Görüş yeri - “TEKNOFEST”
14.06.2023 [10:16]
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Onlar müxtəlif tədbirlərdə tez-tez görüşürlər və bir-birinə “əziz qardaşım” deyə müraciət edirlər. Son vaxtlarda “TEKNOFEST” də iki dost ölkə liderlərinin görüş yerinə çevrilib. 2022-ci ilin mayında Bakıda baş tutan “TEKNOFEST Azərbaycan”a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılmışdı. 2023-cü il aprelində isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak etdilər. “Mən bu il üçüncü dəfə qardaş ölkəyə səfər edirəm. Fevral ayında olmuşam, mart ayında olmuşam, bu gün buradayam. Əziz qardaşım, növbə Sizindir. Biz Sizi gözləyirik, bütün Azərbaycan xalqı Sizi gözləyir, Sizi öpür, qucaqlayır, Sizə öz hörmət və sevgisini çatdırır. Türkiyə-Azərbaycan birliyi əbədidir!”, - deyə dövlətimizin başçısı “TEKNOFEST”dəki çıxışında bildirib.
“TEKNOFEST” Festivalı - Türkiyənin müasir siması
“TEKNOFEST” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” - T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. Cari ildə altıncı dəfə keçirilən festivalda qardaş ölkənin texnoloji yenilikləri nümayş olunur. Bu yeniliklər isə Türkiyənin müasir mənzərəsini və inkişaf hədəflərini əks etdirir.
“TEKNOFEST”-ə maraq həm Türkiyənin özündə, həm də ölkə hüdudlarından kənarda getdikcə artır. Tədbirə qatılmaq üçün müraciət edən komandaların sayının ildən-ilə dəfələrlə artması bunun əyani təsdiqidir. Festival 2018-ci ildə 4333 komanda ilə start götürmüşdü. Apreldə İstanbulda keçirilən son festivalda iştirak üçün isə Türkiyənin 81 vilayətindən və 96 ölkədən 333 min komanda, 1 milyon iştirakçı müraciət edib. Yarışların kateqoriyası da 14-dən 41 əsas və 102 alt kateqoriyaya çatıb. İştirakçıların sayının artması ilə birlikdə mükafatların məbləği də yüksəlib. Cəmi 4 milyon lirə həcmində mükafat və dəstək məbləği ilə başlayan proses 44 milyon lirəyə çatıb. Rekordların və ilklərin festivalı olan “TEKNOFEST”in qarşıdakı dövrdə uğur səviyyəsinin daha da yüksələcəyinə böyük inam var. Prezident Rəcəb Tayyib Ərdoğan festivaldakı çıxışında son illərdə Türkiyənin yüksək texnologiyalara əsaslanan layihələr həyata keçirdiyini qeyd edərək vurğulayıb: “Təkcə son aylarda yaşadığımız inkişafı sizlər də gördünüz. Bir az əvvəl əziz qardaşım İlham Əliyev də dedi: “Kızılelma” havaya qalxdı, “Togg” satışa çıxarıldı. Budur, “Kızılelma”, “Akıncı” qarşımızdadır, “TCG Anadolu” gəmisi Dəniz Qüvvələrinə təqdim edildi”.
“TEKNOFEST”-in bayrağı Azərbaycan səmasında
Azərbaycan “TEKNOFEST”-də ilk dəfə 2021-ci ildə təmsil olunub. Atatürk Beynəlxalq Hava Limanında keçirilən “TEKNOFEST”də ölkəmizin debütü uğurlu olub. Azərbaycanın 10 startap və texnologiya şirkətinin iştirak etdiyi, həmçinin texnoloji məhsul və həllərin nümayiş olunduğu Milli pavilyonumuz sərgi ziyarətçilərinin xüsusi marağına səbəb olub. Tədbir ərzində Azərbaycan Pavilyonu 40 mindən çox iştirakçı tərəfindən ziyarət edilib.
Kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahələri və istiqamətləri, ümumilikdə isə yeni texnologiyaları əhatə edən startaplarımız diqqəti cəlb edib. Belə ki, İnnovasiyalar Agentliyinin rezident startaplarından biri investorların diqqətini cəlb edib. Virtual reallıq əsasında qurulmuş kompleks təlim qurğusu - “Zərbə” startapı simulyatorların istehsalı ilə bağlı “Fix Defence” şirkəti ilə müqavilə imzalayıb. Eyni zamanda “Baykar” şirkəti ilə dronların sistemə inteqrasiyası ilə bağlı razılıq əldə olunub. Azərbaycan Pavilyonunun layihə meneceri, “Viasteller” startapının rəhbəri Mübariz Abdullayev isə kiçik peyklərin dizaynı və yığılması ilə bağlı tələbələrə təlimlər keçmək üçün İstanbul Texniki Universiteti və Zonquldak Bülent Ecevit Universitetindən dəvət alıb.
Türkiyənin Samsun şəhərində keçirilən “TEKNOFEST 2022” Aerokosmik və Texnologiya Festivalında ölkəmiz 300 kvadratmetr ərazini əhatə edən milli pavilyonla təmsil olunub. Azərbaycanın 16 komandası Samsun şəhərində keçirilən festivalda iştirak edib. Milli pavilyonda AR (Artırılmış Reallıq) sual divarı, TRİFT-VR (Virtual Reallıq) hərbi atış simulyatoru, AR “Dron yarışı” simulyatoru, “Smart Qarabağ” haqqında təqdimat nümayiş edilib. Ziyarətçilərə, həmçinin “VR 360 Shusha view” binoklu ilə Qarabağın incisi olan Şuşa şəhərinə VR video səyahət təqdim olunub.
Və nəhayət, “TEKNOFEST-in bayrağı Azərbaycan səmasında ucaldı. Azərbaycanda və Türkiyədə milyonlarla insanın qəlbini riqqətə gətirən, bizlərə qürur yaşadan bu, əlamətdar hadisə 2022-ci ilin mayında yaşandı. Türkiyədən kənarda ilk “TEKNOFEST” Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunmuşdu. “TEKNOFEST” çərçivəsində keçirilən yarışlarda pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərmək imkanı verilib. Festivalda iştirak üçün, ümumilikdə, 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.
Festival elmi, texnologiyanı sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verib, onlar böyük təcrübə qazanıblar. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou tədbirin ən yaddaqalan hadisələrindən biri olub. Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbaninin təqdimatında möhtəşəm hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandırıb.
Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları heyran qoyub. “Türk Aviasiya və Kosmik Sənaye” şirkətinin istehsalı olan “HÜRKUŞ” təyyarəsində ön pilot Murad Ösbala olub. Digər pilot isə Azərbaycan Hərbi Hava Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra “HÜRKÜŞ” aerobatika komandasında xidmət edən ilk azərbaycanlı test-pilot, ehtiyatda olan polkovnik Xəlil Yusubovdur.
Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunub. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44

