Radikalların mitinqi növbəti dəfə də baş tutmadı
05.04.2011 [09:34]
Gözlənildiyi kimi, xarici maraq qruplarından maliyyələşən və konkret güclərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən radikal müxalifətin 2 aprel tarixində həyata keçirməyi planlaşdırdığı təxribatçı aksiya baş tutmadı. Daha doğrusu, dağıdıcı müxalifətin ölkədə sabitliyi pozmaq, xaos və anarxiya yaratmaq cəhdləri və niyyətləri növbəti dəfə iflasa uğradı...
Artıq hər kəsə bəllidir ki, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini xarici qərəzli dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışırlar. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və “dayı”larının maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər.
Belə bir şəraitdə beynəlxalq maraq qruplarından aldıqları qrantların “haqq”ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün radikal müxalifətin istinad etdiyi taktiki manevrlərdən biri də mitinq adı altında təxribatçı aksiyaların həyata keçirilməsidir. Bu aksiyalar isə qanunauyğun olaraq-gözlənildiyi kimi baş tutmur və dağıdıcı müxalifət hər dəfə rəzilliklə fiaskoya uğrayırlar. Bu da təsadüfi deyil. çünki radikal müxalifətin sosial dayaqları, reytinqi yoxdur və onlar, demək olar ki, öz funksionallıqlarını itiriblər. Siyasi partiya adı altında fəaliyyət göstərən bu qüvvələr həqiqətdə təxribatçı-dağıdıcı təzyiq qrupu funksiyasını yerinə yetirirlər. Bu amil onların mütəmadi məğlubiyyətlərini təmin edən dəyişməz faktor kimi çıxış edir. Son olaraq radikal müxalifətin 2 aprel təxribatçı aksiyasının mütləq surətdə fiaskoya uğraması bunun bariz nümunəsidir...
Yekun olaraq radikal müxalifətə belə bir sualla müraciət edirik ki, hakimiyyətə gəlmək uğrunda “dayı”larına Dağlıq Qarabağı ermənilərə güzəştə gedəcəyini vəd edən, Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar ermənilərlə əməkdaşlıq edən, ölkənin milli mənafeyini özlərinin və “dayı”larının korporativ maraqlarına qurban verməyə çalışan, ictimaiyyəti manipulyasiyaya məruz qoyan, cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri radikallığa və təxribata çağıran və bunlar kimi bir çox antimilli hərəkətləri fəaliyyətlərində təməl kimi götürən dağıdıcı qüvvələrə Azərbaycan xalqı etimad edərmi?
Bir sözlə, 2 aprel təxribatçı aksiyasının nəticələri bir daha onu göstərdi ki, radikal müxalifət Azərbaycanda xaos və antaqonist münasibətlər yaratmaq missiyası əsasında fəaliyyət göstərməkdədir. Elə bunun da məntiqi nəticəsi kimi, onlar növbəti dəfə “bumeranq” zərbəsi ilə üzləşdilər-dərin məğlubiyyətə düçar oldular...
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

