, sülh müqaviləsini imzalamaq üçün işlərin həyata keçirilməsi önəmlidir. Bu xüsusda Brüssel sülh gündəliyinə uyğun olaraq, eləcə də Rusiyanın vasitəçiliyi ilə dövlət liderləri arasında bir sıra görüşlər keçirilir, mühüm razılıqlar əldə olunub. Əldə olunan bu razılıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlər, bəyanatlar şəklində artıq öz həllini tapır”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında siyasi şərhçi İlyas Hüseynov səsləndirib. Politoloq qeyd edib ki, ATƏT-in Minsk qrupu ilə bağlı bütün məsələlər arxivə göndərilib: “Çünki 30 illik zaman kəsiyində ATƏT-in Minsk qrupu özünü effektiv şəkildə göstərmədi, işğal olunmuş torpaqlardan bir qarış da qaytarılmadı, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə implementasiya olunmadı. Bütün bunlar Minsk qrupunun həmsədrlik institutunu siyasi gündəlikdən çıxarır və hazırda yeni reallıqlara əsasən danışıqlar formatları müəyyənləşdirilir”.
Politoloqun sözlərinə görə, erməni lobbisi, revanşist qüvvələr, mənasız siyasi danışıqlar tərəfdarları lüzumsuz və gündəliyə uyğun olmayan, bu günün çağırışları ilə heç bir əlaqəsi olmayan, ölü bir formatı diriltməyə çalışırlar: “Proses daha çox ermənipərəst qüvvələrin və ermənilərin fəaliyyətinin bir nəticəsidir. Eyni zamanda, artıq Rusiya tərəfi də xüsusi nümayəndə təyin etmişdi. Bu, artıq ATƏT-in Minsk qrupunun çərçivəsindən kənarda olan bir yanaşmadır. Lakin bütün dünyada Rusiya-ABŞ müharibəsi getdiyinə görə, Rusiya-Ukrayna müharibəsinin davam etməsi səbəbindən biz Cənubi Qafqazda da Qarabağ kontekstində baş verən prosesləri Rusiya-ABŞ mübarizəsi kimi dəyərləndirə bilərik. Eyni zamanda, ABŞ Dövlət Departamenti də Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib və bununla yanaşı Gürcüstan məsələlərinin nizamlanması üzrə məsul olan şəxs həm də Cənubi Qafqazla daha dərindən maraqlanır”.
Siyasi şərhçi ABŞ-ın dolayı yolla Avropa İttifaqı qismində regionda iştirakçılığından da söz açıb: “Çünki Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə görüşündən öncə və ya sonra ABŞ-ın dövlət katibi E.Blinken ya regionda olan tərəflər ilə əlaqə saxlayır və yaxud Şarl Mişellə açıq və ya gizli formada təmaslar qurulur. Bütün bunlar onu göstərir ki, ABŞ regionda öz varlığını və mövcudluğunu qorumaq əzmindədir, bu xüsusda gərgin fəaliyyət göstərir və region dövlətlərini ənənəvi Rusiyanın təsirindən və geosiyasi orbitindən aralamaq niyyəti vardır”.
“Bu niyyət 30 ildir ki, davam edir. Lakin hazırda artıq yeni konfiqurasiyalar, yeni yanaşmalar var. Türkiyənin regionda daha çox mövcudluğu fonunda ABŞ həm də öz imkanlarını daha da genişləndirmək niyyətindədir”, - deyə İ.Hüseynov fikirlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11

