F-16 “düyünü” açılacaqmı?
13.06.2023 [10:40]
İsveçin NATO-ya tamhüquqlu üzv olmaq üçün Madrid Memorandumu ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə başlaması Vilnüs sammiti öncəsi maraqlı siyasi situsiya formalaşdırıb. Bu amilin NATO-Türkiyə münasibətlərinin inkişafında bir sıra rollar oynayacağı bildirilir. Ən mühüm detal isə uzun müddətdir ki, müzakirə obyekti olan ABŞ-ın Türkiyəyə F-16 satması ilə bağlı məsələnin yenidən gündəmə gəlməsidir. Bəlli olduğu kimi, Türkiyənin ABŞ-dan F-16 qırıcılarının alınması prosesi artıq uzun müddətdir ki, davam edir. Hətta bu prosesin süni şəkildə uzadılması barədə də fikirlər səslənir. Belə ki, ötən ilin iyulunda da Ağ Ev bu addıma razılıq bildirsə də, Senatın bəzi nümayəndələri buna qarşı çıxaraq Türkiyənin Rusiya ilə münasibətlərini səbəb kimi göstərmişdilər. Sonrakı mərhələdə isə irəli sürülən tələb Türkiyənin İsveçi qeyd-şərtsiz NATO üzvü kimi tanıması idi. Amma rəsmi Ankaranın bu tələblərə məhəl qoymaması amerikalı senatorların arzularını ürəyində qoydu - artıq ABŞ rəsmi şəkildə Türkiyəyə F-16 satmaqda maraqlı olduğunu bildirir.
Ermənipərəst senator ən böyük maneədir...
ABŞ prezidenti Co Bayden mayın 28-də keçirilən ikinci tur seçkilərdə qalib gəlmiş Türkiyə Prezidenti Ərdoğanı təbriki zamanı da Türkiyə lideri F-16 döyüş təyyarələrinin satışını gündəmə gətirmişdi - bunu ABŞ prezidenti jurnalistlərə açıqlamasında bildirmişdi. O qeyd etmişdi ki, Türkiyə 40 F-16 və 80-ə yaxın modernizasiya dəsti almaq üçün ABŞ-a müraciət edib - lakin Finlandiya və İsveçin
NATO-ya üzvlük müraciətlərinə qarşı çıxması Ankaranın tələblərinə mane olub. Xatırladaq ki, ABŞ-da həm Demokratlar, həm də Respublikaçılar Partiyasından olan senatorlar fevral ayında Baydenə məktub yazaraq Türkiyəyə 20 milyard dollarlıq
F-16 satışını İsveç və Finlandiyanın NATO-ya qəbulu təsdiqlənənə qədər təxirə salmağa çağırmışdılar.
Bunun qarşılığında isə ABŞ dövlət katibi Antoni Blinken də F-16 məsələsinə toxunub: “Biz hesab edirik ki, NATO alyansının ən mühüm üzvlərindən biri kimi Türkiyənin F-16-lara sahib olması Alyansın ən yüksək standartlara uyğun fəaliyyət göstərməsi və bütün digər müttəfiqlərlə tam qarşılıqlı fəaliyyət göstərməsi üçün vacibdir. Bu, ABŞ-ın marağındadır və buna görə də biz bunu gündəmə gətirmişik”.
Prezident razıdır...
İyun ayının əvvəlində Ağ Evin sözçüsü Karine Jean-Pierre də ABŞ Prezidenti Co Baydenin Türkiyəyə F-16-ların satışını dəstəklədiyini açıq şəkildə ifadə etdiyini demişdi. Ağ Ev sözcüsü İsveçin NATO-ya üzvlüyünün bunun üçün şərt olmadığını bildirmişdi. “Bu tribunadan dəfələrlə eşitdiyiniz kimi, prezident Bayden NATO-nun qarşılıqlı fəaliyyətin asanlaşdırılmasına kömək etmək üçün Türkiyəyə F-16-nın satışını dəstəklədiyini açıq şəkildə ifadə edib”, - Jan-Pier vurğulamışdı. O, qırıcıların satışında Konqresin rolunu da istisna etməmişdi.
Göründüyü kimi, yeganə “maneə” ABŞ-ın Türkiyəyə F-16 döyüş təyyarələri satmasına qarşı çıxan amerikalı senatorlardır - məsələn, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez seçkilərdən sonrakı mərhələdə Türkiyə liderinin keçmiş mövqeyini davam etdirəcəyi təqdirdə razılaşmaya qarşı çıxmaqda davam edəcəyini söyləyib.
2020-ci ilin yayında başlayan Şərqi Aralıq dənizi böhranında Yunanıstana açıq dəstək verən Bob Menendez “İsveç tənliyin yalnız bir parçasıdır” deyə bildirib. Menendez F-16-ların Türkiyəyə satışı üçün İsveçin NATO üzvlüyünə razılığından başqa, Yunanıstanla gərginliyin azaldılması, Ermənistan-Azərbaycan müharibəsində Türkiyənin Bakıya dəstəyinin dayandırılması kimi şərtlər də irəli sürüb.
Menendezin haqsız iddiaları...
Türkiyə isə öz mövqeyində qətidir. Madrid Memorandumunun şərtlərini yerinə yetirməkdən boyun qaçıran İsveçin Türkiyənin tələblərinə “hə” deyəcəyi təqdirdə onun Alyansa üzv olması məsələsi bitəcək. Yunanıstanla böhrana gəldikdə isə, Türkiyənin bu məsələdəki mövqeyi də açıq və qətidir. Yunanıstanın addımları beynəlxalq hüquqa zidd qiymətləndirilir və bildirilir ki, Türkiyənin apardığı siyasət ədalətlidir.
Ermənistanla münasibətlərə gəldikdə isə, Türkiyə rəsmi İrəvanla münasibətlərin normallaşması istiqamətində siyasət aparır - hətta bununla bağlı bir neçə görüş də keçirilib. Təəssüf ki Ermənistanın tutduğu qeyri-adekvat mövqe nəinki Türkiyə, Ermənistanın bütövlükdə region ölkələri ilə normal münasibət qurmasına ən böyük maneədir. Burada isə Türkiyəni qınamaq ən ədalətsiz mövqe olardı...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43

