/ / Novruz Məmmədov: Ermənistan rəhbərliyi həqiqətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir
Novruz Məmmədov: Ermənistan rəhbərliyi həqiqətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir
23.08.2011 [10:41]
“İngilis filosofu Con Toland deyib: “Yalan nə qədər qədimdirsə, bir o qədər təhlükəlidir. Deməli, o, dərin kök atıb”. Əsrlər boyu erməni xalqına “Böyük Ermənistan”ın mövcud olması və həmin “Böyük Ermənistan”ın müasir Türkiyə, Azərbaycan, Gürcüstan, İran və digərlərinin ərazisini tutduğu barədə ideya təlqin olunub. Daim kiminsə himayəsi altında olmağa üstünlük verən ermənilər öz rəhbərlərinin avantürist və absurd iddialarının girovuna çevriliblər”, - Novruz Məmmədov Trend-ə bildirib.
N.Məmmədov deyib ki, ermənilər riyakarcasına bu torpaqların onlara məxsus olduğunu, ermənilərin əsrlər boyu orada yaşadıqlarını iddia edirlər, Ermənistanın indiki prezidenti isə hətta ermənilərin bu torpaqlara köçüb gəldiklərini sübut edən çoxsaylı arxiv materiallarına, XIX əsrin əvvəlinə və ortalarına aid sənədlərə məhəl qoymur: “Bu çar dekretləri, köçürülmə barədə əmrlər Rusiya, Gürcüstan, Türkiyə və digər ölkələrin arxivlərində qorunub saxlanılır”.
“S.Sarkisyan “tarix və zaman göstərdi ki, kim qorxur, kim avantüristdir, kim qala və qaça bilər, kim vətən yolunda həlak olmağa hazırdır” dedikdə haqlıdır. Yalnız öz həmvətənlərinin beyinlərini dumanlandırmaq lazım deyil, düşünürəm ki, heç mümkün də deyil. çünki görünür, ermənilər “vətən yolunda həlak olmaq” üçün dünyanın hər yerinə səpələniblər, Ermənistanda isə qaçmağı çox istəyən, lakin vəsait olmadığı üçün hələ qaça bilməyənlərdən ibarət cüzi hissə qalıb”, - N.Məmmədov qeyd edib.
O əlavə edib ki, kimin avantürist olduğuna gəldikdə, çox təəssüf ki, Sarkisyan lazımınca dərk etmir ki, bu tarix ərzində erməni xalqı ilə baş verənlər onun rəhbərlərinin bu gün də davam edən avantürist əməllərinin nəticəsidir: “Bir şey təəccüb doğurur: rəhbərlər də, alimlər də, ümumiyyətlə erməni cəmiyyətinin bütün savadlı hissəsi ermənilərin keçmişi barədə əfsanənin tamamilə saxtalaşdırıldığını və tarixə belə yanaşmanın səmərəli olmadığını gözəl bilirlər, lakin onlar yenə də öz iddiaları naminə bu yolla getməkdə davam edirlər”.
PA rəsmisi deyib ki, Ermənistan rəhbərliyinin bu münaqişənin nizamlanmasını istəmədiyinə bu gün bir daha əmin olub. Onun sözlərinə görə, görünür, mövcud status-kvo onları qane edir. Danışıqlar onlara vaxtı uzatmaq, beynəlxalq birliyin gözünə kül üfürmək üçün lazımdır: “Bəli, mən həm də əminəm ki, vaxt gələcək biz məsələnin həllinin açarını tapacağıq və bu açar ermənilərin bu proseslərdəki davranışlarına adekvat olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41

