“Freedom House”un ermənipərəst “hesabatı”
19.05.2023 [10:36]
Təşkilat reallıq hisslərindən tam uzaq fikirlər yayıb
Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən, erməni lobbisinin maraqlarına xidmət göstərən “Freedom House” növbəti dəfə şər-böhtan dolu “hesabat” yayıb. Hər zaman olduğu kimi, bu dəfə də subyektivliyə, və qərəzə söykənən “hesabat”da əsl həqiqət təhrif olunub, yalan, böhtan önə çıxarılıb. Ən əsası isə Ermənistana “vəkillik” etməyə cəhd göstərən “Freedom House” özünü ifşa edib.
Yalan iddialar...
Azərbaycana münasibətdə yenidən ikili standartlara müraciət edən təşkilat sözügedən qondarma hesabatda Ermənistana qarşı nəinki loyallıq nümayiş etdirib, hətta baş verən bütün qanunsuzluqları ört-basdır etməyə çalışıb. 30 ilə yaxın davam etmiş işğal faktı ilə bağlı bir dəfə də olsun bir kəlmə yazmayan, 1 milyona yaxın torpağından didərgin salınmış azərbaycanlının hüquqlarını qorumağı “unudan” “Freedom House” yalan iddia ilə guya Qarabağda insanların “blokada” şəraitində qaldığını təbliğ etməyə çalışır. Halbuki bütün beynəlxalq qurumlar etiraf ediblər ki, belə bir hal yoxdur. Heç bir mühasirə və ya blokadadan söhbət belə gedə bilməz. Qondarma hesabatdakı “demokratik ölkələrin təcili yardımına ehtiyacı var” frazasının isə kimə ünvanlandığı aşkardır - aylardır ki eyni yalan iddialarla Azərbaycana qarşı təbliğat aparan Fransa kimi “Freedom House”nin də cəhdləri iflasa məhkumdur.
“Freedom House” Azərbaycanın öz suveren hüququndan istifadəsindən narahatlıq keçirir...
Özünü “hüquq və azadlıq” qoruyucusu kimi qələmə verən “Freedom House” nədəndirsə Azərbaycan dövlətinin öz suveren hüquqlarından istifadəsindən narahatlıq keçirir. Laçın rayonu ərazisində yaradılmış nəzarət-buraxılış məntəqəsinə etirazı özündə əks etdirən “hesabatda” guya Laçın-Xankəndi yolunda son bir neçə ay ərzində hərəkətə “maneə” törədilməsi mal və xidmətlərə “çıxışın olmaması” ilə nəticələnib. “Hesabat”da göstərilir ki, guya dünyanın müxtəlif ölkələri Bakının hərəkətləri nəticəsində “insan haqlarının pozulması” ilə bağlı narahatlıqlarını ifadə ediblər və beynəlxalq institutlar prosesə getdikcə daha çox müdaxilə edirlər. Hətta təşkilat Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycana Laçın yolu ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün “bütün lazımi tədbirləri görməyi” tapşırdığını yazıb: “Lakin Azərbaycan hökuməti blokadanı nəinki saxladı, hətta onu rəsmiləşdirdi”.
Amma reallıq tamam fərqlidir - hətta Laçın-Xankəndi yolunda ekofəalların haqlı tələblərə əsaslanan etiraz aksiyası zamanı yol qapadılmamışdı, gediş gəliş təmin olunurdu. Əksinə, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir - Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır. Laçın yolundan isə sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsullar daşımağa cəhdlər göstərib. Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmaqda suveren hüquqlarına əsaslanıb. Göründüyü kimi, Laçın - Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsinin qurulması ilə bağlı “hüquq müdafiəsi” ilə məşğul olduğunu iddia edən təşkilatın tutduğu mövqe beynəlxalq hüquqla uzlaşmır. “Freedom House”un ermənipərəst “hikkəsi” onları reallıq hisslərindən uzaqlaşdırıb. Bunun nəticəsidir ki, qurum qondarma hesabata daxil etdiyi məsələlərə “erməni prizmasından” yanaşmanın guya həqiqəti əks etdirdiyini düşünür. Amma bu belə deyil.
“Hesabat”ın ənənəvi “hədəsi” -“Freedom House” yanılır...
Qurum anti-Azərbaycan çağırışı da səsləndirib. “Hesabat”da qeyd edilib ki, qısa müddətdə demokratik dövlətlər “Dağlıq Qarabağ”ın blokadasının praktiki olaraq başa çatmasını təmin edərək Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrasına kömək etmək üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və ya BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq qurumlardan istifadə etməlidirlər: “Güclü addım həm də Bakını Vaşinqton və Brüsselin köməkliyi ilə İrəvanla danışıqlarda ərazi güzəştlərini təmin etmək üçün Ermənistanla sərhəddə hərbi eskalasiyadan istifadə etməkdən çəkindirə bilər. Eyni zamanda, münaqişədən zərərçəkmiş əhaliyə onların əzablarını yüngülləşdirmək üçün birbaşa humanitar yardım göstərməlidir”.
Göründüyü kimi, “Freedom House” da digər anti-Azərbaycan mərkəzlər, hətta dövlətlər kimi ölkəmizə BMT TŞ ilə “hədə-qorxu” gəlir. Amma unudur ki, Azərbaycanı bu kimi hədələrlə tutduğu ədalətli yoldan çəkindirmək mümkün deyil. Sonuncu dəfə bu addımı məhz Fransa atmaq istəyirdi ki, o da beynəlxalq müstəvidə rüsvayçı şəkildə məğlub oldu. Çünki Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquqa, konvensiyalara və razılaşmalara əsaslanır.
Ermənistana “demokratik” don geyindirməyə çalışanlar...
Hesabatda erməni təxribatları nəticəsində Azərbaycan hərbçilərinin öldürülməsi, yüzlərlə mülki əhalinin mina qurbanı olması haqda bir kəlmə də yoxdur. “Freedom House” haqqında danışdığı Laçın yolu vasitəsilə Ermənistan ərazisindən silah-sursat, texnikalar daşındığını yazmır - buna ən bariz sübut isə 10 noyabr anlaşmasının imzalanmasından sonra Azərbaycan ərazisində 2700-dən çox Ermənistanda istehsal olunmuş minanın aşkarlanmasıdır. Həmin minaların istehsal tarixi 2021-ci il göstərildiyindən bu hərbi sursatın məhz Laçın yolu ilə daşındığına şübhə yeri qalmır. Bütün bunları görməzdən gələn “Freedom House” niyə Ermənistanıb davamlı sülhün yaranmasına əngəl törətdiyini qondarma hesabatına salmır? Cavab bəllidir - təşkilat ermənipərəst mövqedən çıxış edir, ədalətsiz və hüquqa əsaslanmayan fikirlər səsləndirir.
Eyni zamanda, “Freedom House” bu gün Cənubi Qafqaz regionunda qeyri-stabil siyasi həyat yaşayan, xaosun hökm sürdüyü, insan hüquqlarının aşkar şəkildə pozulduğu, reppresiyaların cövlan etdiyi, insanlara qarşı zorakılıqların tətbiq edildiyi Ermənistana yanaşmada hansı kriteriyalardan istifadə edir? Ermənistandakı “demokratiyadan” ağızdolusu danışması “Freedom House”un əsl məqsədlərini ortaya çıxarır. Beləliklə, “Freedom House” öz imicini erməni maraqlarına qurban verməklə heç bir beynəlxalq standartlara, qayda-qanunlara məhəl qoymayan bir qurum olduğunu nümayiş etdirir.
P.İsmayılzadə
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17

