/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş məktəblilərin inşa yazı müsabiqəsinə yekun vurulub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş məktəblilərin inşa yazı müsabiqəsinə yekun vurulub
07.05.2011 [12:53]
ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş məktəblilərin inşa yazı müsabiqəsinə yekun vurulub. Dünən “Gülüstan” Sarayı”nda müsabiqə qaliblərini mükafatlandırma mərasimi keçirilib. Müsabiqə Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası (YAP), Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, həmçinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə üç mərhələdə (məktəb, rayon (şəhər) və respublika (yekun) keçirilib.
Məlumat üçün bildirək ki, ümumtəhsil məktəblərinin VII-XI sinifləri arasında təşkil olunan müsabiqədə 700 minədək şagird iştirak edib. Müsabiqənin yekun mərhələsinə 97 məktəbli qatılıb. Nəticələrə əsasən, 3 nəfər I yerə, 4 nəfər II yerə, 6 nəfər isə III yerə layiq görülüblər.
Milli Məclisin deputatlarının, tanınmış alimlərin, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
“İnşa yazı müsabiqəsinin məktəb, rayon və şəhər mərhələlərinə 700 minədək məktəbli qatılıb” deyən nazir dövlətimizin başçısı İlham Əliyevin təhsillə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb: “Son illərdə Prezident tərəfindən təhsilin müxtəlif istiqamətləri ilə bağlı 18 dövlət proqramı təsdiqlənib. Bunlar təhsil sahəsindəki problemlərin həllini əks etdirən proqramlardır. Biz təhsilin məzmun və keyfiyyətində çox ciddi dəyişikliklər etməyi düşünürük”.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Ulu öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini xatırladıb. Əli Əhmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyev irsini öyrənməklə gənclər vətənpərvərlik ruhunda tərbiyə olunurlar: “çünki Heydər Əliyev böyük vətənpərvər idi. Ulu öndər Heydər Əliyev irsini öyrənməklə gənclər vətəndaş kimi formalaşırlar. Heydər Əliyev irsini öyrənən gənclərimiz azərbaycançılıq məfkurəsini mənimsəyirlər”.
ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından bəhs edən YAP Sədrinin müavini Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarına uyğun olaraq inşa müsabiqəsinin qaliblərinin hər birinə ali məktəblərdə təhsil aldıqları müddətdə YAP tərəfindən təqaüdlər verildiyini də xatırladıb. Hazırda 19 tələbəyə hər ay YAP-ın təqaüdünün verildiyini deyən Əli Əhmədov gələcəkdə bu təqaüdü alanların sayının xeyli artacağına ümidvar olduğunu vurğulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyev siyasi irsinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov cəmiyyətin inkişafında təhsilin mühüm rolu olduğunu bildirib, müsabiqənin əhəmiyyətini diqqətə çatdırıb, qalibləri təbrik edib.
Sonra müsabiqənin qaliblərinə diplomlar, fəxri fərmanlar və digər qiymətli mükafatlar təqdim olunub.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

