"Wikileaks" saytında Azərbaycanla bağlı yayılmış materialların heç bir obyektiv əsası yoxdur
08.09.2011 [10:33]
Bu günlərdə “Wikileaks” saytının Azərbaycanla bağlı yaydığı yeni materiallarda ölkənin müxtəlif rəsmi dairələri ilə yanaşı, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilib.
Bununla əlaqədar APA-nın “ABŞ-ın ölkəmizdəki keçmiş səfirləri Rino Harniş, Enn Dersi və səfirliyin digər əməkdaşlarına istinadən “Wikileaks” saytında yayılan məlumatlarda Azərbaycan və onun qonşuları barədə, ayrı-ayrı məmurlarla bağlı, o cümlədən şəxsən sizin haqqınızda da bir çox mülahizələr yer alıb. Bunları necə şərh edərdiniz?” sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, “Wikileaks” saytında Azərbaycanda ayrı-ayrı zamanlarda işləmiş səfirlərə istinadən yayılmış materialların heç bir obyektiv əsası yoxdur: “Bəri başdan qeyd edirəm ki, bunlar şəxsi mülahizələrdir və onların bu gün yayılmasını xüsusi təşkil edənlər var. Görünür, belə materialların yayılması, o cümlədən Azərbaycan haqqında yanlış fikirlərin formalaşdırılması kiməsə lazımdır. O ki qaldı mənim haqqımda yazılan məlumatlara, onlar sadəcə gülməlidir. Materiallarda qeyd olunur ki, guya “Ramiz Mehdiyevin Rusiyanın “Lukoyl” neft şirkəti ilə sıx əlaqəsi var. Rusiyanın hakim elitasında və biznes dairələrində geniş imkanlara sahibdir. Onun nəzarətində bir neçə şirkət var ki, son illər ölkəni bürümüş tikinti işləri ilə məşğul olurlar”.
Belə cəfəng, yalan, uydurma yazı ilə tanış olandan sonra bu materialların ABŞ kimi fövqəldövlətə gətirəcəyi dividentlərə məndə ciddi şübhə yarandı. Əgər doğrudan da dünyanın nəhəng dövləti bütün ölkələrlə siyasətini öz səfirlərindən aldığı subyektiv mülahizələr, yalan və uydurma məlumatlar əsasında quracaqsa, onda onun dünya xalqları arasındakı gələcək nüfuzunu təsəvvür etmək heç də çətin olmayacaq. Başqa cür düşünmək çox çətindir, çünki belə əcaib hallar son zamanlar tez-tez təkrarlanır”.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

