/ / Qaçqın və məcburi köçkün gənclər Müsavat partiyasının qərargahının qarşısında etiraz aksiyası keçirib
Qaçqın və məcburi köçkün gənclər Müsavat partiyasının qərargahının qarşısında etiraz aksiyası keçirib
15.04.2011 [09:31]
Son dövrlər Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərdən narahatçılıq hissi keçirən bir sıra xarici qüvvələrin sifarişlərini icra edən radikal müxalifət partiyaları ölkə daxilində təxribat törətməyə cəhd göstərirlər. Bu qüvvələr siyasi arenadakı mövcudluqlarını qorumaq, maddi və mənəvi dəstək almaq üçün xaricdəki bəzi antiazərbaycançı dairələr ilə işbirliyini gücləndirirlər. Onlar xaricdən aldıqları təlimatları yerinə yetirmək üçün Azərbaycanda təxribatlar törətməyə, bu yolla da ölkəmizdəki sabitliyə, inkişaf prosesinə zərər vurmağa çalışırlar. Bu cəhətdən Müsavat və AXCP kimi radikal partiyalar xüsusi “fəallıq” göstərirlər.
Cəmiyyətin sağlam qüvvələri, o cümlədən, gənclər bu partiyaların hərəkətlərinə etiraz edirlər. Belə aksiyaların biri də dünən baş tutub. Qaçqın və məcburi köçkün olan bir qrup gənc Müsavat partiyasının qərargahının qarşısında etiraz aksiyası keçirib. Aksiya son dövrlər radikal müxalifətin ölkədə qanunsuz mitinq cəhdlərinə, ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərinə etiraz əlaməti olaraq təşkil olunub.
Etiraz aksiyasında təxminən 70-dən artıq gənc iştirak edib. Gənclər “Xarici qüvvələrin arxasında yox, xalqın arxasında dayanın!”, “İsa Qəmbər, Qarabağa gedən yol mitinqlərdən yox, sabitlikdən keçir!”, “Yaşasın, müstəqil Azərbaycan!” “AXCP və Müsavat, sizin hərəkətləriniz düşmənlərin mənafeyinə xidmət edir “ və s. şüarlar səsləndiriblər.
Etiraz edənlər məhz AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə torpaqlarımızın böyük hissəsinin işğal olunduğunu xatırladaraq, həmin qüvvələrin hakimiyyət iddiasında olmağa heç bir mənəvi haqlarının çatmadığını vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycan gəncliyi artıq öz seçimini edib və bu seçim ümummilli lider Heydər Əliyev siyasətini davam etdirən Prezident İlham Əliyevdir. Onlar bildiriblər ki, Azərbaycan gəncliyi ictimai-siyasi sabitliyin tərəfdarıdır. “Biz inanırıq ki, Prezidentimizin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq” - deyə, aksiya iştirakçıları vurğulayıblar.
çıxış edən gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayaraq, hər bir gəncin bu inkişaf yolunu dəstəklədiyini söyləyiblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan son illər dinamik inkişaf edən, problemlərinin böyük əksəriyyətini qısa müddət ərzində həll etmiş ölkəyə çevrilib.
Həmçinin, bir sıra radikal müxalifət partiyalarının liderlərinin, o cümlədən, Müsavat partiyasının başqanı İsa Qəmbərin xaricdən gələn təlimatları yerinə yetirmək üçün müxtəlif təxribatlar törətdiklərini, bununla da ölkəmizdə mövcud olan sabitliyə, vətəndaş təhlükəsizliyinə kölgə salmağa çalışdıqlarını qeyd ediblər: “Bu gün ölkəmizdə xaos yaratmağa, sabitliyi pozmağa çalışan Müsavat, AXCP kimi radikal siyasi təşkilatların fəaliyyətlərinin mahiyyəti və məqsədi Azərbaycan xalqına bəllidir və onların nə istədiklərinin hamı fərqindədir. Bu təxribatçı qüvvələr yalnız bir məqsəd güdür: ölkəmizdə xaos yaratmaq, cəmiyyətin normal ritmini pozmaq və bu yolla Azərbaycanın sürətli inkişafına mane olmaq. Ona görə də, biz gənclər bu insanları ölkəmizin parlaq gələcəyinə, inkişafına qarşı çıxan, dövlətimizi sevməyən antimilli qüvvələr hesab edir, Müsavat və bu kimi digər radikal qüvvələrin fəaliyyətini qeyri-qanuni sayırıq”.
Həmçinin, gənclər radikal müxalifət təmsilçilərini dövlətçiliyimizin əleyhinə fəaliyyətdən çəkinməyə, xalqımızı isə belə təxribatçı qüvvələrin əməllərinə qarşı ayıq-sayıq olmağa çağırıblar.
Daha sonra etiraz aksiyası iştirakçılarının bəyanatı oxunub. Radikal müxalifətin pozuculuq fəaliyyətinin pislənildiyi bəyanatın sonunda vurğulanır: “Azərbaycan xalqı ölkədəki inkişafdan, dönməz xarakter almış ictimai-siyasi sabitlikdən, dövlətin öz vətəndaşına göstərdiyi diqqətdən məmnundur. Müxalifət qüvvələrinin mitinq çağırışları obyektiv reallıqdan qaynaqlanmadığı üçün insanları çaşdıra, aydın fikirli fəal vətəndaşları tutduqları dövlətçilik mövqeyindən yayındıra bilməz. Ona görə də, biz, öz yurdlarından məcburən köçkün düşmüş insanlar hesab edirik ki, radikal müxalifətin qeyri-qanuni mitinq keçirmək cəhdləri yolverilməzdir və bunların qarşısı qətiyyətlə alınacaq”.
Bəyanatın surəti Müsavat partiyasının nümayəndəsinə təqdim edilib.
Qeyd edək ki, etiraz aksiyası hüquq-mühafizə orqanlarının nümayəndələrinin müdaxiləsindən sonra dayandırılıb. Bir neçə aksiya iştirakçısı isə polis tərəfindən saxlanılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32

