Müasir İncəsənət Muzeyində "Azərbaycan əcnəbilərin gözü ilə" adlı fotosərgi açılıb
14.07.2011 [07:28]
İyulun 12-də Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən Müasir İncəsənət Muzeyində “Azərbaycan əcnəbilərin gözü ilə” adlı fotosərgi açılıb.
AzərTAc xəbər verir ki, sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Sərgidə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların və iş adamlarının çəkdiyi 90-dan çox rəngli və ağ-qara fotoşəkillər nümayiş etdirilir. Belə bir sərginin keçirilməsi təşəbbüsü ilə BMT-nin İnkişaf Proqramının Azərbaycandakı bütün diplomatik qurumlara və xarici iş adamlarına müraciəti əsasında müsabiqəyə 30-dək ölkənin vətəndaşları tərəfindən çəkilən 600-dən çox fotoşəkil təqdim edilib. Bu fotolar təbiət mənzərələri, sadə insanların həyatını əks etdirən səhnələr və portretlərdən ibarət olmaqla ölkəmizin əsrarəngiz gözəlliyini əcnəbi qonaqların gözü ilə ifadə edir. Münsiflər heyəti tərəfindən ən yüksək bal toplayan 96 fotoşəkil hazırda Müasir İncəsənət Muzeyində nümayiş olunur.
Tədbiri açan BMT-nin ölkəmizdə rezident-əlaqələndiricisi Fikrət Akçura sərginin təşkilinə dəstək verdiyinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, 20 il əvvəl öz müstəqilliyini yenidən bərpa edən Azərbaycanın beynəlxalq ictimaiyyətin dəyərli üzvü kimi BMT-yə qoşulduğunu xatırladaraq vurğulayıb ki, müstəqilliyin ilk illərindəki ağır çətinlikləri uğurla dəf edən ölkəmiz bu gün dünyada güclü iqtisadiyyata malik və inkişaf edən dövlət kimi tanınır. Hərbi təcavüzə uğramasına, çoxlu qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycan yüksək iqtisadi artıma nail olub, öz vətəndaşlarının həyat səviyyəsini yaxşılaşdırıb.
F.Akçura diqqətə çatdırıb ki, zəngin karbohidrogen ixracından əldə olunan gəlirlər insan inkişafı reytinqində sürətlə yüksələn Azərbaycanda sosial-iqtisadi və mədəni sahələrdə böyük proqramların həyata keçirilməsinə sərf olunur. 2010-cu ildə Azərbaycan orta insan inkişafı səviyyəsindən yuxarı qalxıb. BMT-nin İnkişaf Proqramının izlədiyi insan inkişafı göstəricilərinə görə son beş ildə Azərbaycan 169 ölkə arasında ən böyük irəliləyişə nail olub. Keçmiş sovet ölkələri arasında isə Azərbaycan son 10 ildə ən yüksək insan inkişafı tempini nümayiş etdirib.
Azərbaycanı təbliğ etmək üçün tədbirin gözəl fürsətə çevrildiyini deyən F.Akçura sərginin ölkəmizi beynəlxalq ictimaiyyətə daha yaxşı tanıdacağına və respublikamızın davamlı uğurları üçün göstərilən birgə səylərin məzmunlu rəmzinə çevriləcəyinə əminliyini bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasim iştirakçılarını salamlayaraq deyib: “Xanımlar və cənablar!
Əvvəlcə şəhərimizdə olmuş diplomatlar tərəfindən çəkilmiş müxtəlif fotoşəkillərdə Bakımızın əksini tapmış gözəlliyini seyr etmək və qiymətləndirmək məqsədilə təşrif buyurmuş şəxsləri yeni Müasir İncəsənət Muzeyində salamlamaq istəyirəm. Bu sərgi ölkəmizə səfər edən tanınmış diplomatların Azərbaycanı necə gördüyünü və anladığını aydın şəkildə nümayiş etdirir. Azərbaycan nəinki Qafqazın gözəl və böyük ölkəsidir, o, həmçinin gözəl təbiəti, xeyirxah insanları ilə seçilir. Burada Şərq adət-ənənələri, zəngin mədəni irs və ecazkar musiqi ilə yanaşı, Şərq və Qərbin dəyərləri qovuşur.
Bugünkü sərgidə siz tarixi abidələri, dini ziyarətgahları, uzaq kəndləri, ölkəmizin təbii gözəlliyini, o cümlədən şəhərdə olan göydələnləri və olduqca maraqlı binaları seyr edəcəksiniz. Hesab edirəm ki, bu sərgi ölkəmizin gözəlliyini, minnətdar olduğumuz bütün cəhətlərini etiraf etmək və dəyərləndirmək fürsətini yaradır. Bu sərgidə siz Azərbaycan təbiətinə həsr olunan bir çox fotoşəkilləri də görəcəksiniz. Ola bilsin ki, sizin məlumatınız var, dünyadakı 11 iqlim qurşağından 9-nun ölkəmizdə olmasından Azərbaycan fərəhlənə bilər.
Təbiəti nəinki Azərbaycanda, o cümlədən bütün dünyada qorumaq hamımızın borcudur. Fürsətdən istifadə edərək gənclərin qlobal ətraf mühit kampaniyasının başlandığını elan etmək istəyirəm. Bu, İDEA, yəni “Ətraf Mühit Sahəsində Tədbirlər Haqqında Beynəlxalq Dialoq” adlanır. Bu kampaniya ətraf mühitin qorunmasını vacib hesab edən dünyanın bir çox ölkələrindən minlərlə gənci səfərbər edəcəkdir. Eyni zamanda, 2011-2012-ci illərdə Heydər Əliyev Fondu BMT-nin Azərbaycan nümayəndəliyi ilə ətraf mühitə dair müxtəlif layihələr üzərində sıx işləyəcəkdir. ölkə miqyaslı həmin layihələrdən biri “Ətrafıma yeni baxış” adlanan fotosərgidir.
Hörmətli dostlar, fərəh hissi ilə qeyd etmək istəyirəm ki, müstəqilliyimizin 20 ili ərzində Azərbaycan müxtəlif sahələrdə böyük nailiyyətlər və nəticələr əldə edib. Gördüyünüz kimi, qarşımızda bir çox layihələr, planlar və ideyalar vardır. Mən sərginin təşkilatçılarına və bütün iştirakçılara, o cümlədən qonaqlara bir daha təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, qonaqlardan bəziləri ölkəmizə ilk dəfədir ki, səfər edir. ümidvaram ki, bu axşam sizin üçün maraqlı olacaqdır və Azərbaycana səfərinizdən razı qalacaqsınız. çox sağ olun və hamınıza uğurlar arzulayıram”.
Polşanın ölkəmizdəki səfiri Mixal Labenda sərginin keçirilməsi ilə bağlı uğurlu təşəbbüslə çıxış edən Heydər Əliyev Fondunun rəhbərliyinə və BMT-nin İnkişaf Proqramına minnətdarlığını bildirib. Səfir vurğulayıb ki, sərgiyə öz işlərini təqdim edən müəlliflərdən ikisi Polşa səfirliyində çalışır. Bu, onların Azərbaycanın gözəlliyinə heyran olduqlarını və bu ölkədə özlərini evlərindəki kimi hiss etdiklərini təsdiqləyir.
Sərginin bütün qonaqlarda böyük təəssürat yaradacağını diqqətə çatdıran M.Labenda ölkəmizin müxtəlif bölgələrinə səyahət edərək daha çox fotoşəkil çəkməyi və gələn il bu müsabiqədə iştirak etməyi planlaşdırdığını vurğulayıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və BMT-nin rezident-əlaqələndiricisi Fikrət Akçura sərginin açılışını bildirən lenti kəsdikdən sonra ekspozisiya ilə tanış olublar.
“Azərbaycan əcnəbilərin gözü ilə” sərgisi ölkəmizin rəngarəng və qədim mədəniyyətini, zəngin memarlıq ənənələrini və son illərin sosial-iqtisadi inkişafını tərənnüm edir. Sərginin maraqlı cəhəti ondan ibarətdir ki, burada yalnız xarici vətəndaşların öz fərdi kolleksiyalarında olan həvəskar fotoşəkillər nümayişə çıxarılıb.
“Azərbaycan əcnəbilərin gözü ilə” fotosərgisi Azərbaycanı tanımaq və təbliğ etmək baxımından mühüm mədəni hadisədir. Bu sərgi bəşər mədəniyyətinin yaranmasında və tərəqqisində öz yeri və öz payı olan Azərbaycanın sonsuz gözəlliklərindən, bu ecazkar diyarın təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən xəbər verir. Bu sərginin bir amalı da Azərbaycanın mədəni sərvətlərə göstərdiyi diqqət və qayğının yetərincə qabardılmasıdır. Bu fotolardan aydın görünür ki, Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr verib. Bu proses indi də davam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur.
Sərgiyə qatılan dövlət və hökumət rəsmiləri, xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, eləcə də respublikamızın ictimaiyyətinin nümayəndələri nümayiş olunan fotoşəkilləri böyük maraqla izləyiblər.
Sərgi iyulun 22-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxHadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45

