Uşaq qatilləri layiqli cəzalarını almalıdırlar
19.04.2011 [16:43]
Məlum olduğu kimi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 20000-dən artıq günahsız insan, o cümlədən, uşaq əsas beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquq və azadlıqları kobudcasına pozularaq xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan, yüzlərlə uşaq girov götürülüb. Hətta 1994-cü ildə atəşkəs barədə sazişin əldə olunmasına baxmayaraq, Ermənistan tərəfindən bu razılığa əməl olunmur, atəşkəs rejimi müntəzəm pozulur. Son olaraq isə Azərbaycan və Ermənistan prezidentlərinin bu il martın əvvəlində baş tutan növbəti Soçi görüşündən cəmi üç gün sonra Ermənistan Silahlı Qüvvələrinə məxsus snayperin açdığı atəş nəticəsində Ağdamın Orta Qərvənd kənd sakini, 9 yaşlı Fariz Bədəlovun həlak olması ermənilərin heç də sülh istəmədiklərini bir daha sübut etmiş oldu.
Əlbəttə ki, işğalçı ölkə adət etdiyi kimi, bu dəfə də yalan məlumatlar yayaraq beynəlxalq təşkilatları, vasitəçiləri aldatmağa çalışır. Lakin unutmaq olmaz ki, erməni təcavüzkarlarının atəşkəs rejimində 9 yaşlı uşağı snayperlə vurması əslində, dünyadakı bütün uşaqların yaşamaq hüququna atəş açması deməkdir. Eyni zamanda, ermənilərin azyaşlı uşağı qətlə yetirməsi Ermənistanın beynəlxalq qayda-qanunları, o cümlədən, humanizm prinsiplərini tanımadığını bir daha nümayiş etdirmiş olur. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətin 9 yaşlı uşağın öldürülməsinə, bu vəhşi hərəkətlərə lazımi sərt reaksiyanı verməməsi və münaqişənin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu hadisədən sadəcə təəssüfləndiklərini bildirmələri ilə kifayətlənmələri Azərbaycan ictimaiyyətində haqlı narazılıqla qarşılanır.
Lakin Azərbaycan dövləti bu qəddar hadisənin beynəlxalq ictimaiyyətə olduğu kimi təqdim olunmasında və ermənilərin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında israrlı addımlarını davam etdirir. Bu mənada Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin bu mövzunu gündəmə gətirmək və avropalı parlamentarilərin məsələyə münasibət bildirməsini təmin etmək məqsədilə atdığı addımlar xüsusilə təqdirlayiqdir. Məlumat üçün bildirək ki, aprelin 14-də yaz sessiyası çərçivəsində AŞ PA-da qurumun müxtəlif ölkələrdən olan 20-dən artıq üzvünün imzası ilə 9-yaşlı Fariz Bədəlovun qətlini pisləyən bəyanat qəbul edilib. Sənəddə 9 yaşlı uşağın evlərinin həyətində oynayarkən faciəvi şəkildə qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, bir insanlıq faciəsi kimi təqdim edilir: “Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq işğal etdiyi Azərbaycan bölgələrində qurduqları mövqelərdən dinc azərbaycanlıları snayperlərlə hədəfə almasının artması beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Ermənistanın AŞ qarşında üzərinə götürdüyü öhdəliklərə, AŞ PA-nın 1416 saylı Qətnaməsinə tamamilə ziddir və münaqişənin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir”.
Həmçinin, 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyərək AŞ PA rəsmi İrəvanı bu hadisəni törədənlərin ədalət qarşısında cavab verməsini, günahkarların cəzalandırılmasını təmin etməyə çağırıb. Assambleya Ermənistanı atəşkəs rejimini pozaraq sivil insanları snayperlərlə hədəfə almasını dayandırmağa, münaqişənin tənzimlənməsinə dair AŞ qarşısında üzərinə götürdüyü öhdəliyi və AŞ PA-nın qəbul etdiyi 1416 saylı Qətnaməni yerinə yetirməyə, öz silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çəkməyə, həmçinin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verməyə çağırıb.
Eyni zamanda, AŞ PA sessiyası çərçivəsində müxtəlif iclaslarda çıxış edən nümayəndə heyətlərimizin üzvləri Qənirə Paşayeva, Rəfail Hüseynov, Sahibə Qafarova bu faktı və ümumiyyətlə, ermənilərin işğal siyasətinin törətdikləri fəsadlar haqqında geniş bilgiləri diqqətə çatdıraraq Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli mövqeyini də növbəti dəfə ifadə ediblər. Təbii ki, bu kimi mötəbər tribunalardan ermənilərin işğal siyasətinin tənqid olunması, avropalı parlamentarilərin bununla bağlı sərt fikirlər səsləndirməsi Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40

