ABŞ Konqresində Xocalı soyqırımının qurbanlarını anan bəyanatlar səsləndirilib
23.02.2011 [01:11]
Şimali Karolina ştatının Konqresdəki nümayəndəsi xanım Virciniya Foks bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə 613 nəfər qətlə yetirilib. “Human Rights Watch”, “Memorail” və digər beynəlxalq insan haqları müşahidəçiləri bu hadisəni Dağlıq Qarabağ münaqişəsində “bu günə qədər ən böyük qırğın” adlandırıblar. Konqres üzvü xatırladıb ki, beynəlxalq icma tərəfindən dəfələrlə pislənən bu faciəni 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvü 324 nömrəli yazılı bəyannamədə “ermənilər Xocalının bütün əhalisini qırmış və şəhəri tamamilə dağıtmışlar” ifadələri ilə təsvir ediblər. Virciniya Foks Konqresin spikerinə müraciətdə deyib: “Mən, həmkarlarımı mənə qoşularaq Xocalı şəhəri və həmin fəlakətli günlərdə qətlə yetirilən Xocalı sakinlərinin xatirəsini yad etməyə və bu faciənin ildönümündə Azərbaycana dərin başsağlığı verməyə çağırıram”.
Tennesi ştatının konqresmeni Stiv Koen isə bəyanatında qeyd edib ki, vaxtilə yeddi min nəfər əhalisi olan Xocalı şəhəri 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri tərəfindən tamamilə yerlə-yeksan edilib. Hazırda erməni işğalı altında olan şəhərə hücum nəticəsində 613 nəfər qətlə yetirilib. Bunların 106-sı qadın, 63-ü uşaq, 56 nəfər isə xüsusi qəddarlıq və işgəncə ilə öldürülənlər idi. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər, onlardan 76-sı azyaşlı olmaq şərti ilə əlilə çevrilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130-u isə ən azı bir valideyndən məhrum edilib. Koen faciəni həmkarlarına təsvir edərkən o zaman hadisə haqda yazan ABŞ-ın “Newsweek” və “Times” jurnallarından məqalələri xatırladıb. O da, Azərbaycanın dünyanın mürəkkəb bölgəsində ABŞ-a güclü müttəfiq olduğunu deyərək, Konqres üzvlərini Xocalı şəhərində baş verən faciəni azərbaycanlılarla birlikdə anmağa çağırıb.
Azərbaycanın işğal edilmiş ərazisində baş verən faciə ilə bağlı bəyanatla çıxış edən daha bir Konqres üzvü, Texas ştatının təmsilçisi xanım Eddi Bernis Conson vurğulayıb ki, hər il bu günlərdə Azərbaycanın müsəlman, xristian və yəhudi icmaları bir araya gələrək Xocalıda erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləməni pisləyir və beynəlxalq icmanı bu qanlı faciəni unutmamağa çağırır. “Onların çağırışlarını biz eşidirik”, - deyən xanım Conson diqqətə çatdırıb ki, baş verən faciə geniş beynəlxalq media diqqəti qazansa da, o vaxtdan bəri, demək olar ki, unudulub: “ümid edirəm, bundan sonra biz, hər il qurbanların xatirəsini dualarla ana biləcəyik”.
Amerika qanunvericisi Dağlıq Qarabağ münaqişəsinin bu gün də yüz minlərlə qurbanlarının qaçqın və məcburi köçkün kimi yaşadığını bildirib. Eddi Bernis Conson deyib: “Mən, Ruanda soyqırımının indiyədək sağalmayan qurbanları ilə görüşmüşəm, Bosniyaya gedib müharibədən sonra orada etnik təmizləmənin nəticələrini görmüşəm. Bilirəm ki, xəritədən, hətta, kiçik şəhərin silinməsi belə bütün bölgəyə böyük ziyan vurur. Bu gün Kəşmir və Darfurda qırğınlar baş verdiyi, günahsız mülki vətəndaşların qurbana çevrildiyi bir vaxtda biz, beynəlxalq icma kimi daha çox iş görməliyik”.
Konqres üzvü xanım Conson Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dinc həll yolu tapacağına və burada baş verən etnik təmizləmənin bitəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Xocalıda qətlə yetirilən insanların xatirəsi qarşısında hamı bu cür addımları qətiyyətlə pisləməyə borcludur.
Konqresdə Azərbaycanla bağlı işçi qrupunun həmsədri, pensilvaniyalı qanunverici Bill Şuster Xocalı qırğınını bəşəriyyətə qarşı cinayət adlandıraraq faciənin ildönümünü anan Azərbaycan xalqı ilə birlikdə olmağa çağırıb. Azərbaycanı ABŞ-ın güclü strateji müttəfiqi və dostu kimi dəyərləndirən konqresmen həmkarlarına müraciət edərək bildirib ki, millət vəkilləri kimi onlar haqqında az məlumat olan hadisələri üzə çıxarmalıdırlar. Baş verən zaman “Boston Gobe”, “Washington Post”, “New York Times” və bir sıra digər nüfuzlu Avropa və Rusiya xəbər agentlikləri tərəfindən işıqlandırılan qanlı Xocalı faciəsi təəssüf ki, bu günlərdə çox az diqqət və maraq cəlb edir. Şuster Xocalıda baş verənləri heç vaxt unutmamağa və erməni silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən azərbaycanlıların xatirəsini anmağa çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

