Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
25.06.2011 [09:08]
Dünən Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilib. Parlamentin spikeri Oqtay Əsədov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə millət vəkillərini təbrik edib. Daha sonra iclasın gündəliyindəki məsələlər müzakirəyə çıxarılıb.
öncə millət vəkilləri “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Konstitusiya qanununun təkrar səsverməsini keçirərək qəbul ediblər.
İclasda, həmçinin, Gömrük Məcəlləsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Sənəd barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, gömrük sistemi hər bir ölkədə büdcənin formalaşmasında mühüm rol oynayan mənbələrdən biridir. Bu sistemin fəaliyyətinin qanunla tənzimlənməsi üçün normativ-hüquqi aktlar hazırlanır, təkmilləşdirilir. Yeni hazırlanmış Gömrük Məcəlləsi bu sahənin hüquqi bazasının gücləndirilməsində mühüm rol oynayacaq. Komitə sədri ən müasir tələb və standartlara cavab verən Gömrük Məcəlləsini ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli bir sənəd kimi dəyərləndirib. Sonda millət vəkilləri məcəlləni təsdiq ediblər.
İclasda “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə qanunun layihəsi, “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslimetmə haqqında” Müqavilənin təsdiq edilməsi barədə layihələr təsdiq olunub.
Millət vəkilləri, həmçinin, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” və “Prokurorluq haqqında” qanunlara dəyişiklik edilməsi barədə layihəni qəbul ediblər.
Daha sonra “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında layihə, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İcra haqqında” qanunlara, eləcə də, Mülki Prosessual Məcəlləsinə və Ailə Məcəlləsinə dəyişikliklər edilib. Bundan əlavə, millət vəkilləri “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında qanun layihəsini qəbul ediblər.
İclasda son olaraq “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Dəyişikliklər barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişikliklər əhəmiyyəti baxımından cəlbedicidir. Onun sözlərinə görə, belə bir layihənin meydana çıxmasının əsas səbəbi Azərbaycanın da qoşulduğu Avropa Şurasının korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyasının müddəalarının milli qanunvericilikdə tətbiqi ilə bağlıdır: “Müasir dövrdə, son 20 il ərzində bir sıra ölkələr digər dövlətin ərazisində korrupsiya hesab olunmayan cinayətin, öz qanunvericiliyində korrupsiya cinayəti hesab olunursa, bu əməlin başqa dövlətdə törədilməsinə görə də, öz ölkəsində məsuliyyətə cəlb edir”.
Komitə sədrinin sözlərinə görə, belə bir məsələni bir çox dövlətlər qəbul etməsə də, ən sivil cəmiyyətlərdən olan Skandinaviya ölkələri milli qanunvericiliklərinə daxil ediblər. Dəyişikliklərə əsasən, Cinayət Məcəlləsində göstərilən “külli miqdar” ifadəsi 5 min manatdan artıq olan məbləğ kimi başa düşüləcək. Bundan başqa Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmayıblarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Daha bir dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq təşkilatların vəzifəli şəxslərin, beynəlxalq parlament assambleyalarının üzvlərinin, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan vətəndaşlarının iştirakı ilə korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilə bilər.
Müzakirələr zamanı millət vəkili Gülər Əhmədova bu dəyişikliklərin milli qanunvericiliyimizə daxil edilməsinin düzgün olmadığını deyib. Onun sözlərinə görə, Avropanın inkişaf etmiş dövlətlərinin əksəriyyətinin qəbul etmədiyi məsələni ölkəmizdə tətbiq etməyə tələsmək lazım deyil.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bildirib ki, bu sənəd Azərbaycanda korrupsiyaya qarşı mübarizənin göstəricisidir. Onun sözlərinə görə, dünyanın bütün normal dövlətlərində korrupsiya ilə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunurlar və bu da qanunvericilikdə öz əksini tapır: “Azərbaycan bütün dünyaya sübut edir ki, korrupsiyaya qarşı mübarizə aparır. Həyata keçirilən tədbirlər göstərir ki, korrupsiyaya qarşı bizim mübarizəmiz qətidir və davamlıdır. Bu qanunun da qəbul edilməsi həmin siyasətin tərkib hissəsidir. Biz kiməsə göstərmək üçün bunu etmirik, bu bizim tutduğumuz yoldur”.
Bununla da Milli Məclisin yaz sessiyasının son növbədənkənar iclası işini başa çatdırıb. İclasın sonunda Azərbaycanın dövlət himni səsləndirilib, Milli Məclisin sədri Oqtay Əsədov yaz və növbədənkənar sessiyalar ərzində millət vəkillərinin məhsuldar fəaliyyət göstərdiklərini vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

