ATƏT DTİHB-dən Azərbaycana qarşı qərəz
12.10.2022 [10:03]
Feyk məlumat əsasında verilən bəyanat həqiqəti əks etdirmir
Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan Ermənistan bu müddət ərzində xalqımıza, milli-mədəni abidələrimizə, o cümlədən təbii sərvətlərimizə qarşı da terror və talançılıq siyasəti yürüdüb. Hələ Birinci Qarabağ müharibəsi dövründə törədilən erməni vəhşilikləri yaddaşlardan silinməyib. Xocalı, Ağdaban faciələrində yüzlərlə günahsız azərbaycanlı qətl edilmişdi. İkinci Qarabağ müharibəsi dövründə də Ermənistan yenidən terror siyasətinə əl ataraq Gəncəni, Bərdəni - müharibə zonasından kənarda yaşayan dinc insanları bombaladı. Maraqlıdır ki, ötən 30 ildə beynəlxalq təsisatlar, insan haqlarının qorunması ilə məşğul olan təşkilatlar, o cümlədən Avropa strukturları bu faciələrə belə reaksiya verməyiblər.
ATƏT DTİHB 30 ilə yaxın hüquqları pozulan azərbaycanlıları görməyib?
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) da adıçəkilən təşkilatlar sırasında yer alıb. Belə ki, bu təşkilat insan haqlarının qorunmasına mükələfiyyətli olsa da, bir dəfə də olsun haqqı pozulan, evindən didərgin salınan, vəhşicəsinə qətl edilən azərbaycanlıların hüquqları ilə bağlı bəyanat yaymayıb, fikir bildirməyib. 30 ildə Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdikləri müharibə cinayətlərinə bu büro reaksiya verməyib, cinayətlərə görə narahatlığını ifadə etməyib. Amma indi feyk məlumatlar, görüntülər üzərindən Azərbaycana qarşı qarayaxma aparmağa niyyətlənib. Belə ki, qurum “erməni hərbi əsirlərin öldürülməsi ilə bağlı videodan şoka düşdüyünü” bildirib. Bu barədə təşkilatın twitter səhifəsində yerləşdirilən məlumatda deyilir. “Təşkilat Azərbaycan-Ermənistan sərhədində dinc əhaliyə qarşı cinayətlərin və digərlərinin dərhal araşdırılmasını tələb edir. İstənilən münaqişədə bütün tərəflər beynəlxalq hüquqa hörmət etməlidir”, - deyə bəyanatda qeyd edilir.
Azərbaycana qarşı aparılan terrordan “danışmayan” ATƏT...
Nəzərə alınmalıdır ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu uzun illər Ermənistan ilə Azərbaycan arasında gedən danışıqlar prosesinə vasitəçilik edən ATƏT-in bir strukturudur. Bu mənada, DTİHB-in də ikili standartlara söykənən mövqe nümayiş etdirməsi bəlkə də, təəccüblü görünməməlidir. Axı, illər boyu yalnız turistik səfərləri ilə yadda qalan, vasitəçi olsa belə, Ermənistanın maraqlarının açıq müdafiəçisinə çevrilən, hətta işğalçı ilə işğala məruz qalmış arasında bərabərlik işarəsi qoymağa çalışan ATƏT-in Minsk qrupu da analoji addımlarla yadda qalırdı - hüquqları pozulan azərbaycanlıları görməzdən gəlirdi. Aparılan danışıqlarda Ermənistana təzyiq göstərməyi, etdiyi cinayətlərə görə bu ölkədən hesab tələb etməyi yada belə salmayan Minsk qrupu son nəticədə tarixin arxivinə tullandı. 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bu quruma ehtiyacın qalmadığını faktiki olaraq ortaya qoydu. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında da bildirmişdi ki, beynəlxalq ictimaiyyət Azərbaycan əhalisinin başına gələn humanitar fəlakətə göz yumurdu”. Dövlət başçısı vurğulamışdı ki, ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə işğal olunmuş ərazilərə səfər ediblər, burada bütün şəhər və kəndlərin vəhşicəsinə viran edilməsinin, ermənilərin ərazilərimizdə qanunsuz məskunlaşmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar: “27 illik qondarma fəaliyyəti ərzində Ermənistanı qınayan bircə söz belə deyilməmişdi. İndi isə ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdlərini görəndə, əlbəttə ki, biz bunu dəstəkləyə bilmərik, çünki onlar öz mandatlarını yerinə yetirmək üçün heç nə etməyiblər. Etdikləri yeganə şey Ermənistanın təcavüzünü müəyyən dərəcədə leqallaşdırmaq, təcavüzkarla təcavüzün qurbanı arasında balans yaratmaq cəhdləri olub. Azərbaycan özü beynəlxalq hüququ bərpa etdikdən və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdikdən sonra bizim artıq vasitəçiyə ehtiyacımız yoxdur”.
İllər boyu erməni vəhşiliklərinə göz yuman, bir milyona yaxın qaçqın və məcburi köçkün həyatı yaşayan azərbaycanlının hüquqlarından bir kəlmə olsun danışmayan, erməni vandalizmini görməzdən gələn, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar haqda bir dəfə də olsun bəyanat verməyən ATƏT və onun strukturları indi feyk videoya əsaslanaraq “erməni əsirlərin güllələnməsindən” şok keçirir. Halbuki azərbaycanlı hərbçilərə verilən işgəncələrlə bağlı həqiqi videolar haqqında həm bu qurumun, həm də digər təsisatların məlumatları var. Maraqlıdır ki, bu barədə danışmaq belə istəmirlər.
“Azərbaycana münasibətdə ikili standartlara yol verilir”
Məsələ ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasına etiraz bəyanatı yayıb. Bəyanatda deyilir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən tvitter sosial şəbəkəsində Azərbaycan və Ermənistan xalqları arasında nifrət hissini artırmaqla milli ədavəti qızışdırmağa və başlanmış kövrək sülh prosesini pozmağa yönəlmiş qərəzli məlumat yayımlanıb: “Bildiririk ki, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbi əsirlərin qəddarcasına qətlə yetirilməsi, insanlığa sığmayan digər hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı təkzibolunmaz sübutlar mövcuddur. Sosial şəbəkələrdə və digər media resurslarında azərbaycanlı hərbi əsirlərə qarşı törədilmiş müharibə cinayətlərini təsdiq edən faktları əks etdirən videogörüntülərlə bağlı ATƏT-ə, habelə BMT, Avropa İttifaqı, Avropa Şurası və onların ixtisaslaşmış qurumlarına, digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara tərəfimizdən dəfələrlə müraciətlər edilmiş, hesabatlar təqdim olunub”.
Bəyanatda vurğulanır ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi bu kimi faktlarla bağlı heç bir araşdırma aparmır və bununla da beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə əməl etmir. “Bununla belə Azərbaycana münasibətdə ikili standartlara yol verilərək Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə ATƏT tərəfindən heç bir reaksiya verilmir, əksinə, ölkəmiz barədə həqiqəti əks etdirməyən qərəzli məlumatlar paylaşılmaqla sülhyaratma fəaliyyətinin pozulmasına yönəlmiş addımlar atılır. Məlum olduğu kimi, artıq Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il “Alma-Ata bəyannaməsi”nə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıblar. Bu baxımdan, tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülhə daha da yaxınlaşdığı hazırkı çox həssas bir vaxtda məqsədli şəkildə nümayiş etdirilən bu qərəzli münasibəti kəskin şəkildə qınayır, ATƏT-i tərəflər arasında davamlı sülhün təşviqinə və insan hüquqlarının təmininə xidmət edən ədalətli mövqe nümayiş etdirməyə çağırırıq”“, - deyə Ombudsman Aparatının yaydığı bəyanatda göstərilir.
“Ermənilər daha nə etməlidir ki, Ermənistan Avropada terror dövləti kimi tanınsın”
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, terroru, xüsusilə də erməni terrorunu qətiyyətlə pisləyirik. Çünki dinc əhaliyə qarşı törədilən hadisələr bütün bəşəriyyətə qarşı cinayətdir. Cinayətkarların da tezliklə tutulmasını və beynəlxalq aləmdə məhkəmə qarşısına çıxarılmasını təmin etməliyik. Deputatın sözlərinə görə Avropadakı bəzi nümayəndələr ermənipərəst mövqe tutub öz arzularını Azərbaycana şər atmaqla bildirirlər: “Xocalı, Edilli faciəsi, eləcə də iki il bundan əvvəl Gəncənin dinc sakinlərinin raket atəşinə tutulması terror deyil, nədir?! Ermənilər daha nə etməlidir ki, Ermənistan Avropada terror dövləti kimi tanınsın?!”
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

