Nazirlərin Astana görüşü...
15.10.2022 [09:56]
Rusiya Ermənistanı razılaşmaların icrasına məcbur etməlidir
Nardar BAYRAMLI
Ötən gün Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov sonuncu dəfə bu formatda görüşün bu ilin may ayında Düşənbədə keçirildiyini xatırladaraq, görüşün Düşənbədən sonrakı dövrdə inkişafı üzrə müzakirə aparılması üçün yaxşı imkan olduğunu qeyd edib. Xüsusən, sülh müqaviləsi ilə bağlı Cenevrədə oktyabrın 2-də ikitərəfli görüşün keçirildiyini və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementlərinin Ermənistana təqdim olunduğunu, elementlər üzrə Ermənistan tərəfindən cavab gözləndiyini bildirib. Sülh müqaviləsinin baza prinsiplərinin hələ bu ilin fevral ayında Azərbaycan tərəfindən təqdim olunduğu, həm Azərbaycanın, həm də Ermənistanın Praqada keçirilmiş dördtərəfli görüşün yekununda bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı tanımaq və hörmət etmək barədə razılığa gəldiyi, bunun sülh müqaviləsinin əsasını təşkil etdiyi nəzərə alınaraq müqavilənin imzalanması istiqamətində irəliləyiş kimi qəbul edildiyi vurğulanıb.
Görüşdə, eyni zamanda, Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib. Delimitasiya üzrə komissiyaların artıq yaradıldığı, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu vurğulanıb.
Görüşdə Ceyhun Bayramov üçtərəfli bəyanatların hərtərəfli icra olunmasının vacib olduğunu diqqətə çatdırıb. Bu xüsusda, bəyanatların Ermənistan tərəfindən icra olunmayan müddəalarının həyata keçirilməsinin zəruriliyi vurğulanıb, o cümlədən Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılmasının və mina xəritələrinin tam şəkildə verilməməsinin ciddi problem olduğu qeyd edilib. Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında isə bildirilir ki, nazirlər regional nəqliyyat əlaqələrinin açılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması perspektivlərini və digər məsələləri müzakirə edib. “Nazirlər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə birgə səyləri müzakirə ediblər, dövlət başçılarının 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının bütün müddəalarına hərtərəfli riayət edilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu vasitəsilə regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın işinə əsaslı baxış keçirilib. Rusiyanın delimitasiya ilə bağlı məsləhət yardımı müzakirə olunub”, - deyə açıqlamada vurğulanıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, yaxın gələcəkdə müxtəlif səviyyələrdə üçtərəfli təmasların davam etdirilməsi qərara alınıb.
Nazirlərin üçtərəfli görüşünü qəzetimizə şərh edən millət vəkili Şahin İsmayılov bildirib ki, Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin Astanada keçirilən görüşünə də bu kontekstdə yanaşılmalıdır. Onun sözlərinə görə, keçirilən hər bir görüş sülhə xidmət etməlidir. “Amma unutmaq lazım deyil ki, Ermənistan indiyə qədər sülh prosesini pozmağa çalışıb, bu məqsədlə müxtəlif təxribatlar törədib. Ona görə də, beynəlxalq birlik, o cümlədən Rusiya sülhə gəlmək üçün Ermənistana təzyiq göstərməlidir”, - deyə Ş.İsmayılov söyləyib.
Millət vəkili qeyd edib ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün müxtəlif beynəlxalq təşəbbüslər mövcuddur. Bu baxımdan, Avropa İttifaqının rolunu qeyd etmək lazımdır. Son zamanlar isə ABŞ da bu prosesdə fəal görünür. “Amma bu prosesdə Rusiya da iştirak edir. Rusiyanın təşəbbüsü ilə ölkə liderlərinin görüşü keçirilib, üçtərəfli bəyanatlar imzalanıb. Lakin Ermənistan Rusiyanın vasitəçiliyi ilə imzalanan bəyanatların bütün bəndlərini yerinə yetirməyib. Xüsusilə, 9 noyabr birgə bəyanatına uyğun olaraq Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Qarabağ ərazisində qanunsuz erməni hərbi birləşmələri ərazilərimizdən tam çıxıralmayıb. Həm də, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası ilə maneəsiz gediş-gəlişi təmin etməyib. Bütün bunların fonunda Rusiya bu razılaşmaların yerinə yetirilməsi üçün Ermənistana təsir etməlidir”, - deyə həmsöhbətimiz vurğulayıb.
Xəbər lenti
Hamısına baxİdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35

