1996-cı il sazişinə görə...
02.09.2023 [11:20]
Bakıya tabe olmalıdır!
Xankəndi ofisinin erməni təəssübkeşliyi sual doğurur...
Təxminən 160 il bundan öncə əsası qoyulan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) dünya miqyasında bir sıra humanitar missiyaları həyata keçirmək üçün mandat verilib. Humanitar məsələlər öz mahiyyəti etibarı ilə ölkələr və xalqlar arasında sərhəd tanımır. Bu həssas sahədə gərək ayrı-seçkiliyə yol verilməsin, dilindən, etiqadından asılı olmayaraq hamıya eyni gözlə baxılsın. Bu, ilk növbədə humanitar fəlakətlərlə üzləşən insanların həyata ümidlərini geri qaytarmaq, geniş mənada isə bəşəriyyəti xilas etmək üçün vacibdir. Təəssüf doğuran haldır ki, biz BQXK-nin Azərbaycanda, o cümlədən də Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət zonasında fəaliyyətinin timsalında qurumun ədalət və obyektivlik meyarlarını əsas götürdüyünü təsdiqləyə bilmərik. Bir sıra beynəlxalq təşkilatlar kimi, BQXK də Azərbaycanda və Ermənistanda humanitar məsələlərə yanaşmada, necə deyərlər, ikili standartlar sərgiləyir. Ümumiyyətlə, qurumun fəaliyyətində suallar doğuran məqamlar çoxdur. Onlardan bəzilərinə nəzər salaq.
İtkin düşən azərbaycanlıların taleyinə biganəlik
BQXK Birinci və İkinci Qarabağ müharibələrində itkin düşən azərbaycanlıların taleyinə müəmmalı şəkildə biganəlik göstərir. Azərbaycan tərəfinin bu mövzu ilə əlaqədar çoxsaylı müraciəti indiyədək cavabsız qalır. Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 qoca əsir-girov götürülüb və ya vaxtilə işğal edilmiş ərazilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 54 hərbçi o dövrdə BQXK vasitəsilə ailələri ilə əlaqə saxlasalar da, sonradan onların talelərinin necə olması ilə bağlı hər hansı məlumat verilməyib. BQXK bu hərbi cinayətin araşdırılması istiqamitəndə heç bir səy göstərməyib. Bu da BQXK-nin itkin düşən azərbaycanlıların taleyinə biganə yanaşmasının və öz mandatına uyğun fəaliyyətdə olmamasının göstəricisidir.
Bütün bunların fonunda BQXK açıq-aşkar erməni təəssübkeşliyi ortaya qoyur. Məhz erməni təəssübkeşliyinin nəticəsidir ki, təşkilat humanitar missiya adı altında Ermənistandan Xankəndiyə Laçın yolu ilə qaçaqmal yüklərin daşınmasına şərait yaradıb. İyulun 11-də Dövlət Sərhəd Xidmətinin açıqladığı məlumat da bunu təsdiqləyir. Sonradan qurumun özü də faktı təsdiqləmək məcburiyyətində qaldı. Ancaq bu, gecikmiş etirafdır və qurumun qanunsuz əməllərinə heç bir haqq qazandıra bilməz.
Təşkilatın Xankəndidə fəaliyyəti...
Bu gün BQXK-nın Azərbaycanın Qarabağ bölgəsində mövcud formatda fəaliyyəti beynəlxalq prinsiplərdən kənara çıxılması anlamına gəlir. Hüquqi aspektdən yanaşsaq, 1949-cu il Cenevrə konvensiyaları, onun 1977-ci il protokolları və 2005-ci il Əlavə protokollarının iştirakçısı olan dövlətlər təsisata silahlı münaqişələrin qurbanlarını qorumaq üçün mandat verib. Belə bir vəziyyətdə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozulması, Azərbaycanın suverenliyinə isə hörmətsizlikdir. BQXK Azərbaycanla 1996-cı ildə imzalanan sazişlə öhdəsinə götürüb ki, Azərbaycan Respublikasının dövlət mənafelərini nəzərə almalıdır. Ona görə də, təşkilatın Xankəndidəki ofisi İrəvana yox, Bakıya tabe olmalıdır. Eyni zamanda, qurumun fəaliyyəti Ağdam-Xankəndi yolu üzrə tənzimlənməlidir. BQXK Ermənistandan Xankəndiyə daşımalara böyük həvəs göstərdiyi halda, Ağdam-Xankəndi yolu ilə Azərbaycan tərəfindən göndərilən humanitar yüklərin təyinat yerinə çatdırılmasından imtina edir. Bütün bunlar suallar doğurur və quruma inamı azaldır.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

