Aprelin 2-də qeyri-qanuni aksiyalarda iştirak edən təxribatçıların məhkəmə prosesi keçirilib
24.09.2011 [10:29]
Dünən Səbail rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi qanunsuz aksiya ilə bağlı saxlanılanların cinayət işi əsasında məhkəmə prosesi davam etdirilib.
Bu dəfə prosesdə Müsavat partiyasının sədri İsa Qəmbər şahid qismində ifadə verib. İ.Qəmbər ifadəsini İP-i tərifləməklə başlayıb və iddia edib ki, guya aprelin 2-də keçirilən qanunsuz aksiyada hər hansı qanun pozuntusuna yol verilməyib. Hətta bir ara süni qəhrəmanlıq jesti nümayiş etdirməyə çalışan İ.Qəmbər qanunsuz mitinqlə bağlı bütün məsuliyyəti üzərinə götürməyə hazır olduğunu deyib. Maraqlıdır ki, İ.Qəmbərin əvvəldə dediyi fikirlə məsuliyyəti üzərinə götürmək arzusu ziddiyyət təşkil edir. Əgər ortada hər hansı bir qanun pozuntusu olmayıbsa, Qəmbər hansı məsuliyyəti üzərinə götürüb süni qəhrəman obrazına girmək istəyir? Bu mənada, elə şahid qismində dindirilmənin ilk anlarındanca özünəməxsus şou yaratmağa çalışan İ.Qəmbər, bəzi məqamlarda şahid olduğunu unudub iddialar səsləndirməyə, proqnozlar irəli sürməyə və hətta məhkəməyə təsir göstərməyə çalışıb.
Məsələn, tərəfdaşlarının həbsindən danışan İ.Qəmbər iddia edib ki, bu həbslər əsassızdır. Məhkəmənin məhz bu həbsin əsaslı və ya əsassız olmasını araşdırdığını nəzərə alsaq, bunu məhkəmənin yerinə qərar çıxarma kimi də izah etmək olar. Bu isə “qanunpərəstlikdən” danışan İ.Qəmbərin özünün qanunu bəlkə də bilərəkdən pozmasından xəbər verir. Şahid qismində prosesə qatılan İ.Qəmbər orada da özünün siyasi ambisiozluğundan əl çəkməyib və məhkəməyə qarşı qeyri-etik ifadələr işlədib, məhkəməni qərəzlilikdə günahlandırıb.
Bundan başqa, İ.Qəmbər iddia edib ki, aprelin 2-də qeyri-qanuni, razılaşdırılmamış aksiyanın keçirilməsində hər hansı problem yoxdur. Təbii ki, burada söhbət şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış dinc aksiyalardan gedir. Aprelin 2-də baş verənləri nəzərə alıb, həmin aksiyanı “dinc aksiya” adlandırmaq İ.Qəmbər üçün nə qədər rahatdır?
Hər zaman şou yaratmağa çalışan radikal müxalifət öz xislətini bu məhkəmə prosesində də büruzə verib. Baş verənləri yenə də “təxribat” adlandıran, heç bir şeydən xəbərlərinin olmadığını deyən İ.Qəmbər, prokurorun İP-lə bağlı suallarını cavablandırarkən də biri-birinə zidd, qeyri-müəyyən fikirlər səsləndirib. O, deyib ki, İP “vətəndaş hərəkatıdır” və İ.Qəmbər də orada sadəcə Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərir. Əgər bu İP deyilən qurum həqiqətən də ictimai təşkilatdırsa, niyə siyasi motivlərlə aksiya keçirmək istəyir və nə üçün orada siyasi partiyalar təmsil olunur? İ.Qəmbər yenə də fikirləri bu istiqamətə yönləndirib öz məqsədlərini ört-basdır etməyə çalışır. İkinci bir tərəfdən, əgər Qəmbər bu ictimai təşkilatın sadəcə bir neçə Koordinasiya şurasının üzvündən biridirsə, nə üçün aprelin 2-də baş verənlərin məsuliyyətini öz üzərinə götürməyə çalışır? Demək, ya İ.Qəmbər məhkəmədə özündən süni qəhrəman düzəldib siyasi divident qazanmağa çalışır, ya da öz siyasi oyunlarını ictimai təşkilat adının pərdəsinin arxasında gizlətməyə çalışır.
İ.Qəmbər bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Baş Prokurorluğu tərəfindən ona təqdim olunan bildirişi oxumaqdan imtina edib. İ.Qəmbər həqiqətən də mitinq şousu düzəltmək istəmirdisə, nə üçün o bildirişləri oxumayıb? Axı həmin bildirişlərdə aksiya ilə bağlı qanuna əsaslanan fikirlər yer alıb. İ.Qəmbərin isə məqsədinin heç də qanuna riayət etmək olmadığını nəzərə alsaq, nə üçün həmin bildirişlərdən imtina etməsi aydın olur. Və ya bu gün özündən “Don Kixot”luq etmək istəyən Qəmbər nə üçün həmin gün bildirişləri imzalayaraq məsuliyyəti üzərinə götürməyib? Demək ki, onun məhkəmədə dediyi fikirlər həqiqətən də, şou yaradılmasına xidmət göstərib.
Şahid İsa Qəmbər məhkəmədəki çıxışının sonluğunu da özünəməxsus gülünc hədə ilə başa vurub. Bildirib ki, bu il Müsavat Partiyasının yaradılmasının 100 illiyi və Azərbaycanın müstəqilliyinin 20 illiyi qeyd olunacaq: “Əgər həmin əlamətdar günlərdə mənim tərəfdaşlarım yanımda olmasa, mən bunu nə hakimiyyətə, nə də məhkəməyə bağışlamayacağam”. Göründüyü kimi, İ.Qəmbər açıq-aşkar dövlətə və məhkəməyə qarşı hədələr səsləndirir. özünü demokrat adlandırmaqdan usanmayan birisinin bu qədər gülünc vəziyyətə düşməsi, hətta xəstə təfəkkürə malik olması, indidən məhkəmənin çıxaracağı qərarı tanımayacağını bildirməsi, İ.Qəmbərin siyasi faciəsi adlandırıla bilər. Bir partiya sədrinin bundan absurd fikir səsləndirməsi, bu qədər bəsit düşüncəyə malik olması isə radikal müxalifətin vəziyyətinin necə acınacaqlı olduğunu deməyə əsas verir.
Daha sonra prosesdə AXCP sədri Əli Kərimli şahid qismində ifadə verib. Ə. Kərimli də müttəfiqi kimi aprelin 2-də və ondan sonra keçirilən qanunsuz aksiyalarda qanun pozuntusuna yol vermədiklərini iddia edib. Baş verənlərin kökündə 2010-cu ilin parlament seçkilərinin dayandığını deyən Ə.Kərimli bununla həmin seçkidə guya hansısa siyasi varlıq nümayiş etdirdiklərini göstərməyə çalışır. Amma radikal müxalifət düşərgəsi 2010-cu il parlament seçkilərinə bir neçə zəifdən də zəif qrup şəklində qatıldı. Ə.Kərimlinin və İ.Qəmbərin başçılıq etdikləri partiyalar dairələrdən namizəd olaraq irəli sürməyə adam tapmırdılar. Qarşılarına çıxan təsadüfi insanlardan namizəd olaraq seçkidə istifadə edən müxalifət rəhbərləri bu gün öz oyunlarını gizlətmək üçün bu cür bəsit yalanlara əl atırlar.
Keçirilən qanunsuz aksiyalarda iştirak etmədiyini söyləyən Ə.Kərimli yalnız bir neçə videogörüntüyə baxdığını deyib. Baş verənlərdən yalnız bu dərəcədə xəbərdar olan Ə.Kərimli iddia edib ki, onun adamları heç bir qanun pozuntusu etməyiblər. Əksinə, AXCP sədri baş verənlərdə absurd şəkildə polisi günahlandırıb. Onun dediklərindən belə məlum olur ki, aprelin 2-də polis bu partiyanın üzvlərini zorla qeyri-qanuni aksiyaya çıxarıb (?!).
Aksiyalarla bağlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldığını bildirən Ə.Kərimli də ona təqdim olunan bildirişi oxumaqdan imtina etdiyini deyib. Bu bildirişlərdən imtinanın arxasında isə hansı məqsədlərin dayandığı bəllidir. Əgər Ə.Kərimli və onun müttəfiqi İ.Qəmbər bildirişi oxusaydılar bu gün baş verən qanun pozuntularının məsuliyyətini bölüşmək məcburiyyətində qalardılar. Amma onlar məsuliyyətdən yaxa qurtarmağın bu cür asan yolunu tapıblar. Niyə də oxumalı idilər?...
Proses digər şahid ifadələri ilə davam etdirilib...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

