YAP Ayaz Mütəllibovun ölkəyə gəlməsinə icazə verilməsini humanist addım kimi qiymətləndirib
11.08.2011 [02:28]
O deyib ki, dövlət başçısı tək indi yox, dəfələrlə bu cür humanist addımlar atıb: “Cənab İlham Əliyev hələ Prezident seçilərkən “mən bütün azərbaycanlıların Prezidentiyəm” - deyə bəyan etmişdi. Tək indi yox, dəfələrlə bu cür humanist addımlar atılıb. Müəyyən adamlar dünyasını dəyişən yaxınlarının dəfn mərasimində iştirak etmək üçün həbsdən azad olunublar. İndiki vaxtda belə bir humanist addımın atılması, Ayaz Mütəllibovun toxunulmazlığının təmin olunması təqdirəlayiq haldır. Baxmayaraq ki, vaxtilə ümummilli liderimiz Heydər Əliyevə qarşı çoxsaylı məhdudiyyətlər qoyulmuşdu. ümummilli liderimizə ümumiyyətlə, Bakı şəhərində yaşamağa imkan vermədilər. Təhdidlərlə, təqiblərlə, hədələrlə Onu Naxçıvan Muxtar Respublikasına getməyə vadar etdilər”.
YAP İcra katibinin müavini vaxtilə Ayaz Mütəllibova düşmən kəsilən müxalifət liderlərinin ona yaxınlığına da şərh verib: “Azərbaycanda hər bir insana yaxınının dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verilir. Amma mənim üçün də bir məqam qaranlıq qaldı. Həmin müxalifət liderləri hesab edirlər ki, bu xalqın yaddaşından hər şey silinib. özlərini arsız vəziyyətə qoyublar. Halbuki, bu hadisələrin birbaşa təşkilatçıları onlar özləridir. Vaxtilə Azadlıq meydanında, Prezident Aparatının qarşısında “dar ağacı quran” həmin Əli Kərimli, İsa Qəmbər və digərləri idi. Bu şəxslər, həmçinin, Azərbaycanda ilk dəfə hakimiyyətin silah yolu ilə ələ keçirilməsi ənənəsini yaradıblar. Prezident Aparatına, Ali Sovetə silahlı basqın ediblər. Onlar həmin insanlardır ki, hakimiyyətə gəlmək üçün hər şeyə hazır idilər. Ayaz Mütəllibova qarşı cinayət işini məhz o vaxtkı iqtidar qaldırıb”.
YAP rəsmisi İsa Qəmbərin, Əli Kərimlinin indiki çıxışlarını riyakarlıq adlandırıb: “Onlar öz hərəkətlərindən peşman olduqlarını bildirməkdənsə, etdiklərini bugünkü iqtidarın üstünə atırlar. Bu, ləyaqətsizlikdən başqa bir şey deyil. Onların etdikləri hərəkətlərin hamısı Azərbaycan xalqının gözü qarşısındadır, Azərbaycan xalqının yaddaşındadır. Ayaz Mütəllibova qarşı cinayət işi 1992-ci ilin may ayında qaldırılıb. Həmin dövrdə AXCP və Müsavat Partiyası hakimiyyətdə idi. Cinayət işi İsa Qəmbərin prezident səlahiyyətlərini icra etdiyi vaxt qaldırılıb”.
YAP funksioneri İsa Qəmbərin humanizmdən danışmağa haqqı olmadığını deyib: “İsa Qəmbər prezident səlahiyyətlərini icra etdiyi dövrdə barələrində ölüm hökmü çıxarılmış insanları bir ay ərzində güllələtdirdi. Halbuki ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən sonra bir nəfər barəsində də belə ölüm hökmü çıxarılmayıb və sonradan hətta bu cəza növü ləğv edilib. Ancaq İsa Qəmbər iki ay gözləmədi. İki aydan sonra Əbülfəz Elçibəy prezident seçiləcəkdi və bu addımı atmaq prezidentin səlahiyyətinə aid olan məsələlərdir, prezidentin səlahiyyətlərini icra edənə yox. Düzdür, hüquqi baxımdan onun ixtiyarı var idi, ancaq mənəvi baxımdan insanın belə bir addım atması yersizdir. Yəni bu cür hərəkətləri etmiş insanların humanizmdən, insan haqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur”.
Xəbər lenti
Hamısına baxElm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27

