Əli Kərimlinin xaricdən yüz minlərlə pul aldığı təsdiqləndi
20.04.2011 [09:48]
Radikal müxalifətin xarici dairələrdən pul alaraq xalqının, dövlətinin maraqlarına qarşı çıxması, həmin dairələrin əmrləri ilə ölkədə qarışıqlıq yaratmaq üçün təxribatlar törətməyə çalışması ilə bağlı yayılan informasiyalar öz təsdiqini tapır. Təsdiq edənlər isə özgələri deyil, elə radikal düşərgəyə yaxınlığı ilə seçilən jurnalistlərdir. Adı hər zaman AXCP, xüsusilə də, Əli Kərimlinin nəzarətində olan “Yurd” qruplaşması ilə çəkilən jurnalistlərin elektron KİV-lərdə yazdıqları yazılarda bu məqam xüsusi olaraq vurğulanır. Bildirilir ki, “AXCP və Müsavat vətəndaş cəmiyyəti təşkilatları ilə effektiv işləyə bilmir. Müdafiə etdiyim Əli Kərimli seçki monitorinqinə və siyasi islahatların dəstəklənməsinə yönəlməli olan yüz minlərlə dollar qrantları”n yeri gəlsə adlarını da çəkə biləcəyim bir neçə “copy-paste”çiyə ayrılmasına lobbiçilik edəndə axırı belə olmalı idi”...
Bəli, göründüyü kimi artıq Əli Kərimli, eləcə də, onun “şəriki” İsa Qəmbər xarici dairələrdən pul alınması müqabilində qınanmırlar, sadəcə aldıqları yüz minləri “düzgün” xərcləmədiklərinə görə, obyektivin fokusuna düşürlər. Yəni, artıq bu təsdiqlənir ki, Əli Kərimli hansı “seçki monitorinqi” və ya “siyasi islahatları” dəstəkləməlidir. Bəlkə, bu “siyasi islahat” xaricdən verilən “sifarişdən” irəli gəlir? çünki göründüyü kimi, Əli Kərimli qidalandığı mənbənin maraqlarını qorumağa daha çox borcludur...
Təbii ki, həmin “yüzminləri” verən dairələrin bu pulun qarşılığında yalnız “demokratiya”, “seçki monitorinqi” tələb edəcəyi nə müxalifət düşərgəsindəki insanlara, nə onların “liderlərinə”, nə də onların mətbuat ruporuna çevrilən qələm sahiblərinə inandırıcı görünməyəcək. Onlar da bunu ən azından sükutla, içlərində təsdiqləyə bilər ki, bu pulu verənlər havayı yerə qəpiyindən keçən deyillər. Onlar bu müxalifətdən həmin pulların qarşılığında öz maraqlarının bu ölkədə təminatını tələb edirlər. Daha doğrusu, bu maraqların təmin olunması üçün müxalifətdən Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi istifadə olunur. Həmin xarici qüvvələrin maraqlarının və mənafelərinin təminatı isə həm də xalqımızın maraqlarının tapdanması deməkdir. Göründüyü kimi, müxalifət öz maddi marağına görə, xalqının və dövlətinin marağını bu cür alver predmetinə çevirib.
Ən çox ikrah doğuran məqam isə radikal müxalifətin daha çox pul qazanmaq üçün ən ağrılı dərdimiz olan Dağlıq Qarabağ problemini alver predmetinə çevirməsidir. Bu yolla həmin dairələrdən daha çox pul qopartmağın mümkünlüyünü yəqinləşdirən müxalifət, hətta, bu cür eybəcərliyin belə altına imza atmaqdan çəkinmir. Bütün baş verənlər isə elə özləri tərəfindən də az keçməmiş ifşa olunur...
Hə, budur, müxalifətin “mübarizəsi”, xaricdən pul alıb ölkədə qarşıdurma yaratmaq istəyi, xalqın dəstəyindən məhrum olduğunu gizlətmək üçün beş-üç nəfərlə şəhərdə sakitliyi, insanların istirahət hüquqlarını pozmağa çalışmaq arzusu görəsən nə vaxtdan “siyasi mübarizə” adlanır? Dərd orasıdır ki, Əli Kərimli və İsa Qəmbər aldıqları pulun qarşılığında layiqincə “xidmət” göstərə bilmirlər. Onların düşərgə jurnalistləri tərəfindən tənqid hədəfinə çevrilməsinin də arxasında bu dayanır. Hətta, dolayısı ilə bu yüz minlərin Əli Kərimlinin üç-beş ətrafı, qohumu tərəfindən bölüşdürülməsi də bu yazılarda vurğulanır. “Copy-past”çı dedikdə də, məhz, elə həmin insanlar nəzərdə tutulur.
Bu, bir yandan da xarici dairələrə bir işarədir. Yəni, xarici dairələr havayı yerə öz pullarını sərf edib, bəzi siyasi fırıldaqçıların oyunlarına aldanırlar. Onlar pul alıb Azərbaycanda siyasi sabitliyi pozacaqlarına, Dağlıq Qarabağ məsələsində hakimiyyəti güzəştə məcbur edə biləcəklərinə söz versələr də, bunu bacarmırlar. Bunun isə bir səbəbi var. Azərbaycan hakimiyyəti, Azərbaycan xalqının iradəsi əsasında formalaşmış bir hakimiyyətdir. Və hər bir işdə öz xalqının dəstəyinə arxalanan Azərbaycan hakimiyyəti milli maraqlarımızı ən yüksək səviyyədə qoruyur. Bu, ölkədə güclü xalq-hakimiyyət birliyi yaradıb. Küçələrdə sabitliyi pozmağa çalışan radikallar isə bu reallığı bildiyi üçün başqa çıxış yolu tapa bilmir. Xaricdən alınan yüz minlərlə dolların qarşılığında isə beş-üç qohumunu küçələrdə qışqırmağa məcbur edən radikal müxalifət “liderləri” isə bu yolla “çirkli pullarını yumağa” çalışırlar...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19

