Dövlətin gənclərlə bağlı siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
28.04.2011 [10:54]
Məlum olduğu kimi, aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edib. Qəbulda Prezident İlham Əliyev yaxın zamanlarda dövlət tərəfindən qəbul ediləcək və 2011-2015-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi Dövlət Proqramı” haqqında danışaraq, bir daha Azərbaycan gəncliyinin inkişafının prioritet məsələlərdən biri olduğunu ortaya qoyub.
Əlbəttə ki, görüşdə dövlət başçısı İlham Əliyevin gəncləri dinləyərək, onların təkliflərini qəbul etməsi, eyni zamanda, söylənilən fikirlərə yerindəcə münasibət bildirib qərar qəbul etməsi bu sahədə dövlətin nə qədər ciddi addımlar atmaq niyyətində olduğunu nümayiş etdirir. Bununla da, dövlət bir daha gənclərə hər bir sahədə fəaliyyət göstərmək, kreativ qabiliyyətlərini reallaşdırmaq, təhsil almaq və bütün bunların fonunda vətənpərvər vətəndaş kimi dövlətə töhfə vermək üçün ümumi iş platforması təklif edir. Bir qədər də detallı təhlil aparsaq görərik ki, dövlət gənclərin təhsil almaq, işləmək, onların sosial problemlərinin həlli, ilk növbədə, mənzil şəraitini yaxşılaşdırmaq üçün əlverişli şərait yaratmağı öz üzərinə götürür və bunların əvəzində gənclərdən ölkənin inkişaf etdirilməsi prosesində fəal şəkildə iştirak etməyi tələb edir.
Bir sözlə, bu gün Azərbaycan dövləti gəncliyin inkişafında və onların ölkənin inkişaf etdirilməsində vətənpərvər vətəndaş kimi iştirakında maraqlıdır. Bunu, eyni zamanda, Azərbaycan gəncliyinin nümayəndələri də təsdiqləyirlər.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında gənclər vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunur. Onun sözlərinə görə, bu gün gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi istiqamətində mühüm işlər görülür: “Məlum olduğu kimi, vaxtilə Ulu öndər Heydər Əliyev gənclərə münasibətdə xüsusi mövqe ortaya qoyaraq, onların dövlətin inkişafı prosesində fəal iştirakına geniş imkanlar yaratdı. ümummilli liderimiz Heydər Əliyevin Sərəncam və təşəbbüsləri əsasında Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin qurultayları keçirildi.
Bu gün isə həmin siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Artıq Azərbaycan gəncləri yaradılmış əlverişli şəraitin nəticəsində nəinki ölkədə, hətta beynəlxalq səviyyədə özünü təsdiq edir, dövlətimizin bayrağını yüksəldir”.
Samirə Quliyeva deyib ki, artıq dövlətin gənclərlə bağlı siyasəti keyfiyyətcə yeni mərhəyələ keçir: “Prezident İlham Əliyev cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini nəzərdə tutan Dövlət Proqramının hazırlanmasına dair Sərəncam imzalayıb. Sərəncama əsasən, gənclərin fəaliyyəti ilə bağlı bir çox məsələlərin həyata keçirilməsi nəzərdə tutulur. Dövlət başçısının tapşırığına uyğun olaraq, Dövlət Proqramı layihəsinin hazırlanması üçün müvafiq orqanların nümayəndələrindən ibarət işçi qrupu yaradılıb və həmin işçi qrup isə iki ay müddətində proqram layihəsini hazırlayacaq”.
“Bu o deməkdir ki, gənclər bundan sonra da dövlətin daim diqqət mərkəzində olacaq. Dövlət onların təhsili, işi və digər problemlərilə bağlı məsələləri birbaşa olaraq, həll edəcək”, - deyən Samirə Quliyeva vurğulayıb ki, bütün bunların fonunda isə gənclər də hər zaman Vətənə layiq vətəndaş mövqeyi nümayiş etdirməli və daim dövlətçilik prinsiplərini əsas tutmalıdırlar.
YAP Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva isə söyləyib ki, son illərdə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib: “Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Bu gün vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunan gənclərin yaradıcılıq potensialı ölkənin inkişafına və ümummilli problemlərin həllinə səfərbər olunub”.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40

