Azərbaycan gəncləri daim dövlətin diqqət mərkəzindədir
23.04.2011 [12:01]
“Dövlət qulluğunda yerlər məhduddur. Amma, buna baxmayaraq, gənclərin həmin yerlərə cəlb olunmasına üstünlük veriləcək. Belə ki, eyni boş olan dövlət qulluğu yerlərinə müxtəlif adamlar ərizə verəndə, orada gənclərin təmsilçiliyinə üstünlük veriləcək”, - Əli Həsənov deyib. PA rəsmisi bildirib ki, 1994-cü ildən başlayaraq Azərbaycanda xüsusi gənclər siyasəti yürüdülür: “ümummilli liderimiz Heydər Əliyev 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaratdı, 1995-ci ildə Gənclər Forumu keçirildi. O vaxtdan başlayaraq hər il Azərbaycanda gənclər siyasəti ilə əlaqədar gənclərin təhsili, məşğulluğu, fiziki və mənəvi sağlamlığı, gənclərin dövlət quruculuğuna cəlb olunması, gənclərin asudə vaxtının təşkili və digər məsələlərlə bağlı mütəmadi olaraq dövlət siyasəti aparılıb. Prezident İlham Əliyev son bir ay ərzində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı xüsusi Sərəncam imzalayıb və bu proqramın hazırlanması üçün işçi qrupu yaradılıb. Dünən Azərbaycanda ayrı-ayrı sahələrdə fərqlənən bir qrup gənclə görüşdə bu proqramın bəzi məsələləri ilə bağlı müzakirə aparılıb”.
PA rəsmisinin sözlərinə görə, görüşdə Prezident qeyd edib ki, Azərbaycan gəncliyi daim dövlətin diqqətində olacaq. Gənclərin məşğulluq problemi, dövlət quruculuğuna cəlb olunması, onların təhsil problemi, ailə, məişət, ev və digər məsələlər hazırda dövlətin diqqətində olduğu kimi, bundan sonra da olacaq.
Əli Həsənov bildirib ki, ilk növbədə gənclərin iş məsələsinin vahid proqram çərçivəsində təmin olunması Dövlət Proqramında nəzərdə tutulur.
“Dövlət Proqramında gənclərin məşğulluğu ilə bağlı müxtəlif tədbirlər nəzərdə tutulub. Bir tərəfdən gənclərin boş olan dövlət vəzifələrində yerləşdirilməsi, onların imkanlarından dövlət qulluğunda istifadə olunması, digər tərəfdən, başqa müəssisələrdəki iş yerləri, xüsusən də xarici transmilli müəssisələrin Azərbaycandakı iş yerlərinə gənclərin cəlb edilməsi kimi məsələlər əksini tapacaq. Eyni zamanda, Dövlət Proqramında gənclərin kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün əlverişli və güzəştli şəraitin yaradılması, onların ayrı-ayrı proqramlarının maliyyələşdirilməsi, gənclərin özəl işlə məşğul olması üçün dövlət tərəfindən Sahibkarlığa Kömək Milli Fondu çərçivəsində müxtəlif kreditlərin verilməsi kimi məsələlərin həlli nəzərdə tutulub”, - deyə PA rəsmisi əlavə edib.
“Azərbaycan gəncliyinin ictimai-siyasi proseslərdə fəallığını, iştirakını necə qiymətləndirirsiz” sualına cavabında isə Əli Həsənov bildirib ki, Azərbaycan postsovet məkanında gənclərə xüsusi diqqət ayıran, mütəmadi dövlət proqramları qəbul edən, hər il gənclərlə görüş keçirən, hər il gənclərin bu və ya digər problemlərini müzakirə edən yeganə dövlətdir.
“Bizi əhatə edən ölkələr arasında, xüsusilə də Gənclər və İdman Nazirliyi olan, xüsusi dövlət proqramları həyata keçirən ölkələr yoxdur, ya da onların heç birində Azərbaycandakı qədər fəal gənclər siyasəti yürüdülmür. Bu ənənəni ümummilli liderimiz Heydər Əliyev qoyub. Bu gün də ölkə Prezidenti tərəfindən bu siyasət davam etdirilir. Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır. Son illərdə Azərbaycan neft kapitalının intellektual kapitala çevrilməsi proqramı çərçivəsində Azərbaycan gənclərinin ən yaxşı nümayəndələrini seçib, xarici ölkələrdə təhsil alması məsələsini təşkil edir. Xarici ölkələrin müxtəlif texnoloji mərkəzlərində, qabaqcıl ali məktəblərində və digər strukturlarda gənclərin iştirakını təmin edir”, - deyə Əli Həsənov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40

