Görüş nə vaxt baş tutacaq?
13.06.2023 [10:40]
N.BAYRAMLI
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində ABŞ kifayət qədər fəallıq göstərir. Rəsmi Vaşinqton bu istiqamətdə keçirilən bir sıra görüşlərə ev sahibliyi də edib. Məlumdur ki, tərəflər arasında sülh sazişi üzrə danışıqların davam etdirilməsi məqsədilə xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda görüşü nəzərdə tutulurdu. Amma həmin görüş təxirə salınıb. Bu barədə məlumat yayan Ermənistanın Xarici İşlər Nazirliyi görüşün Azərbaycanın xahişi ilə təxirə salındığını bildirib. Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə isə məsələ ilə bağlı deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır: “Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirilməsini həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur”.
Məsələyə ABŞ Dövlət Departamentindən də reaksiya verilib. Bildirilib ki, Dövlət Departamenti Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında növbəti danışıqların tarixini dəqiqləşdirir: “Biz Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik”. Lakin iyunun 12-də nazirlərin gözlənilən görüşünün təxirə salınmasının səbəbləri açıqlanmayıb.
Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqların dörd raundu arxada qalıb. Bu yöndə ilk görüş ötən il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş ötən ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Lakin bu ilin 1-4 may tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşü keçirildi ki, bu da üçüncü raund oldu. Həm də bu görüş tərəflərin masaya qayıtmasının təsdiqi oldu. Bu görüşdə tərəflər bir sıra məslələr üzrə razılığa gəldilər. Ceyhun Bayramovla Ararat Mirzoyanın dördüncü görüşü isə mayın 19-da Moskvada baş tutdu.
Bütün bunlar onu göstərir ki, tərəflər vasitəçilərin iştirakı ilə sülh sazişinin üzərində intensiv şəkildə işləyirlər. Prosesdə ABŞ-ın vasitəçiliyi isə daha çox diqqəti çəlb edir. Təsadüfi deyil ki, sülh sazişi üzrə XİN başçılarının dörd görüşündən ikisi məhz ABŞ-da keçirilib. Beşinci görüşün də Vaşinqtonda baş tutması gözlənilir. ABŞ dəfələrlə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu və bu prosesə töhfə verməyə hazır olduğunu bəyan edib.
Son dövrlər isə Birləşmiş Ştatlar bu istiqamətdə diplomatik fəallığını xeyli artırıb. İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında baş tutan telefon danışığı da bunu təsdiqləyir. Telefon söhbəti zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb. Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.
Çox güman ki, telefon söhbətində nazirlərin növbəti görüşü də diqqət mərkəzində olub. Azərbaycan sülh sazişinin beynəlxalq hüquq normaları və ədalət prinsipləri əsasında imzlanmasının tərəfdarıdır. Bu baxımdan, Ermənistanın və onun havadarlarının milli maraqlarımıza zidd olan müddəların sülh sazişinə daxil edilməsi qəbuledilməzdir. ABŞ-ın sülh yolunda vasitəçilik səyləri ölkəmiz tərəfindən müsbət qiymətləndilir. Azərbaycan Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın bərqərar edilməsi üçün sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır.
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

