YAP bəzi müxalifət partiyalarının iddialarına mövqeyini açıqlayıb
11.08.2011 [02:24]
“Partiyalar öz zəifliklərinin səbəbini onlara yaradılan şəraitdə yox, öz daxili fəaliyyətlərində axtarmalıdırlar”. Bu fikirləri “Trend”ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” Qanunun tələbləri çərçivəsində həyata keçirilir: “Azərbaycanda bütün siyasi partiyalar üçün bərabər şərait yaradılıb. Sadəcə olaraq, bir sıra partiyalar qanunun tələblərinə uyğun fəaliyyət istiqamətini müəyyənləşdirib, bir hissəsi isə partiya nizamnaməsi əsasında yox, partiya sədrinin və ya funksionerinin iradəsi əsasında fəaliyyət göstərir. Məhz həmin partiyalarda inkişaf yoxdur və insanlar həmin partiyalara etimad göstərmirlər”.
YAP funksioneri vurğulayıb ki, öz fəaliyyətini qanun çərçivəsində qurmayan partiyalar parçalanır və günü-gündən zəifləyir: “Biz son zamanlar bəzi partiyaların üzvlərinin kütləvi şəkildə partiya sıralarını tərk etməsini müşahidə edirik. Partiyalar üçün şəraitin yaradılmadığını iddia edən şəxslər rəhbərlik etdikləri partiyaların parçalanmasının, zəifləməsinin səbəblərini özlərində axtarmalıdırlar, onlar üçün yaradılan şəraitdə yox. çünki Azərbaycanda bütün partiyaların fəaliyyəti üçün qanunvericilik çərçivəsində bərabər şərait yaradılıb”.
S.Novruzov Azərbaycanda heç bir partiyaya müstəsna şəraitin yaradılmadığını da bildirib: “Partiya öz fəaliyyəti ilə sıralarına üzvlər cəlb edir. İnsanlar partiyanın nizamnaməsini, proqramını bəyəndikdən sonra həmin partiyaya dəstək göstərirlər. Bu partiyanın gələcək potensialının necə olacağını, cəmiyyətlə dövlət arasında necə rol oynaya bilməsini nəzərə alaraq partiya sıralarına qoşulurlar. Bu gün Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün şərait yaradılmadığını iddia edən partiyalar 20 il bundan əvvəl də, indi də eyni şəkildə fəaliyyət göstərirlər və onların fəaliyyəti uğurlu olmur. İnsanlar da həmin partiyanın gələcəyinin olmadığını görür və partiya sıralarını tərk edirlər”.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

